
"Kontakt"ın eksklüziv "Heç nə” məhsulu 3 gün içində bitdi.
Digər
01.04.2025
Emil
Məşhur elektronika şəbəkəsi “Kontakt”ın yeni və unikal "Heç nə" məhsulu qısa zamanda viral olub. Belə ki, şəbəkənin bazara məhdud sayda - sadəcə 500 ədəd olaraq təqdim etdiyi bu məhsulun stokları 3 gün içində tamamilə tükənib.
Bəs “Heç nə” nə üçündür?
"Kontakt" bu yeniliyi öz alıcılarına təklif edərək həm ciddi, həm də yumoristik bir mesaj verir: bəzən gözləntiləri sıfıra endirmək belə insana gülüş bəxş edə bilər. Sözün əsl mənasında "Heç nə" ilə dolu bu qutu isə həm şəxsi istifadə, həm də sevdiklərinizə gözlənilməz sürpriz edə biləcəyiniz bir seçimdir. Məhsulun tərkibi haqqında məlumatda açıq şəkildə qeyd edilir ki, bu məhsul 100% heç nədən ibarətdir. Məhsulu harada saxlamaq isə tamamilə sizin ixtiyarınızdadır - çünki “heç nə” hər yerdə mövcud ola bilir.
Daha da maraqlısı odur ki, "Kontakt" bu qeyri-adi məhsula tam zəmanət də verir: heç nə olmayacaq!
Qeyd edək ki, “Heç nə" məhsulu 1 Aprel - Gülüş Günü münasibətilə “kontakt.az” saytında satışa çıxarılmışdı.
Paylaş
Bənzər xəbərlər

Digər
“Kontakt App” vasitəsilə ödənişlərinizi daha rahat idarə edəcəksiniz
Hər zaman yenilikçi yanaşması ilə seçilən “Kontakt” bu dəfə bir çox xidmətləri özündə birləşdirən yeni rəqəmsal platforma istifadəyə verməyə hazırlaşır. Şəbəkənin “Kontakt App” adlı bu yeni tətbiqində loyallıq kartı ilə alış-verişdə üstünlüklər qazanmaq və məhsulları sürətli almaq imkanınız olacaq.

Digər
“Kontakt” artıq Naxçıvanda – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM
Gözlənən gün gəldi: sevindirən şəbəkə “Kontakt” artıq Naxçıvan əhalisinə elə öz yurdlarında xidmətə başladı. Belə ki, şəbəkə ilin əvvəlindən elan etdiyi Naxçıvanda ilk mağazasının qapılarını nəhayət ki, müştərilərinin üzünə açdı.

Digər
“Kontakt”da Novruz sevinci – NAĞD ALIŞA 50%-DƏK ENDİRİM
Novruz gəlir, bu o deməkdir ki, baharın oyanışı ilə hər şey yenilənir: təbiət, insanın arzuları, və… əlbəttə ki, qiymətlər! Bu bahar “Kontakt” da öz ənənəsinə sadiq qalır və “Sevindirmək adətimizdir” deyib alıcılarını 50%-dək xüsusi endirimlərlə qarşılayır.

Digər
“Kontakt”da “8 Mart”a özəl kampaniya – 50%-DƏK ENDİRİM
Sevindirən şəbəkə “Kontakt” bu il “8 Mart”a özəl kampaniya ilə seçimi siz alıcılara buraxır. Belə ki, şəbəkə “Seçimini özün et” deyərək nağd alışda 50%-dək endirim kampaniyası ilə hər kəsin ürəyindən xəbər verir.

Digər
“Kontakt” bank xidmətləri göstərəcək
Hər zaman yenilikçi yanaşması ilə seçilən “Kontakt” bu dəfə bank xidmətləri göstərməyə başlayır. Şəbəkənin “Kontakt App” adlı bu yeni tətbiqi ilə artıq ən innovativ bank xidmətlərindən və xüsusi imtiyazlar verən loyallıq proqramından yararlana biləcəksiniz.
Ən çox oxunanlar

ChatGPT dünyanın ən çox yüklənən tətbiqinə çevrilib
