Character.ai yeniyetmələr üçün açıq söhbəti məhdudlaşdırır
Süni İntellekt
04.12.2025
Sevinc
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Character.ai yeniyetmələr arasında təhlükəsizliyi artırmaq və platformanı daha strukturlaşdırılmış formaya keçirmək üçün yeni “Stories” adlı vizual hekayə xüsusiyyətini istifadəyə verib. Şirkət həmçinin ABŞ-dən başlayaraq 24 noyabrdan etibarən 18 yaşadək istifadəçilər üçün açıq, sərbəst söhbət funksiyasını mərhələli şəkildə bağlamağa başlayıb.
Bu qərar 14 yaşlı bir gəncin platformadakı çatbotla uzun müddət ünsiyyətdən sonra intihar etməsi və ailəsinin Character.ai-ı lazımi təhlükəsizlik tədbirlərini görməməkdə günahlandıraraq məhkəməyə müraciət etməsindən sonra verilib. Açıq söhbət funksiyası tamamilə məhdudlaşdırılsa da, yeniyetmələr üçün Feed, Imagine, Avatar FX, Streams və indi də yeni “Stories” funksiyası əlçatan olaraq qalır.
Paylaş
Bənzər xəbərlər
Süni İntellekt
Amazon Fire TV yeni AI funksiyasını təqdim etdi
Amazon Fire TV artıq istifadəçilərə filmlərdəki istənilən səhnəyə sadəcə sözlü təsvir edərək, Alexa+ vasitəsilə birbaşa keçmə imkanı verir.
Süni İntellekt
ChatGPT-dən alış-veriş tətbiqlərinə keçid 28 % artıb
ChatGPT-dən alış-veriş tətbiqlərinə yönləndirmələr 28% artsa da, əsas fayda Amazon və Walmart-a gedir və AI trafiki Black Friday dövründə rekord səviyyəyə çatıb.
Süni İntellekt
Amazon-un AI çatbotu Rufus “Black Friday” satışlarını ikiqat artırıb
Rufus və digər AI alətləri bu il ABŞ-də “Black Friday" satışlarını ciddi şəkildə artıraraq alıcıların qərarvermə prosesində əsas vasitəyə çevrilib.
Süni İntellekt
DeepSeek GPT-5 səviyyəsində modelini pulsuz istifadəyə verib
DeepSeek iki yeni nəhəng modeli olan DeepSeek-V3.2 və DeepSeek-V3.2-Speciale-i heç bir məhdudiyyət olmadan, açıq lisenziya altında yayımlayıb.
Süni İntellekt
AWS-dən növbəti böyük addım: insanabənzər AI agentləri
AWS Amazon Connect platformasına gətirdiyi yeni AI funksiyaları ilə süni intellekt agentlərini daha təbii, ağıllı və şəffaf qərar verə bilən sistemlərə çevirir.
Ən çox oxunanlar