Logo
    main-post-cover

    Bütün dünya günəş və külək energetikasında Çindən geridə qalır

    Elm & Texnologiya
    16.07.2025
    Emil
         Çin dünyada ən çox təbii yanacaq yandıran və atmosferi ən çox çirkləndirən ölkə olsa da, eyni zamanda günəş külək enerjisi layihələrinin həyata keçirilməsi sahəsində böyük fərqlə liderdir. Global Energy Monitor (GEM) təşkilatının yeni hesabatına əsasən, Çin bu sahələrdə infrastrukturu sürətlə genişləndirir. Dünya üzrə sənaye miqyaslı bütün layihələrin təxminən dörddə üçü məhz Çinin payına düşür. Hazırda Çində ümumi gücü 510 GVt olan elektrik stansiyalarının tikintisi aparılır və bütün layihələrin ümumi gücü 1.3 TVt-dan artıqdır. Bununla da Çin qlobal enerji keçidində dominant qüvvə kimi mövqeyini möhkəmləndirir. 2025-ci ilin əvvəlinə olan məlumata görə, Çində quraşdırılmış günəş və külək elektrik stansiyalarının ümumi gücü 1.4 TVt-a çatıb ki, bu da dünya üzrə ümumi həcmin 44%-nə bərabərdir və Avropa Birliyi, ABŞ və Hindistanın birgə gücünü üstələyir.
         Bu ilin birinci rübündə külək və günəş elektrik stansiyaları ölkənin elektrik enerjisinin 22.5%-ni təmin edib və bu göstərici ilk dəfə olaraq istilik elektrik stansiyalarını geridə qoyub. Çində yeni bərpa olunan enerji güclərinin böyük hissəsi sənaye miqyaslı mərkəzləşdirilmiş layihələrin payına düşür, xüsusilə də Şinjan və Daxili Monqolustan kimi şimal və qərb regionlarında. Bu bölgələrdə planlaşdırılmış günəş və külək enerjisi güclərinin təxminən 40%-i cəmlənib. Təkcə 2024-cü ildə Çin 278 GVt günəş və 46 GVt külək enerjisi gücü əlavə edilib. Dəniz külək elektrik stansiyaları Çinin bərpa olunan enerji sektorunun getdikcə daha vacib bir hissəsinə çevrilir. Onların ümumi gücü 2018-ci ildə 5 GVt-dan az olduğu halda, 2025-ci ilin mart ayında 42.7 GVt-a çatıb - bu isə dünyada tikinti mərhələsində olan dəniz külək stansiyalarının ümumi gücünün yarıdan çoxunu təşkil edir.
         Bu texnologiya Çində əsasən sahilyanı əyalətlərdə - Tsyansu və Quandun kimi bölgələrdə sürətlə inkişaf edir. Bu iki əyalət ölkədəki quraşdırılmış dəniz stansiyalarının yarıdan çoxuna sahibdir. Həmin bölgələrdə dəniz külək elektrik stansiyalarının ağır sənayeyə və “yaşılhidrogen istehsalına birbaşa inteqrasiyası üzrə təşəbbüslər də həyata keçirilir. Sürətli artıma baxmayaraq, Çində dəniz külək enerjisi sahəsi bir sıra çətinliklərlə üzləşir. 2021-ci ildə dövlət subsidiyaları ləğv edildikdən sonra yeni qurğuların sayı azalıb, lakin sonradan bir qədər bərpa olunub. Bu vəziyyətə cavab olaraq bəzi əyalətlər inkişaf tempini qorumaq üçün yerli təşviqlər tətbiq ediblər.
         GEM analitiklərinin fikrincə, gələcək irəliləyiş üçün daha koordinasiyalı dövlət siyasəti tələb olunur, xüsusilə də dərin sulu bölgələrdə - burada tayfunlara davamlı üzən platformaların və dayanıqlı konstruksiyaların tikintisinə ehtiyac var. Hazırda Çində müxtəlif mərhələlərdə olan ümumi gücü təxminən 67 GVt təşkil edən dəniz külək elektrik stansiyalarının tikintisi aparılır. Onların 40%-dən çoxu artıq aktiv tikinti mərhələsindədir. Yeni pilot layihələr dəniz elektrik stansiyalarının qabaqcıl texnologiyalarla - məsələn, sualtı məlumat emalı mərkəzləri və sənaye komplekslərinin birbaşa elektrikləşdirilməsi ilə inteqrasiyasına yönəlib. Gözlənilir ki, 2025-ci ildə yeni güclər rekord templərlə istismara veriləcək və bu, Çinə qlobal enerji mənzərəsini dəyişmək üçün real imkan yaradacaq.
    Paylaş
    Bənzər xəbərlər
    iqlim-deyisikliyi-melumat-emali-merkezlerine-menfi-tesir-gosterir
    Elm & Texnologiya

    İqlim dəyişikliyi məlumat emalı mərkəzlərinə mənfi təsir göstərir

    XDI Systems-in hesabatına görə, məlumat emalı mərkəzləri (MEM) iqlim dəyişikliyindən getdikcə daha çox təhlükə altına düşürlər. “2025 Global Data Centre Physical Climate Risk and Adaptation Report” adlı sənəddə dünya üzrə 8868 MEM-in göstəriciləri təhlil edilib.
    elon-musk-ilin-sonuna-tesla-nin-en-mohtesem-teqdimatini-anons-edib
    Elm & Texnologiya

    Elon Musk ilin sonuna Tesla-nın ən möhtəşəm təqdimatını anons edib

    Elon Musk həyəcan yaratmaqda bənzəri olmayan ustadır və artıq Tesla şirkətinin növbəti təqdimatını anons etməyə başlayıb.
    smartfon-istehsalcilari-batareyalarin-hecmini-7000-mah-dan-yuxari-qaldirmagin-yollarini-axtarirlar
    Elm & Texnologiya

    Smartfon istehsalçıları batareyaların həcmini 7000 mAh-dan yuxarı qaldırmağın yollarını axtarırlar

    Smartfon istehsalçıları cihazların ölçülərini dəyişmədən batareya tutumunu artırma yollarını axtarırlar. Diqqət mərkəzində olan texnologiyalar - silisium-karbon batareyalar və qeyri-standart formalı enerji elementləridir.
    avropa-starlink-in-analoqunu-hazirlayir
    Elm & Texnologiya

    Avropa Starlink-in analoqunu hazırlayır

    Böyük Britaniya və Fransa hökumətləri, Elon Musk-a məxsus Starlink peyk internetindən Avropanın asılılığını azaltmaq məqsədilə birgə maliyyələşdirdikləri layihəyə dəstək vermək üçün güclərini birləşdiriblər.
    qeterde-neheng-3d-printer-vasitesile-binalar-cap-edilir
    Elm & Texnologiya

    Qətərdə nəhəng 3D printer vasitəsilə binalar çap edilir

    Qətər dünyada ən böyük 3D tikinti layihəsini işə salıb. Dohanın yaxınlığındakı səhrada hər biri 20 000 m² sahəyə malik iki məktəb inşa olunur - onların ümumi sahəsi bu günə qədər 3D printerlə çap edilmiş istənilən binadan 40 dəfə böyükdür.