Logo
    main-post-cover

    Elon Musk Apple və OpenAI-ya qarşı yeni məhkəmə iddiası qaldırıb

    Tech-Biznes
    26.08.2025
    Emil
         xAI şirkəti, Elon Musk-ın rəhbərliyi altında və onun tərkibinə daxil olan sosial şəbəkə X, bazar ertəsi AppleOpenAI şirkətlərinə qarşı kollektiv iddia qaldırıb. Onlar Apple və OpenAI-ni rəqabət əleyhinə sövdələşmədə və rəqiblər üçün maneələr yaratmaqda ittiham ediblər. Məhkəmə işinin predmeti Apple və OpenAI arasında ChatGPT-nin iPhone ekosisteminə, xüsusilə Apple Intelligence xidmətinə inteqrasiyası üzrə eksklüziv alyansdır. İddiada qeyd olunur ki, Apple iPhone istifadəçilərinə Apple Intelligence aktivləşdirildikdə ChatGPT-ni əsas çat-bot kimi məcburi təqdim edir və bununla da digər süni intellekt tətbiqlərini yükləməyin mənasını aradan qaldırır. Elon Musk hesab edir ki, Apple və OpenAI bazarı bağlayıblar ki, öz inhisarlarını saxlasınlar və X və xAI kimi rəqiblərin qarşısını alsınlar.
         Musk-ın şirkətləri həmçinin Apple-ı App Store-da rəqib tətbiqlərin mövqelərini qəsdən aşağı salmaqda ittiham edirlər. Onların sözlərinə görə, yüksək reytinqlərə baxmayaraq X və Grok Must-Have Apps siyahısına düşmür, halbuki ChatGPT 24 avqust 2025-ci il tarixinə orada yeganə süni intellekt çat-botu kimi yer alıb. “Smartfon bazarındakı öz inhisarını qorumaq üçün Apple, rəqabətin və süni intellekt sahəsində innovasiyaların qarşısının alınmasında ən çox maraqlı olan şirkətlə - generativ çat-botlar bazarının monopolisti OpenAI ilə birləşib” - deyə iddia mətnində bildirilir. Sənəddə həmçinin iddia olunur ki, ChatGPT-nin iPhone-a inteqrasiyası OpenAI-yə milyardlarla istifadəçi sorğusuna çıxış imkanı verir ki, bu da onun Apple-ın smartfon bazarındakı inhisarı hesabına üstünlüyünü daha da gücləndirir.
         Elon Musk bu ayın əvvəlində artıq Apple-ı məhkəməyə verməklə hədələmişdi və antiinhisar qanunvericiliyinin pozuntularına işarə etmişdi: “Apple elə davranır ki, OpenAI-dən başqa heç bir süni intellekt şirkətinin App Store-da birinci yerə çıxması mümkün deyil - bu isə antiinhisar normalarının birbaşa pozulmasıdır”. OpenAI artıq vəziyyəti şərh edib. Şirkətin nümayəndəsi Kayla Wood bildirib: “Bu iddia tamamilə cənab Musk-ın ictimai təzyiq strategiyasına uyğun gəlir”. Apple isə israr edir ki, App Store ədalətli rəqabət üçün yaradılıb və qərəzli yanaşma daşımır. O bunu hələ ayın əvvəlində vurğulamışdı.
    Paylaş
    Bənzər xəbərlər
    qatlana-bilen-iphone-nun-nece-eded-kameraya-sahib-olacagi-aciqlanib
    Cihazlar+

    Qatlana bilən iPhone-nun neçə ədəd kameraya sahib olacağı açıqlanıb

    Bəzi ilkin məlumatlara baxmayaraq, Bloomberg-in insayderi Mark Gurman ənənəsinə sadiq qalaraq Apple-ın orta müddətli perspektivdə elan etməyə hazırlaşdığı əsas yeniliklər haqqında geniş icmal dərc edib.
    yaxin-zamanda-airpods-max-in-yenilenmesi-gozlenilmir
    Cihazlar+

    Yaxın zamanda AirPods Max-ın yenilənməsi gözlənilmir

    Apple-ın naqilsiz qulaqlıqlarını təkmilləşdirmək istəyi danılmazdır, lakin bu istiqamətdəki səylər adətən AirPods modellərinə yönəldilir. Bu arada, AirPods Max artıq 5 ildir ki, demək olar, heç bir dəyişiklik olmadan mövcuddur və potensial alıcılar onun tezliklə yenilənəcəyinə ümid bəsləməməlidirlər.
    elon-musk-macrohard-adli-yeni-sirketini-qeydiyyatdan-kecirib
    Tech-Biznes

    Elon Musk Macrohard adlı yeni şirkətini qeydiyyatdan keçirib

    Tesla, SpaceX, sosial şəbəkə X və süni intellekt şirkəti xAI-nin rəhbəri Elon Musk Macrohard adlı şirkəti qeydiyyatdan keçirib - bu şirkət Microsoft-un birbaşa rəqibi olacaq.
    chatgpt-oz-cavablarinin-tertibatinda-google-search-un-melumatlarindan-istifade-edir
    Proqram Təminatı

    ChatGPT öz cavablarının tərtibatında Google Search-ün məlumatlarından istifadə edir

    ChatGPT-nin yaradıcısı olan OpenAI şirkəti, onlayn axtarış sahəsində Google ilə rəqabəti davam etdirir. Buna baxmayaraq, şəbəkə mənbələrinin məlumatına görə, şirkət öz çat-botunu öyrətmək və dəstəkləmək üçün Google axtarış sisteminin məlumatlarından istifadə edir.
    yenilenmis-apple-siri-nin-esasini-google-gemini-teskil-ede-biler
    Proqram Təminatı

    Yenilənmiş Apple Siri-nin əsasını Google Gemini təşkil edə bilər

    Heç kimə sirr deyil ki, Apple-ın süni intellekt sistemlərinin hazırlanması üzrə öz səyləri arzu olunan nəticələri vermir və buna görə də şirkət tərəfdaşların köməyinə güvənməyə məcburdur.