
Ekstremal isti hava qıcolmalara, koma və ölüm risklərini artırır
Elm & Texnologiya
15.07.2025
Emil
Yeni bir araşdırmada alimlər temperaturun yüksəlməsi ilə qıcolmalara, komaya və ölümə səbəb ola biləcək bir vəziyyət arasında əlaqə aşkar ediblər. Güman olunur ki, orta yer səthi temperaturu artdıqca bu risklər də artacaq. Alimlər illərdir Yer üzünü təhdid edən iqlim böhranı və onun nəticələri barədə xəbərdarlıq edirlər. Dünya artıq misli görünməmiş istilik dalğaları və quraqlıqlarla üzləşib, planetin buz örtükləri isə sürətlə əriməkdə davam edir. Lakin görünür, bizim hələ yeni-yeni öyrənməyə başladığımız başqa gizli təhlükələr də var. Məsələn, məlumdur ki, insan bədəninin dözə biləcəyi maksimal bir temperatur həddi var. İindi isə alimlər hava temperaturunun yüksəlməsi ilə qıcolma, koma və ölümə səbəb ola bilən başqa bir təhlükəli vəziyyət arasında əlaqə tapıblar. Hiponatremiya insan qanında natrium səviyyəsinin həddindən artıq aşağı düşdüyü bir vəziyyətdir.

Müalicə olunmadığı halda, hiponatremiya beyin ödemi, qıcolmalar, koma, əzələ toxumasının parçalanması və hətta ölümə səbəb ola bilər. Müşahidələr göstərir ki, mart-may ayları arasında Hindistanın bir neçə bölgəsində temperatur 35 dərəcə Selsidən yuxarı qalxıb və tibbi heyət daimi şüur bulanıqlığı, zəiflik və qıcolma şikayətləri ilə xəstəxanalara müraciət edənlərin sayının artdığını bildirib. Qıcolmalara, komaya və ölümə səbəb ola biləcək bu təhlükəli vəziyyətin iqlim istiləşməsi fonunda kəskin şəkildə artacağı ehtimal olunur. Hindistanda hiponatremiyanın yayılması ölkə miqyasında izlənilməsə də, bəzi kiçik tədqiqatlar bu xəstəliyin isti aylarda daha çox yayıldığını göstərir. Lakin bu problem təkcə Hindistanla məhdudlaşmır. Dünyanın müxtəlif yerlərində aparılmış tədqiqatlar göstərib ki, temperaturun yüksəlməsi ilə hiponatremiya hallarının sayı kəskin şəkildə artır.

Xüsusilə bu əlaqə yaşlı insanlar arasında daha aydın şəkildə özünü göstərir. Alimlər narahatdırlar ki, iqlim pisləşdikcə və ekstremal istilik dalğaları daha tez-tez baş verdikcə, hiponatremiya hallarının sayı da artacaq. 2024-cü ildə aparılmış bir təhlil 6 qitədə təxminən 20 ölkəni əhatə edib və göstərib ki, yüksək temperatur istisnasız olaraq natrium səviyyəsinin aşağı düşməsi ilə əlaqəlidir. Bu araşdırmanın nəticələri Yer kürəsi isinməyə davam etdikcə bu hallarının artacağını göstərir. Başqa bir tədqiqat isə göstərib ki, 2000-2023-cü illər arasında istilik indeksi adi göstəriciləri keçdikcə, hiponatremiya hallarının sayı kəskin şəkildə artıb.

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2025-2029-cu illər arasında ən azı 1 ildə qlobal temperaturun sənaye öncəsi orta göstəricidən 1.5 dərəcə Selsidən çox artması ehtimalı 86%-dir. Məlum olduğu kimi, bu hədd Yer kürəsində dağıdıcı və geri dönməz iqlim dəyişikliklərinin başlama nöqtəsini müəyyən edir. Bunun nəticəsində dünya daha da ekstremal istilik dalğaları ilə üzləşəcək. Tədqiqatçıların fikrincə, yüksək temperaturların hiponatremiyanın inkişafı üçün şərait yaratmasının bir neçə səbəbi var. Əsas etibarilə hiponatremiya qanda natrium konsentrasiyasının 135 milliekvivalent/litrdən (mq-ekv/l) aşağı düşdüyü vəziyyətdir.

