Logo
    main-post-cover

    Donald Trump ABŞ şirkətlərinə maneə yaradan ölkələrə əlavə rüsumlar tətbiq edə bilər

    Tech-Biznes
    29.08.2025
    Emil
         ABŞ prezidenti Donald Trump rəqəmsal vergilərin tətbiq olunduğu ölkələrə qarşı əhatəli rüsumlar tətbiq edəcəyi ilə hədələyib. Bir neçə gün əvvəl dövlət başçısı bu məsələni Ağ Evdə Meta-nın baş direktoru Mark Zuckerberg ilə müzakirə etmişdi. Bloomberg-in anonim mənbələrə istinadən verdiyi məlumata görə, sosial şəbəkə nəhənginin rəhbəri ötən həftənin sonunda Trump-la görüşüb. Onlar texnologiya şirkətlərinin müəyyən ölkələrdə istifadəçilərdən əldə etdikləri gəlirə görə tutulacaq rəqəmsal xidmət vergilərinin tətbiqi təhlükəsini müzakirə ediblər. Meta-nın gəlirlərinin böyük əksəriyyəti Instagram, Facebook WhatsApp istifadəçilərinə yönəlmiş reklam hesabına formalaşır. Bir neçə gün sonra Trump bəyan edib ki, rəqəmsal vergilər və onlarla bağlı tənzimləmə mexanizmləri ABŞ texnologiyalarına zərər vurur və onları ayrı-seçkiliyə məruz qoyur, halbuki Çinin ən iri texnologiya şirkətləri tam sərbəst fəaliyyət göstərir.
         Buna görə ABŞ prezidenti belə vergilərin tətbiq olunduğu bütün ölkələri xəbərdar edib ki, əgər bu diskriminasiya xarakterli tədbirlər ləğv edilməsə, onlara qarşı əhatəli rüsumlar və ABŞ yarımkeçirici məhsullarının ixracına məhdudiyyətlər tətbiq ediləcək. “Mən inanılmaz ABŞ texnologiya şirkətlərimizə hücum edən ölkələrin qarşısında dayanacağam” - deyə o öz platforması Truth Social-da yazıb. ABŞ rəsmiləri bu məsələni digər ölkələrlə və Avropa Birliyi rəhbərliyi ilə danışıqlarda qaldırıblar və bildiriblər ki, rəqəmsal vergilər ABŞ texnologiya şirkətlərini, o cümlədən Meta, Amazon Alphabet-i əlverişsiz vəziyyətə salır. Bu vergilər xüsusilə Avstriya, Böyük Britaniya, İspaniya, İtaliya və Fransada qüvvədədir və hər birində fərqli faiz dərəcələri və hədd qiymətləri müəyyən olunub. Meta rəsmi olaraq təsdiqləyib ki, şirkətin rəhbəri dövlət başçısı ilə görüşüb. “Keçən həftə Mark Zuckerberg Ağ Evi ziyarət edib ki, Meta-nın ölkə infrastrukturuna yatırımlarını və ABŞ-ın texnologiya sahəsində xaricdə liderliyini gücləndirməsini müzakirə etsin” - deyə şirkətdən bildirilib.
         Trump-ın prezident postuna qayıtması ilə Zuckerberg dövlət başçısının rəğbətini qazanmaq üçün ciddi addımlar atmağa başlayıb. Halbuki Trump bir vaxtlar onu cinayətkar adlandırmış və həbs cəzası ilə hədələmişdi. Meta moderasiya və müxtəliflik siyasətini yenidən nəzərdən keçirib, həmçinin Trump-ın andiçməsinə 1 milyon dollar ianə edib, hansı ki, həmin tədbirdə Zuckerberg də iştirak edib. Sosial şəbəkə nəhənginin rəhbəri bir neçə 10 milyon dollara vitse-prezident J.D. Vance-in rezidensiyası yaxınlığında iki daşınmaz əmlak alıb və şirkətin idarə heyətinə Trump tərəfdarlarından bir neçəsini cəlb edib. Zuckerberg dəfələrlə Trump-la görüşüb - onlar süni intellektdən tutmuş Avropadakı texnoloji nəhənglər üçün tənzimləmə mexanizmlərinə qədər geniş mövzuları müzakirə ediblər. Ötən həftə isə onlar Meta-nın Luizianada inşa etməyi planlaşdırdığı məlumat emalı mərkəzini müzakirə ediblər - layihənin büdcəsi 50 milyard dollar olaraq qiymətləndirilir.
    Paylaş
    Bənzər xəbərlər
    meta-suni-intellektin-geleceyeinin-duzgun-siyasetciler-terefinden-teyin-olunmasi-ucun-milyonlarla-dollar-xercleyecek
    Tech-Biznes

