Logo
    main-post-cover

    Avropa Birliyi TikTok-u 530 milyon avro məbləğində cərimələyib

    Tech-Biznes
    02.05.2025
    Emil
         Bu həftə Çinə məxsus ByteDance şirkəti - qısa video platforması TikTok-un sahibi - Avropa Birliyində istifadəçi məlumatlarının qorunması ilə bağlı tələblərə əməl etmədiyinə görə 530 milyon avro (600 milyon dollar) məbləğində cərimələnib. Cərimənin səbəbi kimi TikTok-un Avropa Birliyi istifadəçilərinin məlumatlarını guya Çinə ötürməsi göstərilir. İrlandiyanın Məlumatların Qorunması Komissiyası qərara gəlib ki, TikTok şirkətinin Çində yerləşən əməkdaşlarının Avropa Birliyi istifadəçilərinin məlumatlarına çıxış imkanının olmadığını sübut etmələri mümkün olmayıb.
         Qeyd edək ki, Avropa Birliyində qüvvədə olan qanunvericilik istifadəçi məlumatlarının region daxilində saxlanmasını tələb edir. Böyük məbləğdə inzibati cərimədən əlavə olaraq, TikTok-a verilən göstərişə əsasən, şirkət 6 ay ərzində məlumatların emalı prosesini Avropa Birliyi qanunlarının tələblərinə uyğunlaşdırmalıdır. TikTok nümayəndələri bu qərara cavab olaraq tənzimləyici qurumun qərarını mübahisələndirməyə hazır olduqlarını bildiriblər. Şirkət əmindir ki, hazırkı qərar 2023-cü ildə tətbiq olunmuş məlumat təhlükəsizliyi tədbirlərini tam şəkildə nəzərə almır.
         Həmin tədbirlər Avropa Birliyi istifadəçilərinin məlumatlarının Avropa və ABŞ-da yerləşən xüsusi məlumat emal mərkəzlərində saxlanılmasını və uzaqdan çıxışa müstəqil nəzarətin təmin olunmasını nəzərdə tutur. Şirkət əlavə edib ki, indiyədək Çin hökumətindən Avropa Birliyi istifadəçilərinin məlumatlarına çıxışla bağlı heç bir sorğu almayıblar. Hazırda TikTok-un Avropadakı istifadəçi bazası təxminən 175 milyon nəfər təşkil edir. Qeyd edək ki, bu, Çinə məxsus şirkətin regionda aldığı ilk iri cərimə deyil. 2023-cü ildə TikTok Avropa Birliyində uşaqların şəxsi məlumatlarının işlənməsi qaydalarının pozulmasına görə 345 milyon avro məbləğində cərimələnmişdi.
    Mənbə: Reuters
    Paylaş
    Bənzər xəbərlər
    mark-zuckerberg-mehke
    Tech-Biznes

    Mark Zuckerberg məhkədə TikTok-u Meta-nın inkişafını ləngitməkdə günahlandırıb

    Federal Ticarət Komissiyasının (FTC) iddiası üzrə aparılan antiinhisar məhkəmə araşdırması zamanı Meta-nın baş direktoru Mark Zuckerberg bildirib ki, TikTok-un uğuru Meta-nın biznesi üçün artan risklərin mənbəyi olub.
    donald-trump-tiktok-un-abs-daki-biznesinin-alinmasi-ile-bagli-razilasma-hele-de-aktualdir
    Tech-Biznes

    Donald Trump: "TikTok-un ABŞ-dakı biznesinin alınması ilə bağlı razılaşma hələ də aktualdır"

    ABŞ prezidenti Donald Trump bəyan edib ki, Çin şirkəti ByteDance-ə məxsus TikTok-un ABŞ-dakı biznesinin alınması ilə bağlı razılaşma “hələ də gündəmdədir”.
    trump-in-yeni-rusumlari-sebebile-tiktok-un-satisi-uzre-danisiqlar-dayandirilib
    Tech-Biznes

    Trump-ın yeni rüsumları səbəbilə TikTok-un satışı üzrə danışıqlar dayandırılıb

    TikTok-un Amerika aktivlərinin ayrılması ilə bağlı razılaşma dayandırılıb - Pekin, ABŞ prezidenti Donald Trump yeni rüsumlar tətbiq etdikdən sonra bu razılaşmanı təsdiqləməyəcəyini açıq şəkildə bəyan edib.
    donald-trump-tiktok-un-abs-da-qadagasini-novbeti-defe-75-gunluyune-texire-salib
    Tech-Biznes

    Donald Trump TikTok-un ABŞ-da qadağasını növbəti dəfə 75 günlüyünə təxirə salıb

    ABŞ Prezidenti Donald Trump TikTok sosial şəbəkəsinin ABŞ-da fəaliyyətinin qadağan olunmasına dair qərarın icrasını 75 gün müddətinə təxirə salıb.
    donald-trump-tiktok-ile-bagli-razilasmanin-elde-edilmesine-yaxin-olduqlarini-bildirib
    Tech-Biznes

    Donald Trump, TikTok ilə bağlı razılaşmanın əldə edilməsinə yaxın olduqlarını bildirib

    Rəsmi olaraq, ABŞ-da TikTok sosial şəbəkəsinin fəaliyyətinə qadağa qoyulmasına dair möhlət bu yaxın şənbə gününə qədər qüvvədədir və potensial alıcıların Amerika aktivlərinin ayrılması ilə bağlı razılaşma üçün danışıqlar aparmağa hələ vaxtları var.