Logo
    main-post-cover

    Çində insanabənzər robot idman ayaqqabılarının testində istifadə edilir

    Elm & Texnologiya
    17.09.2025
    Emil
         Çin mühəndisləri humanoid (insanabənzər) robota qeyri-adi tətbiq tapıblar. Marafon qaçışlarında fərqlənmiş Tien Kung adlı robot indi idman ayaqqabılarının sınaqlarında iştirak etməyə başlayıb. Pekində yerləşən Li-Ning İdman Elmləri Tədqiqat Mərkəzində qeyri-adi bir təcrübə aparılıb. Tien Kung adlı robota idman ayaqqabısı geyindirilib və qaçış zolağına buraxılıb. Mütəxəssislər qaçış ayaqqabısı üçün əsas göstəricilər olan dabanın amortizasiyasını və elastikliyini öyrəniblər. Robotlaşdırılmış sınaqların əsas üstünlüyü sürət və dəqiqlikdir. Tien Kung saatlarla məlumat toplaya bilir, halbuki idmançı insanlara bunun üçün həftələr lazım olardı.
         Onun ayaqlarındakı sensorlar biomexanikadakı ən kiçik dəyişiklikləri qeydə alır. Robot sabitlik nümayiş etdirir - o, yorulmadan və sapmalar olmadan testləri təkrarlaya bilir. Bu isə mühəndislərə təhlil üçün təkrarolunan nəticələr təqdim edir. Ayaqqabıların sınaqdan keçirilməsini göstərən videoya China Daily-də baxmaq mümkündür. Tien Kung daha əvvəl də idman bacarıqlarını nümayiş etdirib. Aprel ayında o, Pekində yarımarafonu qaçaraq robotlar üçün rekord qırıb. İndi isə onun imkanları sənayedə tətbiq olunur. Şirkətlər qaçış ayaqqabılarının xüsusiyyətləri üzrə məlumat bazası yaratmağı planlaşdırırlar. Bu, yeni modellərin hazırlanmasını sürətləndirəcək və idmançıların tələblərini daha yaxşı anlamağa kömək edəcək.
    Paylaş
    Bənzər xəbərlər
    openai-insanabenzer-robotlar-ucun-xususi-komandasini-formalasdirir
    Elm & Texnologiya

    OpenAI insanabənzər robotlar üçün xüsusi komandasını formalaşdırır

    OpenAI ümumi süni intellektə (AGI) doğru strategiya çərçivəsində robototexnika sistemlərinin, o cümlədən humanoid (insanabənzər) sistemlərin hazırlanmasına yönəlmiş yeni komanda formalaşdırır.
    epilepsiyadan-eziyyet-ceken-12-yasli-usaga-beyin-cipi-implantasiya-edilib
    Elm & Texnologiya

    Epilepsiyadan əziyyət çəkən 12 yaşlı uşağa beyin çipi implantasiya edilib

    Uğurlu əməliyyat barədə Quançjou xəstəxanasının həkimləri məlumat veriblər. Onlar rezistent epilepsiyadan əziyyət çəkən 12 yaşlı qızda əməliyyat keçiriblər.
    elektromobillerin-suretli-sarji-ucun-xususi-maye-hazirlanib
    Elm & Texnologiya

    Elektromobillərin sürətli şarjı üçün xüsusi maye hazırlanıb

    Elektromobillərin ekspress-yükləmə texnologiyaları eyni anda bir neçə istiqamətdə inkişaf edir. Yüksək gücə malik yükləmə stansiyalarından əlavə, bu texnologiyaların bütün üstünlüklərini həyata keçirmək üçün elektromobilin bort sistemləri də uyğun olmalıdır.
    alimler-2-milyarddan-cox-musiqini-ozunde-saxlaya-bilen-dnt-kaseti-hazirlayiblar
    Elm & Texnologiya

    Alimlər 2 milyarddan çox musiqini özündə saxlaya bilən DNT kaseti hazırlayıblar

    Hazırda DNT əsaslı məlumat saxlama üsulu sənaye tətbiqləri üçün çox ləng işləyir. Tədqiqatçılar uzun müddətdir ki, DNT-nin rəqəmsal məlumat daşıyıcısı kimi unikal xüsusiyyətlərini öyrənirlər.
    insanabenzer-robotlar-ile-bagli-optimizm-azalir
    Elm & Texnologiya

    İnsanabənzər robotlar ilə bağlı optimizm azalır

    İnsanabənzər robotlar bazarının böyük oyunçularının çoxu satış həcmləri barədə cəsarətli proqnozlar versə də, reallıq ondan ibarətdir ki, bu cür “insan əvəzediciləri” indiki formada hələ ki, geniş praktik tətbiq tapmağa qadir deyillər.