Logo
    main-post-cover

    Günəş sistemində üçüncü ulduzlararası obyekt aşkar edilib

    Elm & Texnologiya
    03.07.2025
    Emil
         Astronomlar Günəş sisteminə kənardan gəlmiş ola biləcək bir obyekt aşkar ediblər və bu obyektin ulduzlararası obyekt ola biləcəyini düşünürlər. Hal-hazırda A11pl3Z adlandırılan bu obyekt, Günəş sistemində indiyədək müşahidə edilmiş üçüncü potensial ulduzlararası obyekt ola bilər. Sözügedən obyekt Təxminən 4 aydan sonra Günəşə ən yaxın nöqtəyə çatacaq və bundan sonra çox güman ki, kosmik qonşuluğumuzu həmişəlik tərk edəcək. Hazırda A11pl3Z obyektini dünyanın müxtəlif rəsədxanaları müşahidə edirlər. Obyekt hal-hazırda Yupiterin orbitinin içərisində yerləşir və oktyabr ayında Yerə nisbətən daha yaxın - Marsın orbitinin daxilində olacaq. Həmin vaxt alimlər obyektə teleskoplar vasitəsilə daha yaxından baxa biləcək və onun növünü müəyyənləşdirməyə çalışacaqlar.
         Hazırda onun kometa, asteroid və ya başqa bir səma cismi olub-olmadığı dəqiq bilinmir. Yeganə məlum olan isə onun diametrinin 20 kilometrə qədər olmasıdır. A11pl3Z obyekti iyunun 25-dən 29-dək toplanmış məlumatlar əsasında aşkarlanıb. Bu məlumatlar ATLAS sistemi tərəfindən, Havay və Cənubi Afrikada yerləşən teleskoplar vasitəsilə göy üzünü izləməklə toplanmışdı. Artıq 1 iyul tarixində NASA Beynəlxalq Astronomiya İttifaqı obyektin mövcudluğunu təsdiqlədi və bu günlərdə onlara Avropa Kosmik Agentliyi də qoşulub. Sürəti və trayektoriyasına əsasən görünür ki, A11pl3Z Günəşin qravitasiya təsir zonası xaricindən gəlib və Günəş sistemindən maneəsiz keçə biləcək qədər impuls gücünə malikdir. Onun sürəti təxminən saatda 245 000 kilometr olaraq qiymətləndirilir.
    Oumuamua:
         NASA-nın Yerlə yaxın obyektlərin tədqiqi mərkəzi bu obyekt haqqında ilkin məlumatlar yayımlayıb. Bildirilir ki, obyekt Yer üçün heç bir təhlükə yaratmır. Bundan əlavə, dekabr ayında Günəşə ən yaxın nöqtəyə çatacağı anda, o, Yerdən baxanda Günəşin qarşı tərəfində olacaq. Bu, müşahidə olunan üçüncü ulduzlararası qonaqdır: 2017-ci ildə astronomlar ehtimal edilən siqaret formalı Oumuamua adlı asteroid aşkar etdilər, bir neçə il sonra isə Borisov kometası müşahidə olundu. Hər iki obyekt elmi mübahisələrə səbəb oldu, xüsusilə də qeyri-adi forması və trayektoriyası süni mənşə ehtimalını gündəmə gətirən Oumuamua.
    Paylaş
    Bənzər xəbərlər
    qocalmanin-tekce-senaye-cemiyyetindeki-iltihab-ile-elaqeli-oldugu-melum-olub
    Elm & Texnologiya

    Qocalmanın təkcə sənaye cəmiyyətindəki iltihab ilə əlaqəli olduğu məlum olub

    Bu kəşf, iltihabın yaşla birlikdə həmişə gücləndiyi fikrini elm adamlarının gözündə təkzib edir. Unikal tədqiqat göstərib ki, bu tendensiya yalnız şəhərlərdə və ya sənaye baxımından inkişaf etmiş ərazilərdə yaşayan insanlarda müşahidə olunur. İndi tədqiqatçıların qarşısında duran əsas vəzifə sağlamlıq problemlərinə dəqiq olaraq nəyin səbəb olduğunu müəyyənləşdirməkdir.
    yeni-musahideler-kosmik-saplar-adli-ferziyyeni-tesdiqleyir
    Elm & Texnologiya

    Yeni müşahidələr “kosmik saplar” adlı fərziyyəni təsdiqləyir

    Adı adi və ya barion maddə olan və atom nüvələri, elementar hissəciklər, planetlər, qalaktikalar və ümumilikdə müşahidə olunan bütün kainatı təşkil edən materiya, kainatın ümumi kütlə-enerji balansının təxminən 5% təşkil edir.
    kainatda-orqanik-molekullarin-miqdari-gozlenildiyinden-daha-cox-imis
    Elm & Texnologiya

    Kainatda orqanik molekulların miqdarı gözlənildiyindən daha çox imiş

    Yer üzərində həyatın mənşəyi müasir elmin hələ də cavablandıra bilmədiyi əsas sirrlərdən biridir. Həyat nə vaxt yaranır, onun "toxumları" haradan gəlir və orqanik maddələrin sintezi üçün ilkin kimyəvi proseslər harada başlayır? Planetlərin səthindəki qidalı mühitlərdə, yoxsa kosmosun soyuq dərinliklərindəmi?
    saturnun-peyki-enseladin-sethalti-okeani-unikal-sudan-teskil-olunub
    Elm & Texnologiya

    Saturnun peyki Enseladın səthaltı okeanı unikal sudan təşkil olunub

    Alimlərin ehtimalına görə, Saturnun Enselad adlı peykinin buzla örtülü səthinin altında nəhəng maye su okeanı mövcuddur. Bu okeanda yadplanetli həyat formaları mövcud ola bilər.
    marsda-mikrob-heyatinin-olub-olmamasinin-teyini-ile-bagli-irelileyis-var
    Elm & Texnologiya

    Marsda mikrob həyatının olub-olmamasının təyini ilə bağlı irəliləyiş var

    NASA-nın Perseverance aparatı Marsın geoloji keçmişinə nüfuz edə bilib. Bunun üçün o, qəribə bir dağ süxurunu araşdırıb. Alimlərin fikrincə, bu süxur özündə Marsda həyatın olub-olmaması barədə məlumat daşıya bilər.