
OpenAI 2029-cu ildən tez mənfəət əldə etməyi gözləmir
Tech-Biznes
15.09.2025
Emil
OpenAI şirkəti proqnozlaşdırır ki, 2028-ci ilə qədər onun satışları 100 milyard dollara çatacaq. Lakin baş direktor Sam Altman investorları xəbərdar edib ki, şirkət yalnız 2029-cu ildən etibarən mənfəət əldə etməyə başlayacaq. Məlumata görə, OpenAI hesablama gücünə və öz yarımkeçirici komponentlərinin hazırlanmasına edilən böyük investisiyalara baxmayaraq, hələ də çoxmilyardlı zərərlər çəkməyə davam edir. Şirkət qarşıdakı onillik ərzində 100 milyardlarla dollar xərclərə dair öhdəliklər götürüb, o cümlədən Oracle-dan hesablama gücü üçün illik 60 milyard dollar ödəniş və birgə data mərkəzlərinə 18 milyard dollarlıq investisiya daxildir.

Lakin şirkətin daxili proqnozları bir neçə il ərzində zərərlərin davam edəcəyini göstərir və Altman investorları xəbərdar edib ki, 2029-cu ilə qədər ümumi zərərlər 44 milyard dollara çata bilər. Şirkətin biznesinin böyüməsi bazarın süni intellekt xidmətlərinə pul ödəməyə hazır olmasından asılıdır. Məsələn, OpenAI-in ChatGPT istifadəçilərinin sayı 700 milyondan çoxdur, lakin onların əksəriyyəti buna görə ödəniş etmir. ABŞ-ın aparıcı vençur şirkətlərindən biri olan Menlo Ventures-un araşdırması göstərir ki, istehlakçıların yalnız 3%-i müntəzəm olaraq süni intellekt xidmətlərinə pul ödəyir, beynəlxalq konsaltinq şirkəti McKinsey-in hesabatına görə isə şirkətlərin 80%-i süni intellektin tətbiqindən gəlirlərində əhəmiyyətli artım müşahidə etmir.

Link Ventures-un təsisçisi Dave Blundin süni intellekti “bəşər tarixində ən transformasiyaedici ixtira” kimi xarakterizə edib, lakin bazarda qaçılmaz maliyyə korrektəsi barədə də xəbərdarlıq edib. Buna baxmayaraq, investorlar OpenAI-i maliyyələşdirməyə davam edirlər və son 1 il ərzində ona təxminən 50 milyard dollar yatırdıblar. Eyni zamanda Microsoft OpenAI ilə tərəfdaşlığı uzadıb ki, bu da şirkətə kommersiya təşkilatına çevrilməyə və əlavə 19 milyard dollarlıq maliyyələşməyə çıxış əldə etməyə kömək edəcək.
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Yeni müqavilənin şərtlərinə görə Microsoft OpenAI-nin kiçik hissəsini əldə edə bilər
OpenAI şirkəti onilliyin sonuna qədər, xüsusilə Microsoft-a ötürülən gəlir payını hazırkı 20%-dən 8%-ə endirməyi planlaşdırır.

Süni İntellekt
Nepalda müvəqqəti baş naziri ChatGPT vasitəsilə seçiblər
Keçən həftənin əvvəlində Nepalda bir çox məşhur sosial şəbəkələrin bloklanması səbəbindən etirazlar başladı və onlar qeyri-rəsmi olaraq “Z nəsli inqilabı” adlandırıldı.

Süni İntellekt
ABŞ hökuməti süni intellekt əsaslı çat-botların təhlükəsizlikləri ilə bağlı istintaqa başlayıb
ABŞ Federal Ticarət Komissiyası (FTC) uşaqlara və yeniyetmələrə süni intellektin mənfi təsir göstərə biləcəyini araşdırmaq məqsədilə Alphabet, Meta, OpenAI, xAI və Snap da daxil olmaqla 7 böyük texnologiya şirkətinə qarşı istintaq başladıb.

Tech-Biznes
OpenAI restrukturizasiya mövzusunda Microsoft ilə razılığa gəlib
Dəfələrlə qeyd edildiyi kimi, hazırkı təşkilati strukturda qeyri-kommersiya fondunun dominantlığı bir çox potensial investorları narahat edirdi, çünki onlar şirkətin mənfəətini bölüşdürmək imkanlarında məhdudlaşdırılırdılar.

Süni İntellekt
OpenAI süni intellekt vasitəsilə animasiya filminin istehsalında yardımçı olur
OpenAI tammetrajlı “Critterz” adlı animasiya filminin yaradılmasına kömək edir. Cizgi filmi generativ süni intellektdən, o cümlədən GPT-5-dən istifadə olunaraq hazırlanır: rəssamlar personajların eskizlərini çəkir, aktyorlar onları səsləndirir, neyron şəbəkələr isə səhnələri animasiya, materialları isə emal edirlər.
Ən çox oxunanlar

İnsanabənzər robotlar ilə bağlı optimizm azalır
