Logo
    main-post-cover

    Günəş sistemindəki üçüncü ulduzlararası obyektin yaşı təyin edilib

    Elm & Texnologiya
    14.07.2025
    Emil
         Oksford universitetindən bir alim həmkarları ilə birlikdə statistik analiz metodu əsasında göstərib ki, Günəş sistemində aşkar edilmiş üçüncü ulduzlararası obyekt - 3I/ATLAS kometası - böyük ehtimalla indiyədək müşahidə etdiyimiz ən qədim kometadır. Onun yaşı 7 milyard ilə qədər ola bilər. O, tamamilə fərqli bir qalaktik mühitdən gəlib, yəni Günəş sisteminin yarandığı və yerləşdiyi mühitdən kənar bir bölgədən. 3I/ATLAS obyekti 1 iyul tarixində  ATLAS teleskopu tərəfindən qeydə alınıb. Onun hərəkət sürəti və trayektoriyası - yastı hiperbola - obyektin Günəş sistemindən kənardan gəldiyini göstərib. Bununla da astronomik müşahidələr tarixində üçüncü ulduzlararası obyektin kəşfi baş verib. Obyekti bir neçə gün izlədikdən sonra onun kometa olduğu aydınlaşıb və buna uyğun olaraq 3I/ATLAS indeksi verilib. Obyektin nüvəsinin ətrafında buxarlanan qazlardan ibarət halo müşahidə olunub.
         Günəşə yaxınlaşdıqca kometa öz parlaq quyruğunu da formalaşdıracaq. Oksford Universitetinin astronomu Matthew Hopkins və bir qrup alim 3I/ATLAS kometasının yaşının təxminən 7 milyard il ola biləcəyinə dair sübutlar təqdim ediblər. Kometa kəşf olunmamışdan bir qədər əvvəl, Hopkins doktorluq dissertasiyasını müdafiə etmişdi və orada bu kimi obyektlərin dinamikasını izah edən yeni bir model təqdim etmişdi. Bu modelə "Otautahi-Oksford modeli" adı verilib. O, dərhal öz nəzəriyyəsini real vaxtda sınamaq imkanı əldə edib və bu fürsətdən böyük həvəs və maraqla yararlanıb. Hopkins-in bəyanatında deyilir: “Bütün ənənəvi kometalar, məsələn, Halley kometası, Günəş sistemi ilə eyni vaxtda yaranıb, yəni onların yaşı təxminən 4.5 milyard ildir. Lakin ulduzlararası kometalar çox daha qədim ola bilərlər. Bizim statistika əsaslı metodumuz göstərir ki, 3I/ATLAS çox böyük ehtimalla indiyə qədər gördüyümüz ən qədim kometadır”.
         Alimlər təxminən 70% ehtimalla bildirirlər ki, 3I/ATLAS kometasının yaşı 7 milyard ildir. Obyektin trayektoriyasının öyrənilməsi onun qalaktikamızın əsasən qoca ulduzlardan ibarət “qalın disk” adlandırılan bölgəsindən gəldiyini göstərir. Günəş isə nazik diskdə yerləşir, bu da ulduzlararası qonağın tamamilə fərqli bir ulduz mühitindən gəldiyini ifadə edir. Nazik disk sanki qalın diskin daxilindədir, lakin hər iki diskdəki ulduzların kimyəvi tərkibi fərqlidir. “O, qalaktikamızın indiyə kimi yaxından görmədiyimiz bir hissəsindən gələn obyektdir” - deyə Oksford Universitetinin astrofiziki Chris Lintott bildirib.
         “Biz ehtimal edirik ki, bu kometa Günəş sistemindən daha qədimdir və həmin vaxtdan bəri ulduzlararası məkanda səyahət edir”. Qalaktikamızın qalın disk adlanan hissəsindən gələn kometanın fərqləndirici xüsusiyyətlərindən biri, nüvəsində su buzu miqdarının yüksək olması ola bilər. Günəşə doğru hərəkət etdikcə, kometa Günəş şüalarının təsiri ilə suyun buxarlanması nəticəsində quyruğunu formalaşdırmağa başlayacaq. Dünyanın müxtəlif yerlərindəki alimlər bu kometanın Günəşə doğru və daha sonra sistemdən uzaqlaşaraq davam edən səyahətini müşahidə edəcəklər. Kometa quyruğundakı qazın kimyəvi tərkibinə dair dəqiq məlumatlar, onun mənşəyi ilə bağlı fərziyyələrin təsdiqlənməsi üçün vacib məlumatları verəcək.
    Paylaş
    Bənzər xəbərlər
    cin-neptunun-tedqiqat-missiyasini-planlasdirir
    Elm & Texnologiya

    Çin Neptunun tədqiqat missiyasını planlaşdırır

    Çinin Neptuna missiyası kosmik yarışda yeni mərhələdir. Günəş sisteminin 8-ci planeti üçün xüsusi orbital aparat hazırlanır və onun buraxılışı 2033-cü ilə planlaşdırılıb. Neptun hələ də Günəş sisteminin ən az öyrənilmiş planetlərindən biri olaraq qalır, lakin onun sirli mühiti alimlərin maraqlarını getdikcə daha çox cəlb edir.
    uzaq-kecmisde-mars-olduqca-rutubetli-planet-olub
    Elm & Texnologiya

    Uzaq keçmişdə Mars olduqca rütubətli planet olub

    Alimlər Marsda qədim çay sistemləri aşkar ediblər. Bu, Qırmızı planetin əvvəllər düşünüldüyündən daha rütubətli olduğunu göstərir. Araşdırma Marsın daim soyuq və quru olduğu, yalnız müəyyən dövrlərdə səthində maye suyun əmələ gəldiyi barədə mövcud nəzəriyyələri şübhə altına atır.
    ucuncu-ulduzlararasi-obyektin-gunes-sistemine-hardan-geldiyi-teyin-edilib
    Elm & Texnologiya

    Üçüncü ulduzlararası obyektin Günəş sisteminə hardan gəldiyi təyin edilib

    Ötən həftə kosmik agentliklər Günəş sistemində ulduzlararası məkan­dan gəlmiş üçüncü səma cisminin aşkar edildiyini bildirdilər. Astronomlar müəyyən ediblər ki, bu obyekt kometadır və ilin sonuna qədər sistemin sərhədlərini tərk edəcək. Lakin onun haradan gəldiyi yalnız indi dəqiqləşdirilib.
    planetdeki-en-nadiq-qan-novu-askar-edilib
    Elm & Texnologiya

    Planetdəki ən nadiq qan növü aşkar edilib

    Fransız həkimlər qan üzərində rutin analiz apararkən qeyri-adi bir hal aşkarlayıblar - bütün donor qanını rədd edən bir anticisim. Bu heyrətamiz nəticə Qvadelupadan olan bir qadında aşkar edilmiş tamamilə yeni qan qrupu barədə ilk ipucu olub.
    plastik-materiallarin-parcalanmasi-ucun-mum-qurdlarindan-istifade-nezerden-kecirilir
    Elm & Texnologiya

    Plastik materialların parçalanması üçün mum qurdlarından istifadə nəzərdən keçirilir

    Dünya plastik material ilə doludur. O, insan qanında, quruda və okeanlarda mövcuddur və tam parçalanması yüzlərlə il tələb edir. Yeni məlumata əsasən yeni araşdırmalara görə, plastiyad tırtıllar plastiki bir neçə gün ərzində parçalaya və onu yağ formasında toplaya bilirlər.