Nothing Phone (4a) yeni rənglərlə gələ bilər
Cihazlar+
12.12.2025
Sevinc
Technote.az “9to5Google ” platformasına istinadən bildirir ki, yeni sızıntıya görə, Nothing şirkəti yaxın zamanda təqdim edəcəyi Nothing Phone (4a) seriyasında həm dizayn, həm də qiymət siyasətində ciddi dəyişikliklər edə bilər. Telegram-da fəaliyyət göstərən “Unreliable cat” adlı sızıntı mənbəyinin iddiasına əsasən, yeni smartfonlar Snapdragon 7s seriyalı prosessorlarla təchiz olunacaq və əvvəlki nəsillə müqayisədə xeyli bahalaşacaq.
Məlumata görə, Nothing Phone (4a)-nın 12 GB RAM və 256 GB yaddaşlı versiyasının qiyməti təxminən 475 dollar olacaq. Bu isə Phone (3a)-nın eyni konfiqurasiyada 379 dollar olan qiyməti ilə müqayisədə ciddi artım deməkdir. Daha güclü Nothing Phone (4a) Pro modelinin qiymətinin isə 540 dollar səviyyəsində olacağı iddia edilir. Halbuki Phone (3a) Pro hazırda təxminən 459 dollara satılır. Sızıntıda dizaynla bağlı yeniliklərə də toxunulub. İddiaya görə, Nothing bu il rəng seçimlərini genişləndirərək seriyaya çəhrayı rəng variantı əlavə edəcək. Xatırladaq ki, şirkətin ilk modelləri yalnız ağ və qara rənglərdə təqdim olunmuş, ötən il isə Phone (3a) ilə mavi rəng də əlavə edilmişdi.
Bundan əlavə, eyni çəhrayı rəngin daha sərfəli qulaqlıq modeli olan “Nothing Headphone (a)” üçün də istifadə ediləcəyi bildirilir. Plastik korpusa sahib olacağı deyilən bu qulaqlıqların qara, ağ və sarı rənglərdə də satışa çıxacağı qeyd olunur.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Nothing Phone (3a) Community Edition rəsmi təqdim olundu - QİYMƏTİ
Nothing Phone (3a) Community Edition cəmi 1,000 ədəd istehsal edilən, icma üzvlərinin dizayn etdiyi xüsusi və limitli bir model kimi satışa çıxır.
Süni İntellekt
Apple-ın AI problemləri fonunda Çin brendləri bazar payını artırır
Çin smartfon istehsalçıları Apple-ın AI gecikmələrindən istifadə edərək iPhone-dan Android-ə keçidi rekord dərəcədə asanlaşdırır və bu, şirkət üçün xüsusilə Çin bazarında ciddi rəqabət təzyiqi yaradır.
Cihazlar+
Android 16 rəsmi olaraq təqdim edildi!
Google bu həftə Android 16 ilə birlikdə həm Pixel cihazları, həm də ümumi Android ekosistemi üçün yeni funksiyaların böyük bir paketini istifadəyə verir.
Cihazlar+
Samsung Galaxy Z Trifold təqdim olundu! - QİYMƏTİ
Samsung uzun müddətdir gözlənilən üçqat qatlana bilən smartfonunu Galaxy Z Trifold modelini rəsmi şəkildə təqdim edib.
Cihazlar+
OnePlus 15R modeli 8.300 mAh batareya ilə gəlir - QİYMƏTİ
OnePlus 15R smartfonu 8.300 mAh batareyası və 100W sürətli şarjı ilə şirkətin ən uzun ömürlü telefonu olacaq.
Ən çox oxunanlar