
Yerə yaxın ekzoplanetdə bioloji həyata dair ciddi sübutlar aşkar edilib
Elm & Texnologiya
17.04.2025
Emil
Astronomlar hesab edirlər ki, onlar Yerdən 124 işıq ili uzaqlığında yerləşən bir planetdə yadplanetli həyatın mövcudluğuna dair ən inandırıcı izləri aşkar ediblər. Bu planetin okean dünyası olduğu və orada canlı orqanizmlərin yaşaya biləcəyi düşünülür. Lakin bütün alimlər bu fikirlə razı deyil. 6 il əvvəl kəşf edilmiş K2-18b planetinin alimlərin diqqətini cəlb etməsi davam edir, çünki bu planetin okean dünyası olduğu və orada yadplanetli həyatın mövcud ola biləcəyi ehtimal edilir. Yeni tədqiqatın müəllifləri bildiriblər ki, bu planetin yaşama üçün yararlı ola biləcəyinə dair ən inandırıcı sübutları aşkarlayıblar.

Əgər bu doğru olarsa, orada ağıllı yadplanetlilərin yaşadığı ehtimalı yoxdur, lakin mikrob səviyyəsində həyat mövcud ola bilər. Hər bir halda, bu kəşf potensial yadplanetli həyat axtarışında mühüm bir irəliləyiş sayılır. K2-18b planeti bizdən 124 işıq ili uzaqlığında yerləşir, Yerdən təxminən 2.5 dəfə böyükdür və kütləsi Yerinkindən təxminən 8 dəfə çoxdur. Bu ehtimal edilən okean dünyası Günəşdən daha kiçik olan qırmızı cırtdan tipli bir ulduzun ətrafında fırlanır. Ən vacib məqam isə budur ki, planet öz ulduzunun yaşama üçün əlverişli zonasında yerləşir. Alimlərin fikrincə, bu da o deməkdir ki, orada maye halında su okeanlarının mövcudluğu və potensial həyatın dəstəklənməsi üçün şərait ola bilər.

Tədqiqatın müəllifləri bildiriblər ki, onlar James Webb kosmik teleskopu vasitəsilə K2-18b planetinin atmosferində 2 kimyəvi maddənin izlərini aşkarlayıblar - bu maddələr yadplanetli həyatın potensial mövcudluğuna işarə edə bilərlər Bu kimyəvi maddələr dimetilsulfid və dimetildisulfid adlanır və Yer üzərində onları fitoplankton kimi tanınan dəniz mikroorqanizmləri istehsal edir. Alimlər yadplanetli həyat kəşf etdiklərini iddia etmirlər, lakin bu barədə olan izlər olduqca inandırıcıdır. Əgər bu kəşf təsdiqlənərsə, bu, Günəş sistemindən kənarda yerləşən bir planetdə ilk dəfə olaraq mümkün bioloji aktivliyin aşkar edilməsi olacaq.

Qeyd edək ki, daha əvvəl astronomlar K2-18b planetinin atmosferində metan və karbon qazı da aşkar etmişdilər. Bu, ulduzunun yaşama zonasına daxil olan və Günəş sistemindən kənarda yerləşən bir planetdə karbon əsaslı molekulların ilk dəfə aşkarlanması olmuşdu. Bütün alimlər tədqiqat müəlliflərinin nəticələri ilə razı deyillər və hesab edirlər ki, aşkar edilmiş kimyəvi maddələr canlı orqanizmlər tərəfindən deyil, başqa, qeyri-bioloji proses nəticəsində yarana bilər. Məsələn, ötən il dimetilsulfid bir kometada da aşkar olunmuşdu, bu da həmin maddənin canlı orqanizmlərlə bağlı olmaya biləcəyini göstərir.

Lakin tədqiqat müəllifləri bildirirlər ki, K2-18b planetində aşkarlanan dimetilsulfid miqdarı Yer üzərindəki ilə müqayisədə minlərlə dəfə çoxdur və bu, maddənin bioloji mənşəli olduğuna işarə edir. Nəzərə alsaq ki, K2-18b planetı öz ulduzuna yaxın yerləşir, lakin həmin ulduz Günəşdən daha az istilik yayır, bəzi alimlər hesab edirlər ki, əgər orada həqiqətən də okean varsa, bu, çox isti sudan ibarət ola bilər. Bu halda isə orada həyatın mövcudluğu mümkün deyil. Tədqiqat müəllifləri K2-18b planetini müşahidə etməyə davam etmək niyyətindədirlər ki, orada yadplanetli həyatın mövcud ola biləcəyinə dair daha güclü sübutlar tapsınlar. Əgər orada həyat aşkarlanarsa, bu, kainatda tək olmadığımızı göstərəcək. Hətta əgər bu potensial okean planetində ağıllı yadplanetlilər deyil, sadəcə mikroorqanizmlər mövcud olsa belə - bu, yenə də yadplanetli həyat olacaq.
Mənbə: Science Alert
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Günəş küləyi Ayda suyun formalaşmasına təkan verir
1960-cı illərin ortalarından bəri Günəşin Ayda suyun yaranması üçün lazım olan komponentlərin mənbəyi ola biləcəyi ilə bağlı bir nəzəriyyə mövcuddur.

Elm & Texnologiya
Yerdə su kosmos deyil, daxili mənbə hesabına formalaşmış ola bilər
Ümumi qəbul olunmuş fikrə görə, su və onun tərkib hissələri Yerə gənc dövründə planetə çırpılan asteroidlərlə birlikdə gəlib. Lakin bir qrup tədqiqatçı suyun bütün əsas tərkib hissələrinin Yer üzərində əvvəldən mövcud olduğuna dair sübutlar tapıb.

Elm & Texnologiya
Yeni modelləşdirməyə əsasən kainatın fırlandığı müəyyən edilib
Əfsanəyə görə, Galileo Galilei-nin inkvizisiya məhkəməsindən sonra dediyi məşhur ifadə - “Və yenə də o fırlanır!” - yaxın gələcəkdə bəlkə də bütün kainata aid edilə bilər.

Elm & Texnologiya
Qalaktikamızda Yerə bənzər 44 ədəd planet mövcud ola bilər
Yeni machine learning modeli proqnozlaşdırıb ki, qalaktikamızdakı digər ulduz sistemlərində Yer ilə eyni xüsusiyyətlərə malik 44 planet mövcuddur. Bu isə onların yaşama üçün yararlı ola biləcəyi deməkdir.

Elm & Texnologiya
İlk dəfə laboratoriya şəraitində insan dişi yetişdirilib
Böyük Britaniyadan olan bir tədqiqat qrupu laboratoriyada dişlərin təbii inkişaf prosesini təkrar yaratmağa nail olub. Bu, böyüyən dişlər üçün uyğun mühit formalaşdıran xüsusi materialın hazırlanması sayəsində mümkün olub.
Ən çox oxunanlar

Vivo X200 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
