
Süni intellekt əsaslı çat-botlar 2 dəfə daha çox yalan məlumat yaymağa başlayıblar
Süni İntellekt
15.09.2025
Emil
Ən böyük generativ süni intellekt xidmətləri 2 dəfə daha çox yalan məlumat yaymağa başlayıblar. Bu, Newsguard təşkilatının araşdırması ilə üzə çıxıb. 2025-ci ilin avqustunda ən iri 10 süni intellekt platforması halların 35%-də saxta xəbərlər yaradıb. 1 il əvvəl bu göstərici 18% səviyyəsində idi. Kəskin artım real vaxtda veb-axtarışın tətbiqi ilə əlaqələndirilir. İndi çat-botlar demək olar ki, suallara cavab verməkdən imtina etmirlər - imtina səviyyəsi 2024-cü ildəki 31%-dən hazırda 0%-ə düşüb.

Amma bu, yeni bir problem yaradıb. Süni intellekt məlumatı “çirklənmiş” onlayn ekosistemdən götürməyə başlayıb. Məsələn, ötən il 16 dildə fəaliyyət göstərən və saxta xəbərlər yayan 966 sayt aşkar edilib. Onlar iBusiness Day kimi şablon adlardan istifadə edərək real KİV-ləri təqlid edirlər. Məlumatın filtrasiya olunmasında ən zəif nəticəni Inflection modeli göstərib - o, halların 56.67%-də yalan cavab verir. Onun ardınca Perplexity gəlir - 46.67%. ChatGPT və Meta halların 40%-də səhv edirlər.
Copilot və Mistral - 36.67%. Ən dəqiq nəticəni Claude (10%) və Gemini (16.67%) göstəriblər. Keyfiyyət baxımından ən kəskin eniş Perplexity-də müşahidə olunub. 2024-cü ildə o, saxta xəbərlərin 100%-ni təkzib edirdi, indi isə hər ikinci halda səhv edir. Veb-axtarış funksiyası həll etdiyindən daha çox problem yaradıb. Süni intellekt nüfuzlu nəşrləri açıq-aşkar yalan yayan saytlarla qarışdırmağa başlayıb. OpenAI etiraf edir ki, onların modelləri tez-tez “hallusinasiya edir” və inandırıcı, lakin yalan kontent yaradır. Şirkət təkmilləşdirmələr üzərində işləyir, lakin süni intellektin heç vaxt həqiqət ilə yalanı həqiqətən ayırd edə biləcəyi hələ də qeyri-müəyyəndir.
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
Google Gemini ABŞ App Store-da ChatGPT-ni geridə qoyaraq ən məşhur pulsuz tətbiq olub
Keçən həftənin cümə axşamına doğru, 9to5Google-un qeyd etdiyinə görə, Google Gemini tətbiqi ABŞ-da iPhone üçün ən məşhur pulsuz proqram təminatı siyahısında birinci yeri tutmağı bacarıb.

Süni İntellekt
Google DeepMind-ın CEO-su süni intellekt dövründə Demis Hassabis gələcək nəsillər üçün vacib olan faktoru açıqlayıb
Google DeepMind-ın baş direktoru Demis Hassabis gələcək nəsillər üçün öyrənmə qabiliyyətinin kritik əhəmiyyətə malik olduğunu bildirib.

Süni İntellekt
Nepalda müvəqqəti baş naziri ChatGPT vasitəsilə seçiblər
Keçən həftənin əvvəlində Nepalda bir çox məşhur sosial şəbəkələrin bloklanması səbəbindən etirazlar başladı və onlar qeyri-rəsmi olaraq “Z nəsli inqilabı” adlandırıldı.

Süni İntellekt
Alibaba Qwen3-Next süni intellekt modelini təqdim edib
Alibaba yeni Qwen3-Next arxitekturasında ilk açıq süni intellekt modelini təqdim edib. Bu yeni süni intellekt modeli öz sələfindən 10 dəfə daha sürətlidir, amma onun hazırlanması 10 dəfə daha ucuz başa gəlib.

Süni İntellekt
ABŞ hökuməti süni intellekt əsaslı çat-botların təhlükəsizlikləri ilə bağlı istintaqa başlayıb
ABŞ Federal Ticarət Komissiyası (FTC) uşaqlara və yeniyetmələrə süni intellektin mənfi təsir göstərə biləcəyini araşdırmaq məqsədilə Alphabet, Meta, OpenAI, xAI və Snap da daxil olmaqla 7 böyük texnologiya şirkətinə qarşı istintaq başladıb.
Ən çox oxunanlar

İnsanabənzər robotlar ilə bağlı optimizm azalır
