NETTY2025 nominantları müəyyən edilib
Tech-Azərbaycan
08.12.2025
Sevinc
NETTY 2025-ün Azərbaycanın Milli internet-mükafatının nominantları müəyyən edilmişdir.
İştirakçıların ümumi sayından Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsverməsi nəticəsinə görə mükafatın nominantları olan saytlar, səhifələr və tətbiqlər seçilmişdir. Nominantların yekun siyahısı ilə mükafatının saytında https://www.netty.az/az/nominants
Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün Mükafatın Akademiyası səsverməyə başlamışdır. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edəcəklər.
Nominantlar arasından qaliblər 18 dekabrda mükafatlandırmanın təntənəli mərasiminin gedişatında elan ediləcəklər. Bütün nominantların nümayəndələri mərasimdə iştiraka dəvət ediləcək.
NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. Müsabiqə çərçivəsində əhəmiyyətli veb və mobil resursların, ən yaxşı İT-layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlər adları çəkilir. Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.
Paylaş
Bənzər xəbərlər
Tech-Azərbaycan
“Azercell Telekom” MMC qadınların dəstəyinə yönəlmiş təşəbbüslərini davam etdirir
Lider mobil operator sosial layihə müsabiqəsinin qaliblərini elan edir
Tech-Azərbaycan
NETTY2025 nominantları müəyyən edir, səsvermə başlayıb
NETTY Milli internet mükafatının iştirakçılarının sırasından nominantların seçim prosesi başladı.
Digər
Azərbaycanın əsas rəqəmsal mükafatı NETTY 2025 üçün müraciətlərin qəbulu davam edir!
Azərbaycanda NETTY2025 Milli İnternet Mükafatında iştirak üçün ərizələrin qəbulu davam edir, artıq 140-dən çox layihə təqdim olunub.
Digər
20-ci dəfə keçiriləcək NETTY2025 Azərbaycanın Milli İnternet Mükafatı başlayıb və sizi iştiraka dəvət edir.
Oktyabrın 1-də Azərbaycanın NETTY2025 Milli İnternet Mükafatı başlayıb. 2004-cü ildə yaradılan NETTY mükafatı hər il əhəmiyyətli Azərbaycan veb-saytlarını, mobil tətbiqləri, sosial platformalarda resursları, aktual İT-layihələri və informasiya texnologiyaları sahəsində qabaqcıl fəaliyyət göstərənləri aşkar edir və mükafatlandırır. 2025-ci ildə mükafat 20-ci dəfə keçirilir.
Ən çox oxunanlar