Logo
    main-post-cover

    TikTok-da fotoların süni zəka ilə canlandırılması funksiyası istifadəyə verilib

    Sosial Media
    14.05.2025
    Emil
         Sosial şəbəkə TikTok-da süni zəka əsaslı yeni bir funksiya istifadəyə verilib. Söhbət, TikTok AI Alive adlı funksiyadan gedir. Bu funksiya adi fotoları qısa, dinamik videolara çevirərək onlara estetik və atmosferik effektlər əlavə etməyə imkan verir. AI Alive artıq Stories bölməsində əlçatandır və tərtibatçıların sözlərinə görə, platforma iştirakçıları üçün yaradıcılıq və özünüifadə baxımından yeni imkanlar açır. Bu funksiya vasitəsilə istifadəçilər şəkilləri canlandıraraq onlara hərəkət, səs və müxtəlif effektlər əlavə edə bilirlər. Məsələn, okean mənzərəsi olan bir foto, buludların səma boyunca hərəkət etdiyi, dalğaların sahilə çırpıldığı və gün batımının səmanın rəngini tədricən dəyişdirdiyi bir videoya çevrilə bilər.
         Məlumata əsasən həmçinin süni zəkanın iştirakçıların mimikasını və emosiyalarını vurğuladıqları qrup selfisini də canlandırmağı mümkündür. Hazırda bu funksiya yalnız Story Camera vasitəsilə əlçatandır. İstifadəçi Stories albomundan uyğun bir foto seçdikdən sonra redaktə ekranındakı xüsusi nişanla AI Alive funksiyasını aktivləşdirə bilər. AI Alive ilə yaradılan bütün videolarda süni zəka tərəfindən generasiya edildiyini göstərən xüsusi bir etiket yerləşdiriləcək. Həmçinin bu videolara C2PA metadatası əlavə olunacaq. Bu, TikTok platformasından kənarda da məzmunun mənşəyini müəyyən etməyə imkan verən texniki standartdır.
         Bundan əlavə, qeyd olunur ki, video paylaşılmadan əvvəl çoxpilləli yoxlamadan keçəcək. Yüklənmiş foto, mətn sorğusu və son nəticə analiz ediləcək. İstifadəçilərə həmçinin sosial şəbəkənin qaydalarını pozan videolar barədə şikayət etmək imkanı da təqdim ediləcək. Qeyd olunur ki, bu, şirkətin görüntülər əsasında məzmun generasiyası sahəsində ilk təcrübəsidir. Daha əvvəl platforma yalnız mətn əsaslı generasiya təklif edirdi. Baxmayaraq ki, Instagram və Snapchat-da da oxşar funksiyalar mövcuddur, məhz TikTok şəkillərdən tam funksional video yaratma alətini ilk olaraq təqdim edib. Maraqlıdır ki, Snapchat da mobil tətbiqində yaxın zamanda əlçatan olacaq oxşar bir funksiyanı elan edib.
    Mənbə: Techcrunch
    Paylaş
    Bənzər xəbərlər
    yeni-tiktok-trendi-mektebliler-noutbuklarin-usb-portlarina-metal-esyalar-salmaga-baslayiblar-video
    Sosial Media

    Yeni TikTok trendi: Məktəblilər noutbukların USB portlarına metal əşyalar salmağa başlayıblar (VİDEO)

    TikTok-da yeni təhlükəli bir trend yayılıb: Amerikalı məktəblilər təhsil müəssisələri tərəfindən verilmiş chromebook-ları qəsdən sıradan çıxarırlar. Yeniyetmələr cihazların USB portlarına metal əşyalar taxaraq cihazlarda qısaqapanma, tüstülənmə və ya yanğına səbəb olurlar.
    donald-trump-tiktok-un-abs-da-qadaga-qanununu-ucucu-defe-texire-salmaga-hazirdir
    Tech-Biznes

    Donald Trump, TikTok-un ABŞ-da qadağa qanununu üçücü dəfə təxirə salmağa hazırdır

    ABŞ prezidenti vəzifəsinə ikinci dəfə başlayan Donald Trump, TikTok-un ABŞ-da fəaliyyətini qadağan edən qanunun qüvvəyə minməsini təxirə salmağa məcbur oldu. Əvvəlcə bu müddət aprelin əvvəlinə qədər qüvvədə idi, sonra prezident onu 19 iyuna qədər uzatdı.
    avropa-birliyi-tiktok-u-530-milyon-avro-mebleginde-cerimeleyib
    Tech-Biznes

    Avropa Birliyi TikTok-u 530 milyon avro məbləğində cərimələyib

    Bu həftə Çinə məxsus ByteDance şirkəti - qısa video platforması TikTok-un sahibi - Avropa Birliyində istifadəçi məlumatlarının qorunması ilə bağlı tələblərə əməl etmədiyinə görə 530 milyon avro (600 milyon dollar) məbləğində cərimələnib.
    mark-zuckerberg-mehke
    Tech-Biznes

    Mark Zuckerberg məhkədə TikTok-u Meta-nın inkişafını ləngitməkdə günahlandırıb

    Federal Ticarət Komissiyasının (FTC) iddiası üzrə aparılan antiinhisar məhkəmə araşdırması zamanı Meta-nın baş direktoru Mark Zuckerberg bildirib ki, TikTok-un uğuru Meta-nın biznesi üçün artan risklərin mənbəyi olub.
    donald-trump-tiktok-un-abs-daki-biznesinin-alinmasi-ile-bagli-razilasma-hele-de-aktualdir
    Tech-Biznes

    Donald Trump: "TikTok-un ABŞ-dakı biznesinin alınması ilə bağlı razılaşma hələ də aktualdır"

    ABŞ prezidenti Donald Trump bəyan edib ki, Çin şirkəti ByteDance-ə məxsus TikTok-un ABŞ-dakı biznesinin alınması ilə bağlı razılaşma “hələ də gündəmdədir”.