Logo
    main-post-cover

    Ay tozu meqapolis havasından daha az toksikdir

    Elm & Texnologiya
    24.06.2025
    Emil
         Yeni təcrübə göstərib ki, meqapolisin gur küçəsindəki hava Ay tozundan daha toksikdir. "Nəticələr insanın Aya qayıtmasının təhlükəsiz olduğunu təsdiqləyir" - deyə Sidney Texnologiya Universitetinin təbiət elmləri üzrə fəxri professoru Brian Oliver bildirib. Buna baxmayaraq, Ay tozu ilə tənəffüs “Apollo-17” missiyası zamanı iştirak edən astronavtlardan birinin “Ay saman qızdırması” adlandırdığı vəziyyətə səbəb ola bilər. Ay tozunun toksikliyi ilə bağlı narahatlıqlar “Apollo-17” missiyası çərçivəsində astronavtların Ay səthinə enişi zamanı meydana çıxmışdı. Statik elektrik təsiri altında Ay tozu astronavtların skafandrlarına yapışmış və bir hissəsi eniş modulunun daxilinə keçmişdi. Sözügedən toz ilə tənəffüsü göz yanması, öskürək və boğaz ağrısı kimi əlamətlərə səbəb olmuşdu. Bu əlamətlər Yer vaxtı ilə bir gün ərzində yox olmuşdu. Astronavt Harrison Schmitt həmin simptomları allergik reaksiyaya bənzədərək, bu vəziyyəti “Ay saman qızdırması” adlandırmışdı.
         "Apollo-17" missiyasının geri dönüşündən sonra oxşar problemlər istifadə olunmuş skafandrlardan tozu çıxaran əməkdaşlarda da müşahidə olunub. Ay tozu ilə hər təmasdan sonra simptomlar daha da güclənib. Bununla belə, bu kimi ayrı-ayrı müşahidələr tamhüquqlu elmi tədqiqat xarakteri daşımır. Bu çatışmazlığı aradan qaldırmaq qərarına Sidney Texnologiya Universitetinin tənəffüs araşdırmaları qrupunun aspirantı Michaela Smith gəlib. O, əsl Ay tozuna çıxış çox məhdud olduğu üçün, onun imitatorları ilə təcrübələr aparıb. Ölçüsü 2.5 mikrondan kiçik olan hissəciklər o qədər balacadır ki, tənəffüs zamanı alt tənəffüs yollarında ilişib qala bilər. Təcrübəni daha əhatəli etmək üçün Smith Ay tozunun imitatorlarını ağciyərin yuxarı və aşağı hissələrini təmsil edən iki fərqli hüceyrə növünə - bronxial alveolyar hüceyrələrə tətbiq edib.
         Daha sonra Smith eyni təcrübəni Sidneydəki gur bir küçədən götürülmüş hava nümunəsindəki real hissəciklərlə həyata keçirib və Ay tozu ilə Yer tozunun təsirini müqayisə edib. O, müəyyən edib ki, Ay tozu hissəciklərinin qeyri-bərabər forması və kobud səthi ağciyərlərdə qıcıqlanma yaratsa da, onun təsiri yer atmosferindəki çirklənmiş hava ilə müqayisədə xeyli zəifdir. Smith-in nəticələri Life Sciences in Space Research jurnalında dərc olunub. “Fiziki qıcıqlandırıcı ilə yüksək toksik maddə arasında fərq qoymaq vacibdir. Tədqiqatımız göstərir ki, Ay tozu tənəffüs yollarında müəyyən ani qıcıqlanmaya səbəb ola bilər, lakin görünən odur ki, silikoz kimi silikon tozunun yaratdığı xroniki, uzunmüddətli xəstəliklər baxımından risk daşımır” - deyə Smith bildirib.
         Michaela Smith-in araşdırması NASA-ya “Artemis-3” Ay missiyasının planlaşdırılmasında kömək edə bilər. Bu missiya çərçivəsində 1972-ci ildən bəri ilk dəfə insanların Ay səthinə enməsi nəzərdə tutulur. Daha əvvəl agentlik skafandrların Ay eniş modulunun xaricində sabitlənməsi və onların daxilinə və xaricinə xüsusi hava keçid sistemi vasitəsilə daxil olunması imkanını nəzərdən keçirirdi. Bu yanaşma Ay tozunun modulun içərisinə daxil olmasının qarşısını alır. Smith-in işi sayəsində Ay tozu problemi əvvəl güman edildiyi qədər ciddi olmaya bilər.
    Paylaş
    Bənzər xəbərlər
    yeni-fotolar-mars-sethinin-altinda-buzun-olduguna-isare-edirler
    Elm & Texnologiya

    Yeni fotolar Mars səthinin altında buzun olduğuna işarə edirlər

    Bu kəşfi Missisipi Universitetinin tədqiqatçıları ediblər. Onlar Marsdakı Amazonis Planitia adlı regionu müşahidə ediblər. Bu, əvvəllər də gələcək kosmik missiyalar üçün perspektivli ərazi hesab edilən orta enliklərdə yerləşən ərazidir.
    qalaktikamizin-en-ekstremal-bolgesinde-planetlerin-formalasdigi-teyin-edilib
    Elm & Texnologiya

    Qalaktikamızın ən ekstremal bölgəsində planetlərin formalaşdığı təyin edilib

    Süd Yolunun ekstremal bir bölgəsində - burada ultrabənövşəyi şüalanma Yer səviyyəsindən 10 minlərlə dəfə güclü olduğu halda - James Webb teleskopu su və ekzoplanetlərin formalaşması üçün uyğun şərait aşkarlayıb.
    cinin-marsdan-numunelerin-geri-qaytarilmasi-missiyasi-baresinde-teferruatlar-aciqlanib
    Elm & Texnologiya

    Çinin Marsdan nümunələrin geri qaytarılması missiyası barəsində təfərrüatlar açıqlanıb

    Çinin Mars süxurlarından nümunələrin Yerə gətirilməsini hədəfləyən iddialı “Tianwen-3” missiyası ilə bağlı təfərrüatlar məlum olub. Nature Astronomy jurnalında dərc olunan məqalədə, Hefey şəhərində yerləşən Dərin Kosmik Tədqiqatlar İnstitutundan Zengqian Hou rəhbərliyindəki tədqiqat qrupu 2028-2031-ci illər üçün planlaşdırılmış layihənin əsas aspektlərini təqdim edib.
    amerikali-alim-fezani-3-zaman-oxu-ile-evez-etmeyi-teklif-edib
    Elm & Texnologiya

    Amerikalı alim fəzanı 3 zaman oxu ilə əvəz etməyi təklif edib

    Bəs əgər bizim kainat üçölçülü məkan və zamandan ibarət deyilsə, əksinə, hər şey üç ayrı vaxt ölçüsündən yaranırsa? Yeni bir araşdırma kainatın quruluşu ilə bağlı qeyri-adi bir ideya irəli sürür.
    qlobal-istilesme-yuxu-apnoesi-sindromunu-agirlasdirir
    Elm & Texnologiya

    Qlobal istiləşmə yuxu apnoesi sindromunu ağırlaşdırır

    Avstraliyadan olan bir tədqiqat qrupu ilk dəfə olaraq qlobal istiləşmə ilə obstruktiv yuxu apnoesi sindromu - yəni qəfil tənəffüs dayanması - arasında əlaqəni göstərib. Alimlər hesablayıblar ki, gecə saatlarında havanın temperaturunun artması bu sindromun inkişaf riskini 45% artırır.