Bu, orqanizmdə natrium və su səviyyələri arasında yaranan disbalansdan qaynaqlanır. İsti havalarda insanlar bədənlərini soyutmaq üçün tərləyirlər. Nəticədə su və natrium kimi elektrolitlərin itkisi baş verir. Əgər qandakı natrium səviyyəsi həddindən artıq aşağı düşərsə, orqanizm bu disbalansı aradan qaldırmaq üçün adətən sidik vasitəsilə artıq suyu xaric etməyə çalışır. Lakin əgər qanda dövran edən ümumi maye həcmi də azdırsa, orqanizm susuz qalmaq riski ilə üzləşir və bu səbəbdən suyu bədəndə saxlamaq üçün hormonlar ifraz edir. Bu suyun tutulması isə natrium disbalansını daha da ağırlaşdıra bilər. Berlin şəhərində yerləşən Şarite Tibb Universitetinin professoru doktor Kai Kappert-in sözlərinə görə, risk altında olan insanlar bunlardır:
- Sidikqovucu preparatlar qəbul edənlər;
- Natrium miqdarı az olan mayelər (məsələn, sadə su) qəbul edənlər;
- Sağlamlığı zəifləmiş yaşlı şəxslər;
- Antidepressantlar, antipsixotiklər və qıcolma əleyhinə dərmanlar qəbul edənlər.
Tədqiqatçılar ekstremal istilik dövrlərində su balansını qorumağı və orqanizmi qorumaq üçün elektrolit balansını da unutmadan bərpa etməyi tövsiyə edirlər.
Paylaş
qlobal istileshme
iqlim deyishikliyi
science news
elmi xeberler
qlobal istilesme
iqlim deyisikliyi
global warming
climate change
Bənzər xəbərlər

Elm & Texnologiya
Alimlər CO2-ni şəkərə çevirməyi bacarıblar
Çinli alimlər perspektivli bir kəşfə imza atıblar. Onlar karbon qazını səmərəli şəkildə mürəkkəb karbohidratlara çevirməyi öyrəniblər: şəkər, fruktoza, qlükoza və digər üzvi maddələr, hansı ki, qida və kimya sənayesində istifadə oluna bilər.

Elm & Texnologiya
İki nəhəng qara dəliyin toqquşması fizika qanunlarına meydan oxuyur
LIGO-Virgo-KAGRA (LVK) əməkdaşlığında çalışan astronomlar ilk dəfə olaraq qravitasiya dalğaları vasitəsilə iki nəhəng qara dəliyin birləşməsini müşahidə ediblər.

Elm & Texnologiya
Astronomlar kainatdakı ən parlaq qalaktikanı kəşf ediblər
Alimlər, kainat tarixinin “kosmik günorta” adlanan dövründə məlum olan qeyri-adi qalaktikalar arasında ən parlaq qalaktikanı aşkar ediblər. Bu dövr Böyük partlayışdan təxminən 3 milyard il sonra başlayıb.

Elm & Texnologiya
Günəş sistemindəki üçüncü ulduzlararası obyektin yaşı təyin edilib
Oksford universitetindən bir alim həmkarları ilə birlikdə statistik analiz metodu əsasında göstərib ki, Günəş sistemində aşkar edilmiş üçüncü ulduzlararası obyekt - 3I/ATLAS kometası - böyük ehtimalla indiyədək müşahidə etdiyimiz ən qədim kometadır.

Elm & Texnologiya
Çin Neptunun tədqiqat missiyasını planlaşdırır
Çinin Neptuna missiyası kosmik yarışda yeni mərhələdir. Günəş sisteminin 8-ci planeti üçün xüsusi orbital aparat hazırlanır və onun buraxılışı 2033-cü ilə planlaşdırılıb. Neptun hələ də Günəş sisteminin ən az öyrənilmiş planetlərindən biri olaraq qalır, lakin onun sirli mühiti alimlərin maraqlarını getdikcə daha çox cəlb edir.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
