
YouTube son 4 ildə kontent müəlliflərinə 100 milyard dollardan çox vəsait ödəyib
Sosial Media
17.09.2025
Emil
YouTube bildirib ki, 2021-ci ildən bəri kontent müəlliflərinə, artistlərə və media şirkətlərinə 100 milyard dollardan çox ödəniş edib. Ötən il YouTube-un baş direktoru Neal Mohan bəyan etmişdi ki, 2021-2024-cü illər arasında müəlliflərə edilən ödənişlərin həcmi 70 milyard dollar təşkil edib. Ödənişlərin artımı qismən platformanı dəstəkləyən televizorlarda izləyici sayının çoxalması ilə bağlıdır. Şirkətin məlumatına görə, yalnız TV üzərindən baxışlardan illik 100 000$-dan çox qazanan kanalların sayı ötən illə müqayisədə 45% artıb. YouTube-un məhsullar üzrə baş direktoru Johanna Voolich şirkətin mətbuat açıqlamasında müəlliflərin mədəniyyəti və əyləncəni heç vaxt mümkün hesab etmədiyimiz üsullarla formalaşdırmaq bacarıqlarını yüksək qiymətləndirib.

Nyu-Yorkda keçirilmiş illik Made on YouTube tədbirində platforma ödənişlər barədə yenilənmiş məlumatları və müəlliflər üçün yeni alətlər paketini təqdim etdi. Şirkət YouTube Shorts - qısa şaquli videolar yaratmaq xidməti üçün yeni süni intellekt alətlərini elan etdi. Müəlliflər süni intellekt vasitəsilə emal olunmamış kadrları montaj edilmiş kliplərə çevirə, həmçinin musiqi, keçidlər və səsləndirmə əlavə edə biləcəklər. Yeni funksiyalar həmçinin uyğun videolardan dialoqları mahnılara çevirmə və onları Short-larda istifadə etmə imkanını da əhatə edir. YouTube-un açıqlamasına görə, Google-un süni intellekt əsasında hazırlanmış ən son video generatoru Veo 3 də Shorts-a inteqrasiya olunacaq. Bu ilin aprelində YouTube-un 20 ili tamam oldu. Həmin vaxt şirkət elan etdi ki, bütün bu müddət ərzində platformada musiqi, qısa videolar, podkastlar və digər məzmunlar daxil olmaqla 20 milyarddan çox video yerləşdirilib.
Paylaş
Bənzər xəbərlər

Sosial Media
Reklam bloklayıcıları YouTube-dakı baxış saylarını azaldırmış
Avqustun ortalarından etibarən YouTube-da bir çox müəllif öz videolarının baxış sayında kəskin azalma qeydə almağa başlayıb - bəzi hallarda göstəricilər əvvəlki nəticələrin yarısına qədər düşüb.

Sosial Media
YouTube videoların müxtəlif dillərə dublyaj funksiyasını bütün müəlliflər üçün istifadəyə verib
YouTube platforması videoların müxtəlif dillərə dublyaj funksiyasının rəsmi istifadəyə verildiyini elan edib. Bu funksiyanın sayəsində YouTube-da kontent yerləşdirən milyonlarla müəllif dünyanın daha geniş auditoriyasına çata biləcək.

Sosial Media
Nepalda kütləvi etirazlardan sonra sosial media platformalarının bloklanması aradan qaldırılıb
Nepal hakimiyyəti ən azı 19 nəfərin həlak olduğu kütləvi etirazlardan sonra əvvəl tətbiq edilmiş bir sıra sosial servislərə qoyulan bloklamanı ləğv etmək qərarına gəlib.

Sosial Media
Nepal öz ərazisində X, YouTube və Facebook-u bloklayıb
Nepal hökuməti X, Facebook və YouTube daxil olmaqla bir neçə məşhur sosial şəbəkə xidmətinin bloklandığını elan edib. Səbəb isə bu platformaların hökumətin yeni tələblərinə uyğun olaraq ölkədə qeydiyyatdan imtina etmələridir.

Sosial Media
Eyni evdə yaşamayan ailə üzvləri üçün YouTube Premium-un ailə tarif planı deaktiv edilir
YouTube Premium-un ailə tarif planı pullu abunəlikdə mövcud olan funksiyaları digər ailə üzvləri ilə paylaşmağa imkan verir. Bununla yanaşı, Google bütün paket təklifinə daxil olan üzvlərin eyni evdə yaşamasını tələb edir.
Ən çox oxunanlar

İnsanabənzər robotlar ilə bağlı optimizm azalır
