
Süni zəka tarixin ilk trilyonerini ortaya çıxa bilər
Süni İntellekt
07.07.2025
Emil
Süni zəka ilə bağlı geniş müzakirələrə baxmayaraq, onun perspektivlərinin çoxu hələlik yalnız gözlənti səviyyəsində qalır. Lakin milyarder Mark Cuban bunun əksini düşünür. Onun sözlərinə görə, məhz süni zəka tarixdə ilk dəfə kimsəyə 1 trilyon dollardan artıq sərvət qazandıracaq. Cuban-ın fikrincə, bu şəxs hansısa texnologiya nəhəngi deyil, müstəqil bir şəxs olacaq. Ola bilər ki, bu insanın komandası və ofisi olmasın, amma düzgün ideyası olsun. High Performance podkastında Cuban vurğulayıb ki, generativ süni zəkanın potensialı hələ gerçək mənada açılmağa belə başlamayıb. O, hazırkı vəziyyəti internetin, smartfonların və fərdi kompüterlərin ilk günləri ilə müqayisə edir, amma əlavə edir ki, süni zəkanın doğuracağı dəyişikliklərin miqyası daha böyük olacaq.
Mark Cuban:

İnvestorun əsas arqumenti funksional dəyişikliklə bağlıdır. O, hesab edir ki, hər şeyi modelin özü deyil, süni zəkanı gündəlik tapşırıqlara rahat və anlaşılan şəkildə inteqrasiya edən məhsul müəyyən edəcək. Belə bir məhsulu yaradan şəxs, başlanğıc resurslarından asılı olmayaraq, uğur qazana bilər. Ola bilər ki, məhz bu şəxs ilk trilyonluq sərvətin sahibi olacaq. Cuban etiraf edir ki, insanlar yeni texnologiyaları əvvəlcə demək olar ki, həmişə rədd edirlər. Lakin vərdiş və real fayda münasibəti dəyişir. Cuban-ın fikrincə, süni zəka də eyni yolu keçəcək - skeptisizmdən geniş tətbiqə doğru.

O özü neyron şəbəkələrdən sağlamlığın monitorinqi, video generasiyası və gündəlik proseslərin qismən avtomatlaşdırılması üçün istifadə edir. Səhvlər baş verir, xüsusilə detallarda, amma ümumi effektivlik bu çatışmazlıqları artıqlaması ilə kompensasiya edir. Eyni zamanda o, panik proqnozlardan qaçır. Cuban əmindir ki, süni zəka insanları kütləvi şəkildə əvəz etməyəcək. Onun fikrincə, söhbət işdən çıxarılmadan deyil, yanaşmaların dəyişməsindən gedir. Bununla belə, hamı bu fikri paylaşmır. Son aylarda Ford-un rəhbəri James Farley, Amazon-un baş direktoru Andy Jassy və Anthropic şirkətinin həmtəsisçisi Dario Amodei daha narahatedici açıqlamalarla çıxış ediblər.
Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
Süni zəka ürəyin anidən dayanması risklərini həkimlərdən daha yaxşı təyin edir
Alimlər, ölümcül aritmiya risklərini həkimlərdən daha dəqiq proqnozlaşdıra bilən yeni süni zəka alqoritmi hazırlayıblar. Bu texnologiya yalnız bir çox insanın həyatını xilas etməklə kifayətlənmir, həm də defibrilyator implantasiyası kimi lazımsız tibbi müdaxilələrdən xəstələri xilas edə bilər.

Süni İntellekt
Avropa Komissiyası süni zəka qanununun icrasında heç bir təxirə yol verməyəcək
Avropa Birliyi, böyük texnologiya şirkətləri və bəzi ölkələrin vaxt cədvəlinin yenidən nəzərdən keçirilməsi ilə bağlı çağırışlarına baxmayaraq, süni zəkanın tənzimlənməsi ilə bağlı yeni qaydaların tətbiqini müəyyən olunmuş müddətlərə uyğun şəkildə davam etdirir.

Süni İntellekt
Süni zəka elektrik enerjisinin qeyri-sabit istifadəsinə səbəb olur
Dünyanın ən böyük transformator istehsalçısı olan Hitachi Energy şirkəti hökumətləri texnologiya şirkətlərinin süni zəkanın öyrədilməsi zamanı sərf etdiyi enerjinin kəskin dalğalanmalarını məhdudlaşdırmaq üçün tədbirlər görməyə çağırıb.

Süni İntellekt
Süni zəka qlobal pandemiya riskini artıra bilər
Süni zəkanın qlobal pandemiya ehtimalını 5 dəfə artırma potensialı var. Bu barədə Rand Corporation-ın yeni hesabatının müəllifləri xəbərdarlıq edirlər. Onların nəticələri bioterrorizm və laboratoriyalardan sızmalarla bağlı ssenarilərin, generativ süni zəka texnologiyaları ilə gücləndirilmiş modelləşdirilməsinə əsaslanır.

Süni İntellekt
Metakainatın uğursuzluğundan sonra Zuckerberg növbəti innovasiyanı vəd edir
Bu həftə Meta-nın rəhbəri Mark Zuckerberg daxili xidməti qeyddə yaxın gələcəyə dair baxışını bölüşüb. O bildirib ki, hər kəs üçün fərdi süperzəka insanlıq üçün yeni dövrün başlanğıcı olacaq. Bu, ilhamverici səslənsə də, cəmi 4 il əvvəl o, oxşar sözləri metakainat konsepsiyası haqqında da demişdi - lakin həmin ideya uğursuzluqla nəticələndi.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
