
Böyük texnoloji şirkətlərin səhmlərinin dəyəri yüksəlməyə başlayıb
Tech-Biznes
08.04.2025
Emil
Texnologiya və yarımkeçirici şirkətlərin səhmləri bu gün ardıcıl 3 qeyri-sabit ticarət sessiyasından sonra nəzərəçarpacaq dərəcədə artıb. Bu, ABŞ ilə digər ölkələr arasında tarif razılaşmalarının əldə olunacağına dair optimist gözləntilər fonunda baş verib. Bundan əvvəl, ABŞ administrasiyası tərəfindən idxal olunan mallara yeni ticarət rüsumlarının tətbiq olunacağı ilə bağlı yayılan söz-söhbətlər səbəbilə "Möhtəşəm yeddilik" - Alphabet, Amazon, Apple, Meta, Microsoft, NVIDIA və Tesla - ümumilikdə 1.8 trilyon dollar dəyərində bazar dəyəri itkisinə məruz qalmışdı. Donald Trump-ın genişmiqyaslı tarif planları son 3 birja ticarəti sessiyası ərzində ciddi qeyri-sabitliyə səbəb olmuşdu.

Lakin 7 aprel tarixində ticarət həcmi son 20 ilə yaxın müddət ərzində ən yüksək səviyyəyə çatıb - baxmayaraq ki, ötən həftə Nasdaq Composite indeksi son 5 ilin ən zəif nəticəsini göstərmişdi. "Möhtəşəm yeddilik" arasında artıma liderlik edən NVIDIA-nın səhmləri təxminən 7% bahalaşıb. Meta, Amazon, Tesla, Apple və Microsoft-un hər birinin səhmləri isə ən azı 4% artıb. Alphabet-in səhmlərində isə təxminən 3% yüksəliş müşahidə olunub. Yarımkeçirici şirkətlərin səhmləri də bərpa olunub - xüsusilə VanEck Semiconductor ETF-in qiymətləri əvvəlki sessiyada 2%-dən çox artımdan sonra bu dəfə 5%-dən çox yüksəlib.

Advanced Micro Devices, Lam Research və Micron Technology-nin səhmləri təxminən 6% bahalaşıb. Broadcom-un səhmləri isə ilin sonuna qədər 10 milyard dollarlıq geri alış proqramı elan edildikdən sonra 9% artıb. Mikrosxem istehsalçıları Trump tərəfindən yeni elan edilən tariflərdən birbaşa təsirlənməsələr də, ötən həftə onların səhmləri təzyiq altında olub - çünki daha yüksək rüsumların məhsullara tələbatı azalda və ümumilikdə ABŞ iqtisadiyyatının zəifləməsinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar yaranıb. Gözlənilir ki, gələcəkdə ABŞ-ın yarımkeçirici sektoruna da idxal rüsumları əhəmiyyətli dərəcədə artırılacaq.
Mənbə: CNBC
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
iOS 19-un bəzi interfeys görüntüləri sərgilənib
Mətbuatda dəfələrlə məlumat yayılıb ki, Apple mobil cihazlarının interfeysində genişmiqyaslı yeni dizayn hazırlayır və bu, iOS 19-un əsas yeniliklərindən biri olacaq.

Süni İntellekt
Amazon şirkəti Nova Sonic adlı səsli süni zəka modelini təqdim edib
Amazon səsi emal edə və təbii səslənən nitq yarada bilən Nova Sonic adlı generativ süni zəka modelini təqdim edib. Sürət, nitqin tanınması və danışıq keyfiyyəti üzrə aparılan testlərdə Nova Sonic özünü OpenAI və Google-un qabaqcıl səs modelləri ilə müqayisədə rəqabətədavamlı model kimi göstərib.

Sosial Media
Facebook və Messenger-də “yeniyetmə hesablar” funksiyası istifadəyə verilib
Meta şirkəti Facebook sosial şəbəkəsində və Messenger mesajlaşma tətbiqində “yeniyetmə hesabları”nın tətbiq olunduğunu elan edib. Instagram-da olduğu kimi, uyğun yaş kateqoriyasına düşən istifadəçilər avtomatik olaraq yeni hesab formatına keçiriləcək.

Tech-Biznes
Elon Musk-ın sərvəti keçən ilin noyabr ayından 300 milyard dollardan aşağı düşüb
ABŞ-da Donald Trump-ın hakimiyyətə gəlməsindən sonra Elon Musk-ın göstərdiyi siyasi aktivlik təkbaşına belə Tesla şirkətinin bazar dəyərinin ciddi şəkildə azalmasına səbəb olub.

Cihazlar+
Trump-ın yeni rüsumları səbəbilə ABŞ-da insanlar kütləvi şəkildə iPhone almağa başlayıblar
Donald Trump administrasiyasının yeni rüsumlar tətbiq etmək təhdidi Apple-ın səhm qiymətlərinin enməsinə səbəb olub və eyni zamanda iPhone-lara qarşı ajiotajlı tələbat yaradıb.
Ən çox oxunanlar

İnsanabənzər robotlar arasında boks döyüşü anons edilib (VİDEO)
