
Google Gemini keçən əsrin sistemi ilə şahmat oynamaqdan imtina edib
Süni İntellekt
15.07.2025
Emil
Robert Caruso, klassik şahmat proqramı Atari 2600 ilə ChatGPT və Microsoft Copilot kimi müasir süni zəka sistemləri arasında qeyri-adi matçlar seriyası təşkil edən şəxs, auditoriyadan yeni bir sorğu alıb: görəsən Google-un flaqman modeli Gemini retro oyunu ilə bacara bilərmi? Gemini Google tərəfindən sıfırdan hazırlanmış, məntiqi düşünmə qabiliyyəti daha güclü və multimodal xüsusiyyətə sahib yeni nəsil dil modelidir və OpenAI-nin məhsuluna alternativ kimi təqdim olunur. Caruso ilə ilkin ünsiyyət mərhələsində bot özünə çox arxayın şəkildə bildirib ki, Atari Chess-i asanlıqla məğlub edəcək, çünki guya o, milyonlarla gedişi hesablaya və sonsuz sayda mövqeni qiymətləndirə bilən tam funksiyalı bir şahmat mühərrikinə daha yaxındır.

Lakin söhbətinin qarşısındakının əvvəlki süni zəka sistemlərinin qələbə vədlərinə baxmayaraq məğlub olduqları matçlar seriyasının müəllifi olduğunu öyrəndikdən sonra, Gemini dərhal tonunu dəyişdi. O, əvvəlki bəyanatının “halüsinasiya” - böyük dil modellərinə xas olan yalançı özünəinam illüziyası olduğunu etiraf etdi. Və növbəti cəhdi etmək əvəzinə belə bir strategiya seçdi: ümumiyyətlə oynamamaq, çünki matçdan imtina ən məntiqli və vaxt baxımından səmərəli qərardır.

Beləliklə, 1.19 MHz prosessorlu və cəmi 128 bayt RAM-a malik 46 illik Atari 2600 oyun konsolunun emulyatoru bir daha məğlubedilməz qaldı - çünki müasir süni zəka onu “çətin rəqib” kimi qəbul etdi. Caruso-nun fikrincə, məhz bu cür dürüstlük Gemini-ni maraqlı edir: “Söhbət təkcə şahmatdan getmir. Bu, süni zəkanın daha etibarlı və məsuliyyətli davranmasına doğru atılmış bir addımdır -, xüsusilə də kritik sahələrdə. Əsas olan özündənrazılıq deyil, imkanlarının sərhədini dərk etməkdir. Əgər süni zəkaya hər şeyi bilən bir obyekt kimi inanmaq yox, onu etibarlı bir alət kimi istifadə etmək istəyiriksə, bu xüsusiyyət son dərəcə vacibdir”.
Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
Mark Zuckerberg superzəkanın yaradılmasına milyardlarla dollar sərf edəcək
Meta Platforms şirkətinin baş direktoru Mark Zuckerberg süni zəka sahəsinə böyük investisiyalar ayıracağını elan edib. Şirkət 100 milyardlarla dollar vəsait xərcləyərək bir neçə böyük məlumat emalı mərkəzi inşa etməyi və süni zəka sahəsində istedadlı mühəndislərdən ibarət komanda yaratmağı planlaşdırır.

Proqram Təminatı
ChromeOS ilə Android-in birləşdirilməsi planı rəsmi şəkildə təsdiqlənib
Google şirkəti ChromeOS və Android əməliyyat sistemlərini birləşdirməyi planlaşdırdığını rəsmi şəkildə təsdiqləyib. Bu barədə ilk şayiələr hələ ötən ilin payızında yayılmışdı.

Süni İntellekt
Süni zəka dünyanın 30 ən yaxşı riyaziyyatçısını az qala geridə qoyub
May ayının ortalarında Kaliforniya ştatının Berkli şəhərində 30 tanınmış riyaziyyatçı OpenAI şirkətinə məxsus o4-mini adlı çat-botun riyazi qabiliyyətlərini sınamaq üçün bir araya gəlib.

Süni İntellekt
Çin mənşəli yeni süni zəka modeli ChatGPT və Deepseek-i geridə qoyub
Çinin süni zəka startapı Moonshot AI bu həftə məşhur Kimi çat-botunu yaratdıqdan sonra açıq mənbəli böyük dil modeli olan Kimi K2-ni təqdim edib.

Süni İntellekt
Çinli hərbçilər hərbi robotların təhlükələri barədə xəbərdarlıq ediblər
Keçən əsrin fantast-yazıçılarının düşüncələri bu gün üçün olduqca aktual görünə bilər - xüsusilə də aparıcı dövlətlərin bədənə sahib süni zəka sistemlərinin yaradılması sahəsində yarışdıqları bir dövrdə. Çin Xalq Azadlıq Ordusunun rəsmi qəzetində (PLA Daily) dərc olunmuş analitik məqalənin müəllifləri, amerikalı yazıçı-fantast Isaac Asimov-un “Robototexnikanın 3 Qanunu”na istinad edərək, hərbi sahədə insanabənzər robotların kütləvi istehsalına başlamazdan əvvəl onların üzərində etik və hüquqi araşdırmalar aparmağa çağırırlar.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
