
Donald Trump TikTok-un ABŞ-da qadağasını növbəti dəfə 75 günlüyünə təxirə salıb
Tech-Biznes
07.04.2025
Emil
ABŞ Prezidenti Donald Trump TikTok sosial şəbəkəsinin ABŞ-da fəaliyyətinin qadağan olunmasına dair qərarın icrasını 75 gün müddətinə təxirə salıb. Keçən həftənin cümə günü Trump özünün Truth Social sosial şəbəkəsində paylaşdığı məlumatda bildirib ki, TikTok-un ABŞ biznes hissəsinin Çin şirkəti ByteDance-dən ayrılması üzrə razılaşmanın bağlanması üçün əlavə vaxt vermək məqsədilə sərəncam imzalayır. Bu elan qadağanın qüvvəyə minməsinə cəmi 1 gün qalmış verilib. “Administrasiyam TikTok-un xilas olunması üçün razılaşma üzərində çox ciddi şəkildə çalışıb və biz böyük irəliləyiş əldə etmişik. Razılaşmanın tam rəsmiləşməsi üçün daha çox iş görülməlidir, buna görə də TikTok-un fəaliyyətini daha 75 gün davam etdirməsi üçün sərəncam imzalayıram” - deyə Trump yazıb.

Bu, Trump-ın TikTok-un ABŞ-da fəaliyyətinin qadağan olunmasına dair qərarın icrasını ikinci dəfə təxirə salmasıdır. ByteDance şirkətinin TikTok-un ABŞ aktivlərini satması üçün ilkin son tarix ötən il keçmiş prezident Joe Biden tərəfindən imzalanmış qanuna əsasən 19 yanvar olaraq müəyyən edilmişdi. Lakin ABŞ-ın yeni prezidenti kimi vəzifəsinin ilk günündə Trump sərəncam imzalayaraq şirkətə razılaşmanı yekunlaşdırmaq üçün əlavə 75 gün vaxt verdi. Bu qərardan əvvəl TikTok müəyyən müddətlik ABŞ-da istifadəyə bağlanmış, tətbiq isə Apple və Google-un tətbiq mağazalarından silinmişdi. Lakin sərəncam imzalandıqdan sonra platformaya çıxış bərpa edildi.
Bloomberg-in yazdığına görə, çərşənbə günü Tramp, Oracle, Blackstone və Andreessen Horowitz kimi şirkətlərin daxil olduqları investorlar konsorsiumunun təklifini nəzərdən keçirib. Bildirilir ki, bu təklif mümkün razılaşma üçün əsas namizəd hesab olunur. TikTok-un alınmasında Amazon, Perplexity, milyarder Frank McCourt-un Project Liberty konsorsiumu, Walmart, AppLovin və digər şirkətlər də maraqlı olduqlarını bildiriblər.Trump platformaya qoyulan qadağanın icrasını təxirə saldıqdan qısa müddət sonra ByteDance ABŞ hökuməti ilə TikTok-un ölkədə fəaliyyətini davam etdirmə imkanları barədə danışıqlar apardığını təsdiqləyib.

Şirkətin cümə günü yayımladığı bəyanatda qeyd olunur ki, hələ bir sıra əsas məsələlər həll olunmalıdır və hər hansı razılaşma Çin qanunvericiliyinə uyğun şəkildə təsdiqlənməlidir. TikTok-un ABŞ-da fəaliyyətinə qoyulmuş qadağanın icrasının yeni təxirə salınması Trump-ın Çin üçün 34% həcmində yeni idxal tarifləri tətbiq etdiyini elan etməsindən bir neçə gün sonra baş verib.Daha əvvəl Trump bildirmişdi ki, gömrük rüsumları Çinlə TikTok mövzusunda aparılan danışıqlarda təzyiq vasitəsi kimi istifadə oluna bilər.
“Ümid edirik ki, Çinlə konstruktiv əməkdaşlığı davam etdirəcəyik. Bildiyimə görə, Çin qarşılıqlı tariflərimizdən məmnun deyil (bu tariflər ABŞ və Çin arasında ədalətli və balanslı ticarət üçün zəruridir!). Bu bir daha sübut edir ki, tariflər ən güclü iqtisadi vasitədir və milli təhlükəsizliyimiz üçün son dərəcə vacibdir! Biz istəmirik ki, TikTok ‘kölgəyə çəkilsin’. TikTok və Çinlə razılaşmanın bağlanması məsələsində əməkdaşlığa böyük ümid bəsləyirik” - deyə Trump, TikTok-un qadağasına verilən möhlətin uzadılması ilə bağlı açıqlamasında qeyd edib.
Mənbə: Techcrunch
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Donald Trump, TikTok ilə bağlı razılaşmanın əldə edilməsinə yaxın olduqlarını bildirib
Rəsmi olaraq, ABŞ-da TikTok sosial şəbəkəsinin fəaliyyətinə qadağa qoyulmasına dair möhlət bu yaxın şənbə gününə qədər qüvvədədir və potensial alıcıların Amerika aktivlərinin ayrılması ilə bağlı razılaşma üçün danışıqlar aparmağa hələ vaxtları var.

Tech-Biznes
Avropa Birliyi TikTok-u 500 milyon avro cərimələyəcək
ByteDance şirkəti, yəni qısa videolar platforması olan TikTok-un sahibi, Avropa istifadəçilərinin məlumatlarını Çinə qanunsuz ötürdüyünə görə 500 milyon avro cərimələnə bilər.

Tech-Biznes
ABŞ-ın yeni tarifləri səbəbilə dünyanın ən varlı şəxsləri 1 gündə 208 milyard dollar itiriblər
ABŞ-ın gömrük nəzarəti sahəsində yeni tarif siyasətinin dünya iqtisadiyyatı üçün hansı sarsıntılarla nəticələnəcəyi hələ məlum deyil, lakin fond bazarının ilkin reaksiyası göstərir ki, prezident Donald Trump-ın atdığı addımlar nəticəsində dünyanın ən zəngin 500 insanının sərvəti bir gün ərzində ümumilikdə 208 milyard dollar azalıb.

Tech-Biznes
Donald Trump-ın yeni idxal rüsumları böyük şirkətlərin səhmlərinin dəyərini aşağı salıb
ABŞ prezidenti Donald Trump-ın yeni idxal rüsumlarının tətbiqini elan etməsindən sonra, “möhtəşəm yeddilik” adlandırılan şirkətlərin səhmlərinin dəyəri kəskin şəkildə azalıb.

Tech-Biznes
TikTok-un potensial alıcıları siyahısına Amazon da qoşulub
Artıq 5 aprelə - ABŞ hökumətinin TikTok-un yerli aktivlərinin satışı üçün müəyyən etdiyi son tarixə - çox az vaxt qalıb və bu tarixdən cəmi bir neçə gün əvvəl həmin aktivlərin alınması ilə maraqlananlar sırasına ciddi bir rəqib də qoşulub - Amazon şirkəti.
Ən çox oxunanlar

İnsanabənzər robotlar arasında boks döyüşü anons edilib (VİDEO)
