Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
Tech-Azərbaycan
15.12.2025
Sevinc
"Azercell Telekom" MMC müştəri xidmətləri sahəsində beynəlxalq standartlar üzrə aparılan sertifikasiya auditindən uğurla keçərək ISO 10004:2018 sertifikatını yeniləyib. Bu sertifikat müştəri məmnuniyyətinin ölçülməsi və keyfiyyətin idarə olunması üzrə beynəlxalq tələblərə uyğun fəaliyyət göstərən şirkətlərə təqdim edilir.
Dəyərləndirmə zamanı Azercell-in müştəri məmnuniyyətini daim diqqət mərkəzində saxladığı, müştəriyönümlü yanaşması və xidmət keyfiyyətinə sadiqliyi bir daha təsdiqlənib. Sertifikatlaşdırma prosesi “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilib.
ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) dünya üzrə milli standart qurumlarını birləşdirən federasiyadır. Təşkilat idarəçilik, texnologiya, biznes sahələrində xidmət və təcrübələrin keyfiyyətini dəyərləndirən minlərlə standartı təsdiq edir. Qeyd edək ki, Azercell ISO 10004:2018 standartı üzrə ilk sertifikatını 2021-ci ildə qazanıb. Şirkət ardıcıl olaraq dördüncü dəfə ISO 10004 sertifikatına layiq görülür.
Paylaş
Bənzər xəbərlər
Tech-Azərbaycan
Azercell uşaqlarda sosial məsuliyyət vərdişlərini təşviq edir
Şirkət məktəblilərin “Sən onları görməmisən?” kitabının hazırlanmasına dəstək olub
Tech-Azərbaycan
Azercell Kinon tətbiqini süni intellektlə gücləndirib
Lider mobil operator Kinon tətbiqində süni intellekt əsaslı axtarış və tövsiyə funksiyalarını istifadəyə verib
Tech-Azərbaycan
Azercell Beynəlxalq Robot Olimpiadasının Azərbaycandakı rəsmi sponsoru oldu
Mobil operatorun dəstəyi ilə gələcəyin texnologiya mütəxəssisləri “RobotChallenge”də yarışacaq
Tech-Azərbaycan
Mobil operatorun “Qadın Dəstək Xətti” xidməti artıq daha əlçatandır
Azercell “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində yeni sosial
layihəsini təqdim edir
Tech-Azərbaycan
“Asan İmza” indi “Azercell” tətbiqində!
Yeni funksiya “Asan İmza” məlumatlarını bir toxunuşla əlçatan edir
Ən çox oxunanlar