Logo
    main-post-cover

    ABŞ-də mövcud iş qüvvəsinin 11.7%-i artıq mövcud AI ilə əvəz oluna bilər

    Süni İntellekt
    01.12.2025
    Sevinc
        Technote.az "Gizmodo" platformasına istinadən bildirir ki, Massachusetts Texnologiya İnstitutu (MIT) ötən həftə yayımladığı yeni araşdırmada iddia edir ki, mövcud süni intellekt imkanları ABŞ əmək bazarının 11.7 %-ni faktiki olaraq əvəz edə biləcək səviyyəyə çatıb.
        Araşdırmanın əsas hissəsi “The Iceberg Index: Measuring Skills-centered Exposure in the AI Economy” adlı hesabatda toplanıb. Bununla yanaşı, MIT “Project Iceberg” adlı xüsusi səhifə də yaradıb. Hesabatda ton daha xəbərdaredici olsa da, layihə səhifəsi emosialı və texnoloji optimizm dolu ifadələrlə təqdim edilir. Səhifə “AI sizinlə işləyə bilərmi?” sualı ilə açılır və AI agentlərinin kütləvi şəkildə əməkdaşlıq etdiyi gələcək iş modelindən bəhs edir.
        Layihə ABŞ-nin əmək bazarını simulyasiya edən “Large Population Models” (LPM) adlı genişmiqyaslı AI modelindən istifadə edir. Simulyasiya Oak Ridge Milli Laboratoriyasının superkompüterlərində həyata keçirilib. Tədqiqatçıların iddiasına görə, hazırkı AI tətbiqləri əmək bazarının ümumi əməkhaqqı dəyərinin 2.2 %-nə təsir edir. Lakin modelin proqnozuna əsasən, mövcud AI texnologiyası nəzəri olaraq 11.7 % işin avtomatlaşdırılmasına imkan verir.
        Bununla belə, hesabatda mühüm məhdudiyyətlər də qeyd olunur. Real iş şəraitində insanlar yalnız vəzifə öhdəliklərini icra etmir, həm də qeyri-standart, sosial və insan təması tələb edən situasiyaları həll edirlər. Modelin bu aspektləri necə ölçdüyü tam açıqlanmır.
    Paylaş