Logo
    main-post-cover

    Orta büdcəli Moto G Stylus 2025 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.04.2025
    Emil
         Motorola şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Moto G Stylus 2025-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı və Snapdragon prosessorunu əldə edib. Moto G Stylus 2025 smartfonu xarici görünüşcə Motorola-nın son zamanlarda təqdim etmiş olduğu smartfonların xarici görünüşlərindən heç fərqlənmir. Moto G Stylus 2025 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2712x1220 piksel keyfiyyətli 6.7 düym ölçülü pOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir. Ekran üstəlik stilus dəstəyinə sahibdir.
         Moto G Stylus 2025-nin gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir. Smartfon Snapdragon 6 Gen 3 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 50 MP + 13 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 68 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Moto G Stylus 2025 artıq satışa çıxıb və onun qiyməti 399$ təşkil edir.
    Mənbə: GSMarena
    Paylaş
    Bənzər xəbərlər
    motorola-razr-60-ultra-nin-render-fotolari-teqdim-edilib
    Cihazlar+

    Motorola Razr 60 Ultra-nın render fotoları təqdim edilib

    Motorola şirkəti keçən ilin iyun ayında qatlana bilən qapaqlı Motorola Razr 50 Ultra smartfonunu təqdim etmişdi. İndi isə şirkət Motorola Razr 60 Ultra-nın təqdimatına hazırlaşır.
    orta-budceli-motorola-edge-60-fusion-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Orta büdcəli Motorola Edge 60 Fusion təqdim edilib - QİYMƏTİ

    Motorola şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Motorola Edge 60 Fusion-dan gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
    motorola-edge-60-fusion-un-promo-render-fotolarini-teqdim-edib
    Cihazlar+

    Motorola Edge 60 Fusion-un promo render fotolarını təqdim edib

    Motorola şirkəti orta büdcəli Motorola Edge 60 Fusion smartfonunu təqdim etməyə hazırlaşır. Evan Blass adlı məşhur insayder öz növbəsində sözügedən smartfonun ilk promo render fotolarını təqdim edib.
    motorola-razr-ultra-2025-smartfonu-geekbench-testlerinden-kecib
    Cihazlar+

    Motorola Razr Ultra 2025 smartfonu Geekbench testlərindən keçib

    Motorola şirkəti bu il ərzində qatlana bilən qapaqlı Motorola Razr Ultra 2025 smartfonunu təqdim etməlidir. İndi isə məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib.
    orta-budceli-moto-g-power-2025-ve-moto-g-2025-smartfonlari-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Orta büdcəli Moto G Power 2025 və Moto G 2025 smartfonları təqdim edilib - QİYMƏTİ

    Motorola şirkəti yeni ildə ilik smartfonlarını təqdim edib. Söhbət, Moto G Power 2025 və Moto G 2025 adlı orta büdcəli smartfonlardan gedir. Bu yeni smartfonlar xarici görünüşcə və bəzi texniki imkanlar baxımından bir-birilərinin kopyalarıdır.