Logo
    main-post-cover

    “Kontakt” müştərilərə şəffaflıq və dürüstlük prinsipləri ilə yanaşır

    Tech-Azərbaycan
    19.11.2025
    Sevinc
        Son günlər mediada “Kontakt” mağazalarında satılan “Hoffmann” markalı məhsulların mənşəyi ilə bağlı şirkətimizə yönəlmiş bir sıra əsassız iddialar yayılıb.
        Öncəliklə bildiririk ki, bu iddiaların heç biri həqiqəti əks etdirmir. Bununla əlaqədar, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şirkətimizlə bağlı qəbul etdiyi qərarından aidiyyəti orqana rəsmi qaydada şikayət təqdim etmişik.
        Mağazalarımızda satılan “Hoffmann” məhsullarının istehsal ölkəsi barədə bütün məlumatlar həm satış prosesində, həm də rəsmi sənədlərdə açıq və düzgün göstərilir. Şirkətimiz heç vaxt Almaniya istehsalı ilə bağlı çaşdırıcı reklam və ya çağırışlardan istifadə etməyib və bu hal Agentliyin araşdırmanı aparan Komissiyasının qərarında da öz təsdiqini tapıb.
        Qeyd edək ki, “Hoffmann” məhsulları Avropa bazarı üçün nəzərdə tutulsa da, istehsalı hazırda Türkiyədə, Özbəkistanda, həmçinin Apple, Samsung, LG və s. markalarda olduğu kimi, Çində də həyata keçirilir. Bu, qlobal sənaye praktikasının bir hissəsidir və biz bunu gizlətmirik. Müştərilərə təqdim etdiyimiz məlumatlarda və sənədlərdə istehsal ölkəsi tam şəkildə əks olunur.
     
     
    Paylaş
    Bənzər xəbərlər
    kontaktda-ilin-en-boyuk-endirimleri-basladii-70-dek-endirim
    Tech-Azərbaycan

    “Kontakt”da ilin ən böyük endirimləri başladı – 70%-DƏK ENDİRİM

    İlin çox gözlənin endirim dalğasının ilk xəbəri “Kontakt”dan gəldi. Şəbəkə bu gündən etibarən ilin ən ağlasığmaz endirim kampaniyasına start verib. İndi “Kontakt”dan sevdiyiniz bütün məhsulları “ya indi, ya da heç vaxt” deyərək nağd alışda 70%-dək endirimləri ilə əldə edə bilərsiniz.
    kontakt-bakixanovda-sayca-2-ci-magazasi-yeniledi-acilisa-ozel-60-dek-endirimler
    Digər

    "Kontakt" Bakıxanovda sayca 2-ci mağazası yenilədi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR!

    “Kontakt” Bakı sakinlərini bu dəfə Bakıxanovdan sevindirdi. Şəbəkənin Bakıxanov qəsəbəsində yerləşən sayca ikinci mağazası müasir və yenilənmiş dizaynda müştərilərin ixtiyarına verildi. Təntənəli açılış günü əyləncəli musiqilər və sürpriz hədiyyələr ilə bütün ziyarətçilərə xoş anlarla yaşatdı.
    kontaktdan-qazi-ve-sehid-ailesi-uzvu-olan-20-nefere-tam-teqaud
    Digər

    “Kontakt”dan qazi və şəhid ailəsi üzvü olan 20 nəfərə tam təqaüd

    Ölkədə həyata keçirdiyi sosial layihələrlə tanınan “Kontakt” mağazalar şəbəkəsi bu il Zəfər Gününün 5 illiyi münasibətilə təqdirəlayiq bir addım atıb. Şəbəkə “Gələcəyi Yazanlar” təhsil proqramı çərçivəsində əlavə 20 nəfərin tam - 100% təqaüdlü təhsil xərclərini qarşılayıb.
    kontaktaz-da-iphone-17-pro-max-satislari-suretle-davam-edir
    Cihazlar+

    Kontakt.az-da iPhone 17 Pro Max satışları sürətlə davam edir

    Bir müddətdir ki, texnologiya dünyasında ən çox gözlənilən hadisəsi Apple iPhone 17 Pro Max smartfonudur. Apple iPhone 17 Pro Max smartfonunun satışları kontakt.az saytı üzərindən sürətlə davam edir.
    yevlaxda-ilk-kontakt-izdihami-yasandi-acilisa-ozel-60-dek-endirimler
    Digər

    Yevlaxda ilk “Kontakt” izdihamı yaşandı – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR!

    “Kontakt” mağazalar şəbəkəsi Azərbaycanın sevinc gətirdiyi bölgələri siyahısına daha birini əlavə etdi. Bu dəfə növbə Yevlax şəhərinə çatdı. Şəbəkənin açılış tədbirində rəngarəng və musiqili saatlar, hədiyyələr və bol endirimlər şəhər sakinləri üçün unudulmaz xatirə oldu.