
NASA-nın elmi kompleksində 26 növ yeni mikrob aşkar edilib
Elm & Texnologiya
19.05.2025
Emil
NASA-nın 2007-ci ildə Phoenix Mars endirici modulunun buraxılışına hazırlıq üçün istifadə etdiyi və mikrobların miqdarına dair ciddi tələblərlə inşa olunmuş "təmiz otaqlar" əslində elə də təmiz deyilmiş. Alimlər həmin mühitdə daha əvvəl məlum olmayan 26 bakteriya növü aşkar ediblər. NASA-nın Cənubi Kaliforniyada yerləşən Reaktiv Hərəkət Laboratoriyası (JPL), Hindistan və Səudiyyə Ərəbistanından olan tədqiqatçıların birgə apardığı araşdırmada qeyd olunub ki, bəzi mikroorqanizmlər - ekstremofillər adlanan növlər - ətraf mühitin əlverişsiz şərtlərinə heyrətamiz davamlılıq göstərirlər. Bu, istər kosmosun vakuumu, istər dənizaltı vulkanların yamaclarındakı hidrotermal mənbələr, istərsə də NASA-nın təmiz otaqları olsun.

“Tədqiqatımızın məqsədi ekstremofillərin kosmik missiyalar zamanı ötürülmə riskini anlamaq və hansı mikroorqanizmlərin kosmosun sərt şəraitində sağ qala biləcəyini müəyyənləşdirməkdir” - deyə Səudiyyə Ərəbistanındakı Kral Abdullah Elm və Texnologiya Universitetinin (KAUST) tədqiqat qrupunun üzvü Alexandre Rosado bildirib. O vurğulayıb ki, bu məsələ tədqiq olunan planetlərin mikroblarla çirklənmə riskini izləmək və onu minimuma endirmək baxımından həlledici əhəmiyyət daşıyır. Alimlər, NASA-nın endirici modulun buraxılışdan əvvəl yerləşdiyi obyektində 53 ştamm aşkarlayıblar ki, onların da 26 yeni növə aid olduğu ehtimal olunur.

Hazırda onlar bu yeni ekstremofillərin genomlarını araşdıraraq onların qeyri-adi sağqalma qabiliyyətinin səbəblərini tapmağa çalışırlar. Alimlərin fikrincə, cavab DNT-nin bərpası, zərərli maddələrin detoksikasiyası və sürətli metabolizm ilə əlaqəli genlərdə gizlənə bilər. “Bu yaxınlarda aşkar edilmiş bakteriya növlərində müəyyən olunmuş genlər tibb, qida məhsullarının konservasiyası və digər sahələrdə tətbiq üçün uyğunlaşdırıla bilər” - deyə KAUST-un elmi əməkdaşı Junia Schultz bildirib. Gözlənilir ki, bu araşdırma NASA-ya gələcək missiyalarda bioloji çirklənmə riskini minimuma endirmək məqsədilə təmiz otaqlardan istifadə protokollarını təkmilləşdirməkdə kömək edəcək.
Mənbə: Space.com
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Perseverance aparatı Marsda ilk dəfə qütb parıltısını müşahidə edib
Qütb parıltıları kosmik hava şəraitinin təzahürlərindən biridir və onun aktivliyini izləməyin yollarından sayılır. Günəşdən atılan plazma planetlərə çataraq onların atmosferlərinin yuxarı qatlarındakı qaz atomları ilə qarşılıqlı təsirə girir.

Elm & Texnologiya
Dünyada ilk dəfə gen redaktəsi sayəsində bir körpənin həyatını xilas etmək mümkün olub
Bir qrup həkim və alim nadir genetik xəstəliyin müalicəsində irəliləyiş əldə edərək tarixdə ilk dəfə fərdiləşdirilmiş gen redaktəsi terapiyasını tətbiq edib.

Elm & Texnologiya
Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
Astronomlar uzun müddətdir ki, uzaq ulduzların ətrafındakı sistemlərdə donmuş suyun mövcud olduğundan şübhələnirdilər və indi James Webb kosmik teleskopu bu barədə ilk dəfə sübut təqdim edib.

Elm & Texnologiya
Bütün canlı orqanizmlərin zəif işıq saçdıqları sübut edilib
Mövcud olan mübahisəli bir nəzəriyyəyə görə, bütün canlı varlıqlar zəif işıq saçır. Kalqari Universitetindən olan alimlərin son araşdırması göstərib ki, siçanlar doğrudan da ölüm anına qədər fotonlar yayır və bu şüalanma həyat prosesləri dayandıqdan sonra dayanır.

Elm & Texnologiya
Venera Yerə düşünüldüyündən daha çox bənzəyir
Venera uzun müddət geoloji baxımdan ölü planet hesab olunurdu. Lakin son araşdırmalar göstərir ki, bu belə deyil. Orada səth və qabıqda dəyişikliklərə səbəb olan tektonik proseslər baş verir. Bu isə o deməkdir ki, Venera Yerə əvvəl düşündüyümüzdən daha çox bənzəyir.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
