Logo
    main-post-cover

    Marsdakı bioloji həyat insan mədəsindəki bioloji həyata bənzəyə bilər

    Elm & Texnologiya
    04.03.2025
    Emil
         Əgər başqa planetlərdə, o cümlədən Marsda həyat mövcuddursa, o, ekstremal şəraitə uyğunlaşma qabiliyyətinə malik olmalıdır. İspaniyanın San Xorxe Universitetindən Maria Rosa Pino Otin-in fikrincə, bunun necə görünə biləcəyini təsəvvür etmək üçün insan mədəsinin daxilinə nəzər salmaq kifayətdir. Hazırda qəbul edilən fikir odur ki, həyatın mövcudluğunu dəstəkləyə bilən yeganə planet Yer kürəsidir. Görünür, Yer üzərində həyat ilkin olaraq müasir təkhüceyrəli prokariotik orqanizmlərə bənzər bir formada yaranıb. Bununla belə, alimlər hələ də Yer kürəsindəki bütün canlıların ortaq mənşəyini təşkil edən son universal ümumi əcdadı tapmaq ümidi ilə araşdırmalarını davam etdirirlər.
         Onlar eyni zamanda Mars kimi digər planetlərdə də belə orqanizmlərin mövcud ola biləcəyini düşünürlər. NASA-nın Mars səthində fəaliyyət göstərən aparatları artıq bu planetin uzaq keçmişdə həyat üçün əlverişli ola biləcəyinə dair əlamətlər aşkar edib. Çünki orada bir vaxtlar maye halında su və uyğun temperatur mövcud olub. Lakin əgər Marsda həyat olubsa, çox güman ki, bu, sadə təkhüceyrəli mikroorqanizmlərdən ibarət olub. Yəni, onlar Yer kürəsində yaşayan bəzi orqanizmlərə bənzəyə bilərdi. Günəş sistemindən kənarda artıq 5000-dən çox planet kəşf edilib və bəzilərinin həyat üçün yararlı olması ehtimal edilir.
         Belə planetlərdə də təkhüceyrəli orqanizmlərin mövcud ola biləcəyi düşünülür. 20-ci əsrin ortalarına qədər alimlər hesab edirdilər ki, Yerdən başqa heç bir yerdə həyat mövcud ola bilməz. Çünki digər planetlərdə və onların peyklərində bunun üçün zəruri şərait olmadığı düşünülürdü. O dövrdə elm adamları yalnız çoxhüceyrəli orqanizmlərin yaşaya biləcəkləri şəraitdə həyatın yarana biləcəyini güman edirdilər. Bu baxımdan, digər planetlərdə həyat üçün maye halında az duzlu su, temperaturun 0-40 dərəcə Selsi arasında olması və kifayət qədər günəş işığı tələb olunurdu. Lakin 20-ci əsrin ortalarında alimlər aşkar etdilər ki, bəzi bakteriyalar hidrotermal mənbələrdə, 70 dərəcədən yüksək temperaturda da yaşaya bilirlər.
         Bu kəşf həyatın çox daha sərt şəraitdə mövcud ola biləcəyinə dair anlayışı dəyişdirdi. O vaxtdan bəri ekstremofillər kimi tanınan orqanizmlər Yer üzündə müxtəlif ekstremal şəraitdə aşkar edilib - okeanların dərinliklərindən tutmuş, son dərəcə soyuq qütb buzlarına qədər. Bəzi orqanizmlər yüksək turşuluq səviyyəsinə və radiasiyaya tab gətirə bilirlər. Ən maraqlısı isə odur ki, ekstremofillər insan mədəsində də tapılıb. 1980-ci illərdə Barry MarshallRobin Warren mədə xorası xəstəliyini tədqiq etməyə başladılar. O dövrdə bu xəstəlik stress və ya mədənin həddindən artıq turşu ifraz etməsi ilə əlaqələndirilirdi, lakin bu yanaşma xəstəliyin müalicəsində effektiv olmurdu.
         Lakin alimlər bu xəstəliyin əsl səbəbinin bakteriyalar olduğunu aşkar etdilər. Bununla belə, onların mikroorqanizmlərin yüksək turşulu mühitdə, yəni mədədə yaşaya biləcəyini sübut etməsi uzun zaman aldı. 2005-ci ildə Marshall və Warren mədə xəstəliklərinin yaranmasında helicobacter pylori bakteriyasının rolunu kəşf etdiklərinə görə Fiziologiya və Tibb üzrə Nobel mükafatına layiq görüldülər. Helicobacter pylori bakteriyası ekstremal mühitdə yaşamasına kömək edən bir sıra xüsusiyyətlərə malikdir. O, ureaza fermenti vasitəsilə mədə mayesini ammonyak karbon qazına parçalayır. Bu proses pH səviyyəsini artıraraq bakteriyanın çoxalmasına şərait yaradır.
         Bakteriyaların sayı artdıqca, onlar ekzotoksinlər ifraz edirlər ki, bu da mədə toxumasının iltihablanmasına və zədələnməsinə səbəb olur. Nəticədə, əsas birləşdirici toxuma mədənin turşu mühitinin təsirinə məruz qalır və xora xəstəliyi inkişaf edir. Alimlərin bu kəşfi göstərdi ki, tam qaranlıqda və yüksək turşulu mühitdə belə yaşayan bakteriyalar sağ qala və çoxala bilər. Ekstremofillərin tədqiqi isə alimlərə ümid verir ki, Günəş sistemində və ya onun hüdudlarından kənarda yerləşən bəzi planetlərdə, hətta ekstremal şəraitdə belə, həyat mövcud ola bilər. Bəlkə də Marsda Helicobacter pylori-yə bənzər mikroorqanizmlər bu gün də yaşayırlar.
    Mənbə: Live Science
    Paylaş
    Bənzər xəbərlər
    dunyanin-en-guclu-okean-axininin-sureti-asagi-dusmeye-baslayib
    Elm & Texnologiya

