Spotify “Prompted Playlists” ilə istifadəçilərə öz alqoritmini idarə etməyə imkan verir
Süni İntellekt
11.12.2025
Sevinc
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Spotify Discover Weekly ideyasını bir addım da irəli apararaq istifadəçilərin musiqi seçimlərinə daha çox nəzarət etməsinə imkan verən yeni Prompted Playlists funksiyasını sınaqdan keçirməyə başlayıb. Bu beta xüsusiyyəti ilk olaraq Yeni Zelandiyada istifadəyə verilir.
Yeni funksiya sayəsində istifadəçilər sadəcə olaraq istədikləri musiqi ab-havasını və ya əhvalını mətn şəklində yaza bilir. İstər “enerjili səhər playlisti”, istər “2000-lərin pop hiti”, istərsə də daha detallı təsvir. Bundan sonra Spotify-ın süni intellekti həmin istəyə və istifadəçinin dinləmə tarixçəsinə əsaslanaraq xüsusi playlist yaradır.
Bundan başqa, Prompted Playlists mütəmadi yenilənmə funksiyasına da malikdir. Yəni eyni prompt-u seçərək playlist-in davamlı olaraq yenilənməsini aktiv edə bilərsiniz. Bu, sanki Discover Weekly-nin sizin idarə etdiyiniz versiyası kimidir.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Spotify musiqi videolarını ABŞ və Kanadada istifadəyə verdi
Spotify musiqi videoları funksiyasını ABŞ və Kanadada Premium istifadəçilərə təqdim edərək YouTube ilə rəqabəti gücləndirməyə başlayıb.
Digər
Spotify Wrapped 200 milyon istifadəçi ilə rekord qırdı
Şirkət Wrapped-in istifadəyə verildiyi ilk 24 saatda 200 milyon nəfərdən çox istifadəçinin ən azı bir hekayəni izlədiyini açıqlayıb.
Digər
Spotify TuneMyMusic inteqrasiyası ilə playlist transferini asanlaşdırır
Spotify TuneMyMusic inteqrasiyası ilə digər musiqi xidmətlərindən pleylistləri birbaşa mobil tətbiq üzərindən məhdudiyyətsiz şəkildə köçürməyi mümkün edib.
Digər
Spotify WhoSampled-i satın alıb
Spotify təsdiqləyib ki, şirkət həm WhoSampled komandasını, həm də onun geniş musiqi məlumat bazasını əldə edib.
Sosial Media
Spotify süni intellekt vasitəsilə yaradılmış mahnıları xüsusi olaraq işarələyəcək
Spotify süni intellektin musiqidə istifadəsində şəffaflığı artırmaq, spamla mübarizə aparmaq və icazəsiz səs klonlaşdırılmasının qarşısını almağa yönəlmiş siyasətində bir sıra dəyişikliklər elan edib.
Ən çox oxunanlar