Logo
    main-post-cover

    Çin Mars süxur nümunələrini bu onilliyin sonuna kimi geri qaytarmağa hədəflənib

    Elm & Texnologiya
    25.04.2025
    Emil
         Çin Milli Kosmik İdarəsi (CNSA) “Tianwen-3” missiyası çərçivəsində Marsdan süxur nümunələrinin Yerə qaytarılması ilə bağlı beynəlxalq əməkdaşlıq planlarını elan edib. Missiya çərçivəsində tərəfdaşlar sadəcə müşahidəçi yox, Çinlə bərabər Qırmızı planetin tam hüquqlu tədqiqatçıları olacaqlar. Bunun üçün iştirak etmək istəyən ölkələrə elmi alətlərin yerləşdirilməsi məqsədilə kosmik gəmilərdə yer ayrılacaq. Daha əvvəl məlum olmuşdu ki, Çin Marsdan nümunələrin geri gətirilməsi proqramını sürətləndirib. “Tianwen-3” missiyasının başlanğıcı 2030-cu ildən 2028-ci ilə çəkilib. NASA artıq Çin tərəfindən bu qədər mürəkkəb bir əməliyyatın ilk dəfə həyata keçirilə biləcəyini qəbul edib.
         Amerika Kosmik Agentliyi isə, öz növbəsində, Mars süxur nümunələrini ən geci 2040-cı ilə qədər Yerə çatdırmaq üçün mümkün olan hər şeyi etməyə çalışacaq. 2025-ci il aprelin 24-də Şanxayda Çin Kosmonavtika Gününə həsr olunmuş mərasim zamanı CNSA nümayəndəsi “Tianwen-3” missiyası çərçivəsində beynəlxalq tərəfdaşlara Mars gəmilərinin bortunda 20 kq-lıq faydalı yüklə təchiz olunma icazəsinin veriləcəyini elan edib. Bu məqsədlə iki aparat nəzərdə tutulur: Biri aşağı dairəvi orbitdə, digəri isə yüksək elliptik orbitdə fəaliyyət göstərəcək. Birincinin bortunda xarici cihazlar üçün 15 kq, ikincidə isə 5 kq faydalı yük ayrılıb.
         “Tianwen-3” missiyası iki “Changzheng-5” raketi vasitəsilə göndəriləcək. Marsa iki orbit aparatının və eniş moduluna birləşdirilmiş qalxma modulunun çatdırılması planlaşdırılır. Ümumilikdə missiya 6 elmi cihazla təchiz olunacaq. Orbit aparatı 350 km hündürlükdə dairəvi orbitdə 5 il fəaliyyət göstərmək üçün nəzərdə tutulub. Onun tərkibinə həmçinin nümunələr üçün kapsul ilə təchiz olunmuş geri qaytarma modulu da daxildir. Mars səthindən qalxma modulunun buraxılmasından sonra o, orbit modulu ilə birləşəcək və nümunələri kapsula ötürəcək. İkinci orbit aparatı - servis modulu - təxminən 70 000 km-ə qədər maksimal hündürlüyə malik elliptik orbitdə təxminən 5 il fəaliyyət göstərəcək.
         Bu modul elmi təcrübələrlə yanaşı, eniş modulunun orbit aparatı və Yer ilə rabitəsini təmin edəcək. Əgər missiya uğurla həyata keçirilərsə, bu, ABŞ “Apollo” proqramlarından sonra texnoloji baxımdan ən irəliləmiş proqram olacaq. Lakin NASA “Changzheng-5” raketini özlərinin Mars Sample Return proqramı ilə müqayisə etməməyə çağırır. Çinin eniş platforması, hətta helikopter və kiçik səthüstü aparat istifadə edilsə belə, yalnız eniş yerində nümunə toplaya biləcək. Halbuki NASA-nın səthüstü aparatları süxur nümunələrini Jezero krateri və onun hüdudlarından kənarda geniş bir ərazidən toplayır. NASA vurğulayır ki, bu iki fərqli missiyadır və söhbət yarışdan getmir.
    Mənbə: China.org
    Paylaş
    Bənzər xəbərlər
    mis-esasli-en-mohkem-yeni-erinti-hazirlanib
    Elm & Texnologiya

    Mis əsaslı ən möhkəm yeni ərinti hazırlanıb

    Alimlər indiyə qədər yaradılmış mis əsaslı materiallar arasında ən möhkəmlərindən biri olan yeni bir ərinti hazırlayıblar. Bu supermöhkəm mis ərintisi daha təkmilləşdirilmiş təyyarə və kosmik gəmi istehsalı üçün istifadə oluna bilər.
    abs-da-beyin-kocu-baslayib-sebeb-nedir
    Elm & Texnologiya

    ABŞ-da "beyin köçü" başlayıb: Səbəb nədir?

    ABŞ-da elmi maliyyələşmənin və qrantların Trump administrasiyası dövründə kəskin şəkildə azalması fonunda amerikalı alimlər getdikcə daha çox xaricdə iş axtarırlar.
    yeni-kosmoloji-ferziyye-boyuk-partlayisi-inkar-edir
    Elm & Texnologiya

    Yeni kosmoloji fərziyyə Böyük partlayışı inkar edir

    Böyük partlayış nəzəriyyəsi - nüfuzlu olsa da - yalnız bir nəzəriyyədir və kosmologiyada mövcud olan bir çox fərziyyələrdən biridir. Yeni bir ehtimala görə, kainat tədricən, saysız hadisələr seriyası - yəni “zaman sinqulyarları” adlandırılan partlayışlarla yaranıb.
    hubble-kosmik-teleskopunun-35-yasi-tamam-olub
    Elm & Texnologiya

    Hubble kosmik teleskopunun 35 yaşı tamam olub

    1990-cı il aprelin 24-də Discovery adlı kosmik gəmisinin göyərtəsində Hubble kosmik teleskopu Yer orbitinə çıxarıldı. O zaman az adam gözləyirdi ki, bu teleskop bu qədər uzun müddət - düz 35 il işləyəcək və ümid etmək olar ki, hələ bir neçə il də fəaliyyətini davam etdirəcək.
    kosmosda-iki-obyekti-birlesdiren-korpu-kesf-edilib
    Elm & Texnologiya

    Kosmosda iki obyekti birləşdirən "körpü" kəşf edilib

    Astronomlar Persey qalaktika topası üzərində apardıqları tədqiqat zamanı uzun müddətdir həll olunmamış kosmik sirrlərdən birini aydınlaşdırmağı bacarıblar. Onlar kainatdakı ən böyük qalaktika toplusundan biri ilə toqquşmuş nəhəng, itkin bir obyekt aşkar ediblər.