Logo
    main-post-cover

    İqlim dəyişikliyi məlumat emalı mərkəzlərinə mənfi təsir göstərir

    Elm & Texnologiya
    15.07.2025
    Emil
         XDI Systems-in hesabatına görə, məlumat emalı mərkəzləri (MEM) iqlim dəyişikliyindən getdikcə daha çox təhlükə altına düşürlər. “2025 Global Data Centre Physical Climate Risk and Adaptation Report” adlı sənəddə dünya üzrə 8868 MEM-in göstəriciləri təhlil edilib. Nəticədə müəyyən olunub ki, iqlim riskləri təkcə gələcək nəsillər üçün deyil, həm də hazırda yaşayan insanlar üçün real problemdir. XDI planlaşdırılan, inşası davam edən və artıq fəaliyyət göstərən MEM-ləri üçün fiziki və iqlim risklərini hesablayarkən Data Center Map resursunun məlumatlarından istifadə edib. Söhbət, 2025-2100-cü illəri əhatə edən, parnik qazlarının yüksək səviyyədə buraxıldığı ssenari çərçivəsində baş verə biləcək 8 iqlim təhlükəsindən gedir: çay daşqınları, səth sularından yaranan daşqınlar, sahil daşqınları, güclü küləklər, meşə yanğınları, buzlanmadan və ya eroziyadan yaranan aşınma, tropik siklonlar və torpaq sürüşmələri.
         Ən ciddi təhlükələr kimi çay daşqınları (binalara, elektron avadanlıqlara və enerji sistemlərinə zərər vurma potensialına malik) və sahil daşqınları (binalara və kabel infrastrukturuna zərər yetirə biləcək) qeyd olunub. Əldə olunan məlumatlara əsasən, hazırda MEM-lərin 6.25%-i yüksək risk zonasına, 15.79%-i orta risk zonasına, 77.9%-i isə aşağı risk zonasına daxildir. Lakin 2050-ci ilə qədər yüksək risk zonasına daxil olan MEM-lərinin payının 7.13%-ə, orta risk zonasının 19.6%-ə yüksələcəyi, aşağı risk zonasının isə 73.27% səviyyəsində qalacağı proqnozlaşdırılır. Hesabata görə, 2050-ci ilə qədər Nyu-Cersi, Hamburq, Şanxay, Tokio, Honqkonq, Moskva, Banqkok və digər bu kimi MEM-lərin sıx yerləşdikləri bölgələr ciddi iqlim riskləri ilə üzləşəcəklər. Bu bölgələrdəki məlumat mərkəzlərinin 20%-dən 64%-dək hissəsi iqlim dəyişikliyi ilə birbaşa və ya dolayısı ilə əlaqəli təhlükələr qarşısında son dərəcə həssas olacaq.
         Ən həssas bölgələr sırasında Asiya-Sakit Okean regionu da yer alır. Bu region MEM-lərin genişlənmə sürətinə görə liderlik edir. 2025-ci ildə Asiya-Sakit Okean regionundakı MEM-lərinin 10%-dən çoxu artıq yüksək risk zonasına daxil olacaq, 2050-ci ilə qədər isə bu göstəricinin 12%-ə qədər artacağı gözlənilir. ABŞ-da qiymətləndirilmiş 3382 MEM-dən 2050-ci ilə qədər 6%-dən çoxunun yüksək risk zonasına daxil olacağı gözlənilir, bəzi ştatlarda isə bu göstərici artıq 20%-ə çatacaq. Dünyanın ən böyük MEM habı olan Virciniya ştatında isə bu göstərici 3.21% olacaq. Hazırda isə Virciniyada mövcud olan 529 MEM-dən yalnız 16-sı yüksək risk zonasındadır. Hesabata əsasən, MEM-lərin etibarlılığını artırmaq üçün artıq görülmüş tədbirlər gələcəkdə iqlim risklərini xeyli azaldıb.
         Belə ki, yüksək risk zonasına daxil olan MEM-lərin sayı 632-dən 175-ə, orta risk zonasındakılar isə 1738-dən 511-ə düşüb. Ümumilikdə MEM infrastrukturuna zərər riski 74% azalıb. Bununla belə, hesabatda qeyd olunur ki, məlumat mərkəzlərinin struktur baxımından uyğunlaşdırılması bütün problemləri həll etmir, çünki onlar xarici sistemlərdən çox asılıdırlar. Elektrik şəbəkələrinə çıxış, yanacaq təchizatı və fiziki yerləşmə imkanları kimi amillər onların davamlılığını məhdudlaşdırır. Artan iqlim riskləri barədə Verisk Maplecroft da xəbərdarlıq edir. Dünyadakı 100 ən böyük MEM klasterinin əksəriyyəti yüksək temperatur və quraqlıq kimi amillərin təsirinə məruz qalır ki, bu da onların fəaliyyətinə mənfi təsir göstərə bilər. MEM-lərin daha intensiv soyudulmasına olan ehtiyac isə təmiz su çatışmazlığı və elektrik enerjisinin əlçatanlığı ilə bağlı problemlərin kəskin şəkildə artmasına səbəb olacaq.
    Paylaş
    Bənzər xəbərlər
    ekstremal-isti-hava-qicolmalara-koma-ve-olum-risklerini-artirir
    Elm & Texnologiya

    Ekstremal isti hava qıcolmalara, koma və ölüm risklərini artırır

    Yeni bir araşdırmada alimlər temperaturun yüksəlməsi ilə qıcolmalara, komaya və ölümə səbəb ola biləcək bir vəziyyət arasında əlaqə aşkar ediblər.
    elon-musk-ilin-sonuna-tesla-nin-en-mohtesem-teqdimatini-anons-edib
    Elm & Texnologiya

    Elon Musk ilin sonuna Tesla-nın ən möhtəşəm təqdimatını anons edib

    Elon Musk həyəcan yaratmaqda bənzəri olmayan ustadır və artıq Tesla şirkətinin növbəti təqdimatını anons etməyə başlayıb.
    smartfon-istehsalcilari-batareyalarin-hecmini-7000-mah-dan-yuxari-qaldirmagin-yollarini-axtarirlar
    Elm & Texnologiya

    Smartfon istehsalçıları batareyaların həcmini 7000 mAh-dan yuxarı qaldırmağın yollarını axtarırlar

    Smartfon istehsalçıları cihazların ölçülərini dəyişmədən batareya tutumunu artırma yollarını axtarırlar. Diqqət mərkəzində olan texnologiyalar - silisium-karbon batareyalar və qeyri-standart formalı enerji elementləridir.
    avropa-starlink-in-analoqunu-hazirlayir
    Elm & Texnologiya

    Avropa Starlink-in analoqunu hazırlayır

    Böyük Britaniya və Fransa hökumətləri, Elon Musk-a məxsus Starlink peyk internetindən Avropanın asılılığını azaltmaq məqsədilə birgə maliyyələşdirdikləri layihəyə dəstək vermək üçün güclərini birləşdiriblər.
    qeterde-neheng-3d-printer-vasitesile-binalar-cap-edilir
    Elm & Texnologiya

    Qətərdə nəhəng 3D printer vasitəsilə binalar çap edilir

    Qətər dünyada ən böyük 3D tikinti layihəsini işə salıb. Dohanın yaxınlığındakı səhrada hər biri 20 000 m² sahəyə malik iki məktəb inşa olunur - onların ümumi sahəsi bu günə qədər 3D printerlə çap edilmiş istənilən binadan 40 dəfə böyükdür.