Logo
    main-post-cover

    Google, OpenAI, xAI və Anthropic-in hər biri Pentaqondan 200 milyon dollarlıq müqavilə əldə edib

    Tech-Biznes
    15.07.2025
    Emil
         ABŞ-da süni zəka sahəsində fəaliyyət göstərən dörd aparıcı şirkət ABŞ Müdafiə Nazirliyindən silahlı qüvvələrdə yeni texnologiyaların tətbiqini sürətləndirmək məqsədilə iri müqavilələr alıb. Seçilmiş podratçılar siyahısına Google, OpenAI, xAI Anthropic daxildir və müvafiq müqavilələr artıq imzalanıb. Bu həftə ABŞ Müdafiə Nazirliyinin Rəqəmsal Texnologiyalar və Süni Zəka üzrə Baş İdarəsinin nümayəndələri bildiriblər ki, nazirlik süni zəka sahəsində fəaliyyət göstərən bu dörd böyük ABŞ şirkəti ilə müqavilələrin bağlanmasına 200 milyon dollara qədər vəsait ayıracaq. Bloomberg-in bu mövzu ilə bağlı xəbərində vurğulanır ki, 200 milyon dollar sadəcə hər bir podratçının xidmətləri üçün nəzərdə tutulan maksimal xərc limitidir və faktiki müqavilə məbləğləri bu göstəricidən aşağı ola bilər.
         Pentaqon süni zəka sistemlərinin kommersiya versiyalarını həm döyüş sahəsində, həm də kəşfiyyat və müxtəlif təsərrüfat fəaliyyətlərində istifadə etməyə hazırdır. Qeyd edək ki, bundan əvvəl Elon Musk ona məxsus xAI şirkətinin dövlət qurumlarının ehtiyacları üçün Grok adlı çat-botun xüsusi versiyasını hazırlayacağını bəyan etmişdi. ABŞ hökumətinin informasiya infrastrukturu daxilində bu cür həllərə çıxış imkanı digər əlaqədar qurumlara da veriləcək.
         Bu sistemlərin tətbiqinə isə Ümumi Xidmətlər İdarəsi (GSA) rəhbərlik edəcək. Qeyd etmək lazımdır ki, süni zəkanın ABŞ Müdafiə Nazirliyinin ehtiyaclarına uyğunlaşdırılması üçün seçilmiş dörd podratçıdan üçü bir-biri ilə müəyyən dərəcədə bağlıdır. Anthropic startapı OpenAI-nin sabiq inkişaf üzrə vitse-prezidenti Dario Amodei tərəfindən təsis olunub. Bundan əlavə, OpenAI-nin həmtəsisçilərindən biri olan John Schulman ona bu layihədə 5 ay boyunca dəstək verib. Elon Musk isə OpenAI-nin ilkin mərhələdə formalaşmasında iştirak edib. Lakin onun süni zəkanın inkişafı ilə bağlı baxışları Sam Altman-ın yanaşmasından fərqləndiyi üçün sonradan özünün xAI adlı startapını qurub.
    Paylaş
    Bənzər xəbərlər
    google-gemini-kecen-esrin-sistemi-ile-sahmat-oynamaqdan-imtina-edib
    Süni İntellekt

    Google Gemini keçən əsrin sistemi ilə şahmat oynamaqdan imtina edib

    Robert Caruso, klassik şahmat proqramı Atari 2600 ilə ChatGPT və Microsoft Copilot kimi müasir süni zəka sistemləri arasında qeyri-adi matçlar seriyası təşkil edən şəxs, auditoriyadan yeni bir sorğu alıb: görəsən Google-un flaqman modeli Gemini retro oyunu ilə bacara bilərmi?
    chromeos-ile-android-in-birlesdirilmesi-plani-resmi-sekilde-tesdiqlenib
    Proqram Təminatı

    ChromeOS ilə Android-in birləşdirilməsi planı rəsmi şəkildə təsdiqlənib

    Google şirkəti ChromeOS və Android əməliyyat sistemlərini birləşdirməyi planlaşdırdığını rəsmi şəkildə təsdiqləyib. Bu barədə ilk şayiələr hələ ötən ilin payızında yayılmışdı.
    suni-zeka-dunyanin-30-en-yaxsi-riyaziyyatcisini-az-qala-geride-qoyub
    Süni İntellekt

    Süni zəka dünyanın 30 ən yaxşı riyaziyyatçısını az qala geridə qoyub

    May ayının ortalarında Kaliforniya ştatının Berkli şəhərində 30 tanınmış riyaziyyatçı OpenAI şirkətinə məxsus o4-mini adlı çat-botun riyazi qabiliyyətlərini sınamaq üçün bir araya gəlib.
    xai-sirketi-200-milyard-dollarliq-bazar-deyerine-yaxinlasir
    Tech-Biznes

    xAI şirkəti 200 milyard dollarlıq bazar dəyərinə yaxınlaşır

    Mart ayında yaradılmış və sosial şəbəkə X ilə Grok adlı çat-botun tərtibatçısı xAI şirkətini birləşdirən xAI Holdings adlı konqlomerat, özünü minimum 200 milyard dollar kapitallaşma ilə qiymətləndirmək üçün təxminən 10 milyard dollar cəlb etməyə hazırlaşır.
    openai-nin-aciq-menbeli-suni-zeka-modeli-yeniden-texire-salinib
    Süni İntellekt

    OpenAI-nin açıq mənbəli süni zəka modeli yenidən təxirə salınıb

    OpenAI bu yay artıq ikinci dəfədir ki, açıq mənbəli süni zəka modelinin təqdimatını təxirə salır. Bu barədə şirkətin baş direktoru Sam Altman məlumat verib. Əvvəlcə modelin bu həftə təqdim olunması planlaşdırılırdı, lakin indi təhlükəsizliklə bağlı əlavə testlər aparmaq üçün təqdimatın qeyri-müəyyən vaxta qədər təxirə salınmasına qərar verilib.