Logo
    main-post-cover

    Amazon-un AI çatbotu Rufus “Black Friday” satışlarını ikiqat artırıb

    Süni İntellekt
    02.12.2025
    Sevinc
        Technote.az "TechCrunch" platformasına istinadən bildirir ki, Amazon-un süni intellekt əsaslı alış-veriş köməkçisi Rufus bu il “Black Friday” aksiyaları zamanı şirkətin satış performansına ciddi təsir göstərib. Sensor Tower tərəfindən yayımlanan yeni məlumatlara əsasən, Rufus-un daxil olduğu alış-veriş seanslarında satınalma faizi ABŞ-də adi seanslarla müqayisədə kəskin şəkildə artıb.
    Amazon unveils 'Rufus' AI shopping assistant, rolling out in coming weeks  in mobile app – GeekWire
        Məlumatlara görə, Rufus-un istifadə edildiyi seanslarda satınalma göstəricisi 100% artıb. Rufus olmadan baş tutan satınalmalarda isə artım cəmi 20% olub. Bu isə göstərir ki, istifadəçilər məhsul tapmaq və müqayisə etmək üçün Rufus-dan daha çox yararlanır və nəticədə alış qərarlarını daha sürətli verirlər. Sensor Tower bildirir ki, “Balck Friday” günü ümumi Amazon trafikində artım 20 % olduğu halda, Rufus ilə aparılan seanslar 35 % yüksəlib. Yəni AI köməkçisi platformada ən sürətli böyüyən istifadəçi davranışına çevrilib.
        Rufus 2024-cü ilin əvvəlində beta mərhələsində istifadəyə verilib və daha sonra bütün ABŞ istifadəçilərinə açılıb. O, məhsul tapmaq, suallara cavab vermək, alternativlər tövsiyə etmək və müqayisələr aparmaq kimi funksiyalar təklif edir.
    Paylaş