HP 2028-ə qədər 6 min işçini ixtisar edərək AI-a sərmayəni artıracaq
Süni İntellekt
27.11.2025
Sevinc
Technote.az "Ars Technica" platformasına istinadən bildirir ki, HP Inc. süni intellekt texnologiyalarına daha çox sərmayə yönəltmək üçün 2028-ci ilə qədər 4.000–6.000 əməkdaşını ixtisar edəcək. Şirkət bu addımın illik xərclərdə təxminən 1 milyard dollar qənaət yaradacağını bildirir.
HP-nin CEO-su Enrike Lores maliyyə hesabatı zamanı bildirib ki, ixtisarlar əsasən məhsul inkişafı, daxili əməliyyatlar və müştəri dəstəyi bölmələrində hiss olunacaq. Lores-in sözlərinə görə, AI şirkətə məhsul innovasiyalarını sürətləndirmək, müştəri məmnuniyyətini artırmaq və daxili prosesləri daha məhsuldar etmək imkanı verəcək.
HP-nin qərarı süni intellektin əmək bazarına təsiri ilə bağlı qlobal müzakirələr fonunda gəlib. Xüsusilə müştəri dəstəyi kimi sahələrin AI-dan daha çox təsirlənəcəyi gözlənilir. Son illərdə bir çox böyük texnologiya şirkəti AI-a keçidi əsas göstərərək minlərlə işçini ixtisar edib:
- Salesforce 4,000 işçini işdən çıxardığını bildirib və CEO Marc Benioff AI sayəsində daha az işçi qüvvəsinə ehtiyac olduğunu deyib.
- Amazon həm yüzlərlə AI alətindən istifadə etdiyini, həm də minlərlə işçini ixtisar etdiyini açıqlayıb.
- Meta 5 faiz işçi azaltmasına AI layihələrinə fokuslanmanı səbəb göstərib.
- Intuit, Klarna və Duolingo da yüzlərlə işi AI ilə əvəz etdiklərini etiraf ediblər.
Outplacement şirkəti Challenger, Gray & Christmas-ın məlumatına görə, təkcə bu ilin oktyabrına qədər texnologiya şirkətləri 141.159 ixtisar elan edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artım deməkdir. Wharton məktəbinin professoru Peter Cappelli qeyd edib ki, AI ilə insan əməyi əvəz etmək çox mürəkkəb, bahalı və zaman alan bir prosesdir və real təsiri çox şişirdilir.
Gartner hesablamasına görə, 2030-cu ilə qədər bütün IT işlərinin AI ilə əlaqəsi olacaq. Amma analitiklər bildirir ki, iş yükünün 75 faizi yenə də insanlar tərəfindən həyata keçiriləcək. Ümumi proqnozlar isə daha nikbindir: Dünya İqtisadi Forumu 2025 hesabatında AI-ın 2030-cu ilə qədər ləğv etdiyi işlərdən 78 milyon daha çox yeni iş yaradacağını göstərir.
Paylaş
Bənzər xəbərlər
Süni İntellekt
Microsoft Copilot 15 yanvardan etibarən WhatsApp-dan çıxarılır
Microsoft WhatsApp-ın yeni qaydalarına uyğun olaraq Copilot çatbotunu 15 yanvardan platformadan çıxarır və istifadəçiləri mobil tətbiq və veb versiyaya keçməyə çağırır.
Süni İntellekt
Character AI interaktiv “Hekayələr” funksiyasını təqdim edir
Character.AI təhlükəsizlik səbəbilə yeniyetmələr üçün açıq söhbətləri bağlayaraq onların yerinə daha təhlükəsiz interaktiv “Hekayələr” formatını təqdim edib.
Süni İntellekt
Warner Music Suno ilə aralarındakı mübahisəni həll edib
Warner Music Suno ilə aralarındakı iddianı həll edərək, AI musiqi sahəsində yeni əməkdaşlıq dövrünün əsasını qoyub.
Süni İntellekt
ChatGPT səs rejimi yeniləyir!
OpenAI ChatGPT-nin səs funksiyasını əsas söhbət pəncərəsinə gətirərək istifadəçilərə danışarkən cavabları ekranda görmə imkanı təqdim edir.
Süni İntellekt
Gemini 3 süni intellekt yarışında öndədir
Gemini 3 bir çox testlərdə lider olsa da, real iş axınlarında hələ digər modellərin yerini tam tuta bilmir.
Ən çox oxunanlar