Logo
    main-post-cover

    ChatGPT daxilində onlayn alış-veriş mümkün olacaq

    Proqram Təminatı
    17.07.2025
    Emil
         OpenAI ChatGPT-də istifadəçilərə müxtəlif məhsulları birbaşa platforma üzərindən almağa imkan verəcək bir sistem tətbiq etməyi planlaşdırır. Bu sistem vasitəsilə sifarişləri birbaşa internet mağazalarının saytlarına keçid etmədən rəsmiləşdirmək mümkün olacaq. ChatGPT üzərindən sifariş qəbul edən satıcılar hər əməliyyat üçün OpenAI-ya komissiya ödəyəcəklər. Məlumata  görə, bu yanaşma OpenAI-nin yeni monetizasiya strategiyasının bir hissəsidir. Şirkət indiyədək əsasən premium abunəliklər vasitəsilə gəlir əldə edirdi. Hazırda ChatGPT məhsulları göstərir və mağaza səhifələrinə keçid təklif edir, lakin yaxın gələcəkdə sistemə birbaşa ödəniş funksiyası əlavə oluna bilər. Layihə çərçivəsində OpenAI-nin tərəfdaşı aprel ayından əməkdaşlıq etdiyi Shopify adlı bulud əsaslı e-ticarət platforması olacaq.
         Bu addım şirkət üçün həm pulsuz istifadəçilərdən gəlir əldə etməyə imkan yarada, həm də Google kimi axtarış sistemləri ilə rəqabəti gücləndirə bilər. Hazırda funksiya hələ hazırlanma mərhələsindədir və detalları dəyişə bilər. Hazırda ChatGPT-də məhsul tövsiyələri istifadəçilərin sorğularına, üstünlüklərinə və büdcələrinə əsasən formalaşdırılır. Lakin mağazaların göstərilmə ardıcıllığı hələlik üçüncü tərəf məlumat təminatçıları tərəfindən müəyyən edilir və nə qiymət, nə də çatdırılma şərtləri nəzərə alınmır. Bununla belə, şirkət bildirir ki, bu vəziyyət gələcəkdə dəyişə bilər. OpenAI və Shopify artıq brendlərlə şərtləri müzakirə etməyə başlayıblar və həmin brendlər ChatGPT vasitəsilə məhsulların irəlilədilməsi ilə bağlı təcrübələr aparır, məzmunlarını süni zəka alqoritmlərinə uyğunlaşdırırlar.
         Yeni sistem AIO (çat-botlar üçün SEO-ya bənzər bir yanaşma) adını alıb. Eyni zamanda bəzi mütəxəssislər bildiriblər ki, bu tip dəyişikliklər ənənəvi axtarış reklamı modellərini zəiflədə və reklam agentliklərinin fəaliyyət prinsiplərini dəyişə bilər. Dekabr ayında OpenAI reklam yerləşdirməyi planlaşdırmadığını bildirsə də, şirkətin maliyyə direktoru Sarah Friar sonradan bu variantın da nəzərdən keçirildiyini etiraf edib. OpenAI-nın təsisçisi Sam Altman isə mart ayında açıqlamasında bildirib ki, şirkət məhsulların üstün şəkildə göstərilməsi üçün ödəniş almayacaq, lakin məsələn, Deep Research axtarış aləti vasitəsilə edilən alış-verişlərdən 2% kimi tərəfdaş komissiyası tətbiq edə bilər.
    Paylaş
    Bənzər xəbərlər
    cat-botla-unsiyyet-insan-leksikonunu-deyisir
    Süni İntellekt

    Çat-botla ünsiyyət insan leksikonunu dəyişir

    ChatGPT və digər süni zəka əsaslı çat-botlar dünyanı dəyişir və bu, müasir insanın danışıq tərzinə də təsir göstərir. Bu nəticəyə alman alimlər son araşdırmalarında gəliblər.
    chatgpt-de-fotolarin-tertibati-prosesi-sadelesdirilib
    Proqram Təminatı

    ChatGPT-də fotoların tərtibatı prosesi sadələşdirilib

    OpenAI, ChatGPT vasitəsilə əlçatan olan şəkil generatoruna yeni bir funksiya əlavə edib. Məlumata görə, artıq istifadəçilər prompt mühəndisliyinin incəliklərini bilmədən müxtəlif üslublarda effektli bədii təsvirlər yarada bilirlər.
    openai-nin-kecmis-emekdasi-sirketde-calisma-tecrubesinden-danisib
    Tech-Biznes

    OpenAI-nin keçmiş əməkdaşı şirkətdə çalışma təcrübəsindən danışıb

    OpenAI-nin keçmiş mühəndisi və Segment-in həmtəsisçisi Calvin French-Owen, OpenAI-nin ən perspektivli məhsullarından biri olan Codex üzərində işlədiyi müddətdə qazandığı təəssüratları bloqunda paylaşıb.
    gelecek-ozu-ozunu-istehsal-eden-robotlar-ve-suni-zekanin-arxasindadir
    Süni İntellekt

    Gələcək özü-özünü istehsal edən robotlar və süni zəkanın arxasındadır

    SoftBank-ın Yaponiyadakı korporativ müştəriləri üçün təşkil etdiyi SoftBank World tədbiri, OpenAI-nin rəhbəri Sam Altman ilə keçirilmiş videokonfrans sessiyası olmadan ötüşmədi.
    google-openai-xai-ve-anthropic-in-her-biri-pentaqondan-200-milyon-dollarliq-muqavile-elde-edib
    Tech-Biznes

    Google, OpenAI, xAI və Anthropic-in hər biri Pentaqondan 200 milyon dollarlıq müqavilə əldə edib

    ABŞ-da süni zəka sahəsində fəaliyyət göstərən dörd aparıcı şirkət ABŞ Müdafiə Nazirliyindən silahlı qüvvələrdə yeni texnologiyaların tətbiqini sürətləndirmək məqsədilə iri müqavilələr alıb.