Logo
    main-post-cover

    Erkən kainatda superkütləli qara dəliklərin formalaşmasını izah edən nəzəriyyə irəli sürülüb

    Elm & Texnologiya
    04.04.2025
    Emil
         Amerikalı astrofiziklər erkən kainatda - mövcud elmi qanunlara əsasən hələ yaranmamalı olan dövrdə - superkütləli qara dəliklərin formalaşmasını izah edən bir nəzəriyyə irəli sürüblər. Onların irəli sürmüş olduqları nzəəriyyənin mərkəzində, hidrogen molekullarını parçalaya bilən və qara dəliklərin yaranması üçün uyğun şərait yaradan ultrabənövşəyi şüalanma axını dayanır. Bu şüalanmanı isə tərkibində qaranlıq maddənin mümkün namizədləri hesab olunan hipotetik, çox yüngül hissəciklər - aksionlar gücləndirir. Qara dəliklərin iki əsas tipi mövcuddur: Ulduz kütləli qara dəliklər superkütləli qara dəliklər. Onlar ölçülərinə, yaranma üsullarına və aid olduqları qalaktikalara təsirlərinə görə fərqlənirlər.
         Ulduz kütləli qara dəliklər - Günəşin kütləsindən bir neçə və ya onlarla dəfə böyük olanlar - nəhəng ulduzların çökməsi nəticəsində yaranır. Superkütləli qara dəliklər isə milyonlarla və ya milyardlarla dəfə daha böyükdürlər. Onlar adətən qalaktikaların mərkəzində yerləşirlər və kütlələrini akkresiya və birləşmələr hesabına artırırlar. Superkütləli qara dəliklərin, xüsusilə bir milyard Günəş kütləsindən artıq kütləyə malik və yüksək qırmızı yerdəyişməyə sahib olanların mənşəyi hələ də tam aydın deyil. Bu obyektlər Yerdən çox böyük məsafədə yerləşirlər və buna görə də kainatın ən erkən dövrlərində mövcud olublar. Onların formalaşmasının əsas proseslərindən biri, atom qazından ibarət soyuyan buludların birbaşa çökərək ulduza çevrilmədən qara dəliyə çevrilməsidir.
         Alimlərin fikrincə, bu şəkildə təqribən 100 000 Günəş kütləsinə malik olan kütləvi qara dəliklər yaranmış ola bilər. Bu qara dəliklər sonradan böyüyərək "ağır" toxum adlanan xüsusi obyektlərə çevrilir və nəticədə milyardlarla Günəş kütləsinə qədər böyüyə bilirlər. Kornell Universitetinin alimləri ehtimal edirlər ki, qaranlıq maddə elektromaqnit sahəsi ilə xüsusi topoloji qarşılıqlı təsirlər vasitəsilə əlaqəyə girən çox yüngül aksion hissəciklərindən ibarətdir. Bu qarşılıqlı təsirlər riyazi olaraq Çern-Saymons nəzəriyyəsi ilə izah olunur. Qaranlıq maddənin halosu daxilində aksion sahəsinin dalğalanmaları infraqırmızı fotonları gücləndirə bilər - bu, aksion sahəsindən fotonlara enerji ötürülməsi (parametrik rezonans) nəticəsində baş verir.
         Bu proses həmçinin ultrabənövşəyi şüalanmanın yayılmasına da səbəb ola bilər - ya optik baxımdan qalın halolarda istilik enerjisinin tarazlığa çatması hesabına, ya da rezonans prosesi zamanı güclü foton kaskadının yaranması nəticəsində. Araşdırma göstərib ki, aksion tərkibli qaranlıq maddə parametrik rezonans prosesi vasitəsilə birbaşa qara dəlik kollapsı üçün kifayət qədər ultrabənövşəyi fotonlar yarada bilər. Bu isə kainatın ən erkən dövrlərində qara dəliklərin ulduz işığına və ya ulduz təkamülünə ehtiyac olmadan formalaşa biləcəyini göstərir və yüksək qırmızı yerdəyişmə göstəricilərinə malik superkütləli qara dəliklərin mövcudluğunu izah edə bilər. Alimlərin təsvir etdikləri bu mexanizm bir neçə müasir nəzəriyyə ilə, o cümlədən standart kosmoloji model və bəzi sim nəzəriyyəsi elementləri ilə uyğunluq təşkil edir.
    Paylaş
    Bənzər xəbərlər
    james-webb-erken-kainatda-coxlu-sayda-olu-qalaktika-kesf-edib
    Elm & Texnologiya

    James Webb erkən kainatda çoxlu sayda "ölü" qalaktika kəşf edib

    Erkən kainatda yalnız gənc və aktiv qalaktikaların mövcud olacağı gözlənilirdi, lakin yeni müşahidələr bu fikri təkzib etdi. James Webb kosmik teleskopu, Böyük partlayışdan sonrakı ilk 1 milyard il ərzində özlərində yeni ulduzların yaranması prosesinin dayanmış olduğu çox sayda ölən qalaktika aşkarlayıb.
    alimler-marsda-sag-qala-bilecek-canli-novunu-teyin-edibler
    Elm & Texnologiya

    Alimlər Marsda sağ qala biləcək canlı növünü təyin ediblər

    Tədqiqatçılar Marsın sərt şəraitində yaşaya biləcək bir Yer mənşəli həyat forması müəyyən ediblər ki, bu da gələcəkdə insanların Qırmızı Planetdə koloniyalar qurmalarına potensial olaraq kömək edə bilər.
    torlu-qisanin-zedelenmesi-halinda-gorme-qabiliyyetinin-berpasi-dermani-hazirlanib
    Elm & Texnologiya

    Torlu qişanın zədələnməsi halında görmə qabiliyyətinin bərpası dərmanı hazırlanıb

    Cənubi Koreya alimləri tor qişanın müxtəlif degenerativ xəstəlikləri səbəbilə görmə qabiliyyətini itirmiş insanlarda görməni bərpa etmək üçün təcrübi dərman təqdim ediblər.
    daha-once-yer-ucun-tehlukeli-olan-asteroidin-ay-ile-toqqusma-ehtimali-var
    Elm & Texnologiya

    Daha öncə Yer üçün təhlükəli olan asteroidin Ay ilə toqquşma ehtimalı var

    Bir neçə müddət öncə kəşf edilmiş 2024 YR4 asteroidinin təhlükə dərəcəsini qiymətləndirmək üçün NASA agentliyi ən qabaqcıl alətindən - James Webb kosmik teleskopundan istifadə edib.
    cinliler-suni-gunesin-ise-salinmasina-cox-yaxindirlar
    Elm & Texnologiya

    Çinlilər "süni Günəş"in işə salınmasına çox yaxındırlar

    Məlumata əsasən 2 il əvvəl təkmilləşdirilmiş Çin tokamakı Huanliu-3 (HL-3) Çendu şəhərində öz-özünü dəstəkləyən termonüvə reaksiyasının işə düşməsi həddinə yaxınlaşıb.