    Meta süni intellektin gələcəyəinin düzgün siyasətçilər tərəfindən təyin olunması üçün milyonlarla dollar xərcləyəcək

    Meta yeni bir təşəbbüsə - siyasi komitəyə (Political Action Committee - PAC) 10 milyonlarla dollar investisiya qoymağı planlaşdırır. Təşkilat şirkətin mənşəyi olan Kaliforniya ştatında fəaliyyət göstərəcək və texnologiya sahəsinin, xüsusilə də süni intellektin tənzimlənməsinə liberal yanaşmanı dəstəkləyən namizədlərə dəstək verəcək.
    meta-nin-suni-intellekt-sobesi-artiq-mutexessislerini-itirmeye-baslayib
    Süni İntellekt

    Meta-nın süni intellekt şöbəsi artıq mütəxəssislərini itirməyə başlayıb

    Ən azı 3 süni intellekt tədqiqatçısı, şirkətin baş direktoru Mark Zuckerberg-in cəmi 2 ay əvvəl yaradıldığını elan etdiyi Meta Superintelligence Lab (MSL) bölməsindən ayrılıb.
    trump-abs-in-it-nehenglerini-avropa-dovletlerine-qarsi-sanksiyalar-vasitesile-desteklemeyi-planlasdirir
    Tech-Biznes

    Trump ABŞ-ın İT nəhənglərini Avropa dövlətlərinə qarşı sanksiyalar vasitəsilə dəstəkləməyi planlaşdırır

    ABŞ prezidenti Donald Trump-ın administrasiyası Avropa Birliyinə daxil olan ölkələrə və ya rəsmilərə qarşı bölgədə qüvvədə olan “Rəqəmsal Xidmətlər Qanunu”na (Digital Services Act, DSA) əməl etdiklərinə görə sanksiyalar tətbiq etmək imkanını nəzərdən keçirir.
    meta-oz-mehsullarinda-midjourney-nin-generativ-alqoritmlerinden-istifade-edecek
    Süni İntellekt

    Meta öz məhsullarında Midjourney-nin generativ alqoritmlərindən istifadə edəcək

    Meta Platforms şirkəti generativ süni intellekt alqoritmlərinin yaradıcısı Midjourney ilə əməkdaşlıq edəcəyini açıqlayıb. Əməkdaşlığın məqsədi onun “estetik texnologiyalarını lisenziyalaşdırmaq” və Meta-nın öz süni intellekt modelləri və məhsullarında istifadə etməkdir.
    donald-trump-tiktok-un-abs-da-qadagasini-dorduncu-defe-texire-salmaga-hazirdir
    Tech-Biznes

    Donald Trump TikTok-un ABŞ-da qadağasını dördüncü dəfə təxirə salmağa hazırdır

    Hələ bu ilin yanvarında keçirilmiş andiçmədən əvvəl Donald Trump ABŞ-da Çin sosial şəbəkəsi TikTok-un taleyini həll etməli olmuşdu, çünki onun fəaliyyəti əvvəlki prezident Joe Biden-in fərmanı ilə qadağan edilmişdi.