
Xiaomi 17 Pro və 17 Pro Max köməkçi ekrana sahib olacaqlar
Cihazlar+
16.09.2025
Emil
Dünən Xiaomi rəsmi şəkildə təsdiqlədi ki, Xiaomi 17 flaqman smartfon seriyası bu ayın sonuna kimi təqdim olunacaq. Qeyd etmək lazımdır ki, bu seriyaya 3 model daxil olacaq: Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max. İndi isə şirkət Xiaomi 17 Pro və 17 Pro Max modellərinin xarici görünüşlərini sərgiləyib. Xiaomi tərəfindən təqdim edilmiş fotolarda bu smartfonlar arxa paneldən əks olunublar. Fotolardan da görmək olar ki, həm Xiaomi 17 Pro həm də Xiaomi 17 Pro Max-ın arxa panelində əlavə köməkçi ekran mövcud olacaq. Köməkçi ekran arxa kameralar ilə birlikdə düzbucaq formalı xüsusi daxilində yerləşəcək. Köməkçi ekranda bildirişlər, zaman və s. məlumatlar əks olunacaq. Smartfonlarda üçlü arxa kamera sistemi reallaşdırılıb. Onlardan ikisi düzbucaq formalı sahənin daxilində, üçüncüsü isə sahənin alt hissəsində yerləşir. Bundan əlavə olaraq Xiaomi rəsmi şəkildə təsdiqləyib ki, hər 3 smartfon Snapdragon 8 Elite 5 prosessoru vasitəsilə çalışacaq.



Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Büdcəli REDMI A27Q 2026 monitoru təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi öz yeni büdcəli monitorunu təqdim edib. Brendin yeni büdcəli monitoru REDMI A27Q 2026 adlanır.

Cihazlar+
Xiaomi-nin yeni flaqman smartfon seriyası Xiaomi 17 adlanacaq
Xiaomi bu ayın sonuna kimi öz yeni flaqman smartfon seriyasını təqdim etməlidir. Daha öncə düşünülürdü ki, şirkətin yeni flaqman smartfon seriyası Xiaomi 16 olacaq.

Cihazlar+
Xiaomi Pad 8 Pro planşeti Geekbench testlərindən keçib
Xiaomi şirkəti yaxın zamanda Xiaomi Pad 8 planşet seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri də Xiaomi Pad 8 Pro olmalıdır.

Cihazlar+
2025-ci ilin ikinci rübündə ən çox satılmış smartfonların siyahısı təqdim edilib
Counterpoint analitik şirkətinin məlumatına görə, 2025-ci ilin ikinci rübündə dünyanın ən çox satılmış 10 smartfon siyahısına yenidən Xiaomi daxil olub - bu dəfə büdcəli Redmi 14C 4G modeli ilə.

Cihazlar+
REDMI 15R 5G-nin render fotosu və texniki imkanları ortaya çıxıb
Xiaomi-nin REDMI brendi büdcəli REDMI 15R 5G smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə sözügedən smartfonun render fotosu və texniki imkanları ortaya çıxıb.
Ən çox oxunanlar

İnsanabənzər robotlar ilə bağlı optimizm azalır
