NVIDIA-ya Çinə yüksək performanslı çiplərini satmağa icazə verildi
Süni İntellekt
09.12.2025
Sevinc
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, ABŞ administrasiyası NVIDIA-nın yüksək səviyyəli H200 AI çiplərini “təsdiqlənmiş Çin müştərilərinə” satmasına icazə verib. Donald Trump qərarı Prezident Si Tsinpinə şəxsən bildirdiyini və Pekinin buna müsbət reaksiya verdiyini deyib. Satışlara ABŞ tərəfindən 25 faiz gömrük rüsumu tətbiq olunacaq.
Bu addım NVIDIA-nın əvvəl yalnız məhdudlaşdırılmış H20 modelini Çinə sata bilməsi fonunda atılıb. H20 isə Çin şirkətləri tərəfindən rəqabətə dözümsüz hesab edilərək qəbul olunmamışdı. İndi H200 modelinin məhdud şəkildə satılmasına icazə verilməsi, ABŞ-nin həm texnoloji hegemonluğunu qorumaq, həm də NVIDIA-nın bazarı tamamilə Huawei-yə uduzmamasını təmin etmək cəhdi kimi qiymətləndirilir.
ABŞ Ticarət Nazirliyi bunun “milli təhlükəsizliyə uyğun balanslaşdırılmış yanaşma” olduğunu qeyd etsə də, qərar ciddi mübahisələr yaradıb.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Google-un yeni AI eynəkləri 2026-da gəlir
Google 2026-cı ildə biri ekranlı, biri ekransız olmaqla iki yeni süni intellektli ağıllı eynək modelini satışa çıxarmağa hazırlaşır.
Süni İntellekt
Google Doppl-a AI ilə alış-veriş lenti əlavə edib
Google Doppl tətbiqinə AI tərəfindən yaradılan videolarla tam inteqrasiya olunmuş, fərdiləşdirilmiş və birbaşa alış imkanı verən yeni kəşf lentini əlavə edib.
Süni İntellekt
Meta AI-ı daha dəqiq etmək üçün media şirkətləri ilə razılaşıb
Meta xəbərlərin real vaxtda AI-a daxil olması üçün bir neçə media ilə anlaşma imzalayıb.
Süni İntellekt
Apple-ın AI problemləri fonunda Çin brendləri bazar payını artırır
Çin smartfon istehsalçıları Apple-ın AI gecikmələrindən istifadə edərək iPhone-dan Android-ə keçidi rekord dərəcədə asanlaşdırır və bu, şirkət üçün xüsusilə Çin bazarında ciddi rəqabət təzyiqi yaradır.
Elm & Texnologiya
AI və insan yaradıcılığı birlikdə necə işləyir?
Sari Azout süni intellektin insan yaradıcılığını əvəz etmədən, zövq və ideyaları daha güclü etmək üçün necə istifadə oluna biləcəyini izah edir.
Ən çox oxunanlar