
Gələn ilki MediaTek Dimensity 9400 prosessoru 3 nanometrlik olacaq
Elm & Texnologiya
27.12.2023
Emil
MediaTek keçən ay Dimensity 9300 flaqman prosessorunu təqdim etdi. Sözügedən prosessor TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanır. Gələn il isə MediaTek Dimensity 9400 prosessorunu təqdim edəcək. Şirkət gələn il təqdim ediləcək Dimensity 9400 prosessorunun 3 nanometrlik texnoloji proses əsasında hazırlanacağına işarə edib. Şirkət birbaşa prosessorun adını çəkməsə də qeyd edib ki, o, ilk 3 nanometrlik prosessorunun istehsalı mövzusunda TSMC şirkəti ilə birgə aktiv şəkildə çalışır. Qeyd etmək lazımdır ki, TSMC şirkəti 3 nanometrlik prosessoru hal-hazırda yalnız Apple şirkəti üçün istehsal edir. Söhbət, iPhone 15 Pro modellərində istifadə edilən Apple A17 Pro prosessorundan gedir.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
2023-cü ilin üçüncü rübü üzrə mobil prosessorlar bazarının statistikası təqdim edilib
Counterpoint Research analitik şirkəti bu ilin üçüncü rübü üzrə mobil prosessorlar bazarının statistikasını təqdim edib.

Elm & Texnologiya
MediaTek 9400 flaqman prosessoru barəsində ilk məlumatlar verilib
MediaTek Dimensity 9300 flaqman prosessorunun keçən ay təqdim olunmasına baxmayaraq artıq Dimensity 9400 prosessoru barəsində ilk məlumatlar verilib.

Elm & Texnologiya
Snapdragon 8 Gen 3 və Dimensity 9400 prosessorları neçə nanometrlik olacaqlar?
Qualcomm və MediaTek şirkətləri artıq gələn il öz növbəti flaqman prosessorlarını təqdim edəcəklər.

Elm & Texnologiya
MediaTek Dimensity 8300 prosessoru təqdim edilib
MediaTek şirkəti daha öncədən də söz verdiyi kimi Dimensity 8300 adlı yeni subflaqman prosessorunu təqdim edib.

Elm & Texnologiya
MediaTek Dimensity 8300 prosessorunun bəzi texniki imkanları ortaya çıxıb
MediaTek şirkəti hələ bir neçə müddət bundan öncə Dimensity 9300 flaqman prosessorunu təqdim etdi.
Ən çox oxunanlar

Uzaq keçmişdə Mars olduqca rütubətli planet olub