    Dünyanın ən güclü okean axınının sürəti aşağı düşməyə başlayıb

    Alimlər müəyyən ediblər ki, Antarktidanı əhatə edən buzların əriməsi dünyanın ən güclü okean axını olan Antarktika dövri okean axınının (Qərb küləkləri cərəyanı) sürətinin azalmasına səbəb olur.
    yer-kuresinin-nuvesinde-kainatin-ilkin-elementlerinden-biri-ola-biler
    Elm & Texnologiya

    Yer kürəsinin nüvəsində kainatın ilkin elementlərindən biri ola bilər

    Yer kürəsinin nüvəsi əsasən dəmirdən ibarət olsa da, o həmçinin Böyük partlayışdan dərhal sonra əmələ gəlmiş ilkin heliuma da sahib ola bilər. Adətən helium ağır elementlərlə çətin bağlanır, lakin fiziklər bu inert qazı yüksək temperatur və təzyiq altında dəmir ilə birləşdirməyə nail olublar.
    novbeti-buz-dovrunun-ne-zaman-bas-tutacagi-proqnozlasdirilib
    Elm & Texnologiya

    Növbəti buz dövrünün nə zaman baş tutacağı proqnozlaşdırılıb

    Təxminən 2.5 milyon il əvvəl Yer kürəsində buz dövrləri və isti dövrlər arasında dəyişikliklər başlayıb. Sonuncu buz dövrü 11 700 il əvvəl başa çatıb.
    kainatin-en-guclu-kosmik-sualari-yer-kuresine-yaxin-sahede-yaranirlar
    Elm & Texnologiya

    Kainatın ən güclü kosmik şüaları Yer kürəsinə yaxın sahədə yaranırlar

    Yeni bir nəzəriyyəyə görə, Yerə çırpılan ən güclü kosmik şüalar kainatın çox uzaq hissələrindən deyil, bizim qalaktikamızdan gələ bilər. Astrofiziklərin fikrincə, ən yüksək enerjili kosmik şüalar, ekzotik formalı ağır qaranlıq maddə hissəciklərinin məhv olması nəticəsində yaranır.
    qeyri-adi-isti-neptun-kesf-edilib
    Elm & Texnologiya

    Qeyri-adi "isti Neptun" kəşf edilib

    İsti Neptun tipli planetlər o qədər nadirdir ki, astronomlar onların bu qədər ekstremal şəraitdə necə sağ qala bildiklərini tam başa düşə bilmirlər. Astronomlar NASA-nın James Webb kosmik teleskopundan istifadə edərək yeni kəşf edilən LTT 9779 b planetini detallı şəkildə tədqiq ediblər.