
Kawasaki CORLEO adlı robot-at konsepti təqdim edilib (VİDEO)
Elm & Texnologiya
08.04.2025
Emil
Kawasaki şirkəti CORLEO adlı futuristik robot-atı təqdim edib - bu, gələcəyin konseptual nəqliyyat vasitəsidir. CORLEO dörd ayaq üzərində hərəkət edir, atlının bədən hərəkətləri ilə idarə olunur və hidrogenlə işləyir. Süni zəka və stabilizasiya sistemi ilə təchiz olunmuş bu robot çətin relyeflərdə naviqasiyanın öhdəsindən gələ bilir. Hələlik bu, sadəcə bir prototipdir, lakin Kawasaki şirkəti inanır ki, bu cür cihazlar 2050-ci ilə qədər reallığa çevrilə bilər. Robot 2025 Osaka Kansai Expo sərgisinin təqdimatında elan edilib. Yapon konseptlərinə xas olduğu kimi, CORLEO hidrogen yanacaq elementləri ilə işləyir və görünür ki, elektrik ötürücüsündən istifadə edir. Robotun arxa ayaqları əlavə oynaqlarla təchiz olunub ki, bu da zərbələr zamanı amortizasiyanı yaxşılaşdırır.

New Atlas nəşrinin zarafatla yazdığına görə, bu xüsusiyyətlər yəqin ki, atlıları yerə atmaq, arxa ayaqları üstə qalxmaq və robot müharibəsi başladıqda silaha sarılmaq üçün lazım olacaq. Onun ikiyə bölünmüş “dırnaqları” sürüşməyən rezin səthlə örtülüb. Tənzimlənə bilən üzəngilər fərqli boyda atlılar üçün uyğundur. Atlı robotu sadə sükan vasitəsilə idarə edə bilər, oturacaq isə “üzən konstruksiya” prinsipi ilə hazırlanıb - kifayət qədər uzundur ki, bir sərnişin də yerləşə bilsin. Robot ön tərəfdə külək şüşəsi ilə təchiz olunub ki, bu da yalnız cihazın sürətinin 80 km/saatdan yuxarı olan qaçışa hesablandığı halda məntiqli görünür. Onun arxa hissəsində isə kiçik rəngli cihaz paneli yerləşir.
Videodan göründüyü kimi, CORLEO ekstremal off-road (sərt relyef) üçün yaradılıb - o, pişik zərifliyi ilə daşların üzərindən atıla bilir və mürəkkəb relyefi dəf edir. Onun süni zəka sistemi ərazini analiz edir və ayaqları üçün optimal dayaq nöqtələrini seçir. İdarəetmənin əsas siqnalı isə süvarinin bədən hərəkətləridir. Gecə vaxtı robot yolu işıqlandırır və istiqamət göstərici oxlarla növbəti hərəkətlərini göstərir. Doğrudur, təqdimat videosu kompüter qrafikasından ibarətdir və layihənin özü daha çox konseptual xarakter daşıyır. Reallıqda isə Kawasaki Heavy Industries yalnız balans saxlaya və mövqe dəyişə bilən bir prototipi nümayiş etdirib. Şirkət bildirir ki, bu, 2050-ci ilə hesablanmış gələcəyin nəqliyyat vasitəsi konsepsiyasıdır.

Mənbə: New Atlas
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Yeni avtopilot sistemi təyyarəni avtomatik şəkildə yerə endirə bilir (VİDEO)
Epic Aircraft şirkəti qeyri-adi funksiyaya malik E1000 AX adlı təyyarəsini təqdim edib. Uçuş aparatı güclü mühərriklə təchiz olunub və 10 km hündürlükdə 617 km/saat sürət yığa bilir.

Elm & Texnologiya
Marsa göndəriləcək yeni pilotsuz vertolyot üçün artıq tədqiqat missiyası hazırlanıb
Marsda fəaliyyətdə olmuş Ingeniuty adlı kiçik pilotsuz vertolyot öz nümunəsində göstərdi ki, uçan aparatların Marsda hava kəşfiyyatı üçün yaxşı perspektivləri var.

Elm & Texnologiya
Neuralink beyin implantlarının testləri üçün könüllüləri artıq bütün dünyada axtarır
Bu ilin fevral ayına olan məlumata əsasən Elon Musk-ın startapı 3 nəfərin beyninə implant yerləşdirib. Bu şəxslər bütün bədən hissələrinin hərəkət qabiliyyətini itirmiş şəxslərdir. Onlardan birincisi - Noland Arbaugh barədə ən çox məlumat var.

Elm & Texnologiya
Avropada dünyanın ən güclü külək generatoru quraşdırılıb
Bir neçə gün öncə Siemens Gamesa şirkəti dünyanın ən güclü külək turbininin quraşdırılmasını tamamlayaraq Çin istehsalçılarına ciddi rəqib olduğunu göstərdi.

Elm & Texnologiya
ABŞ-da dünyanın ən kiçik kardiostimulyatoru hazırlanıb
ABŞ-ın Northwestern Universitetinin alimləri dünyada ən kiçik ürək ritm tənzimləyicisini (kardiostimulyator) təqdim ediblər - onun ölçüsü düyü dənəsi ilə müqayisə oluna bilər.
Ən çox oxunanlar

ChatGPT dünyanın ən çox yüklənən tətbiqinə çevrilib
