Logo
    main-post-cover

    Çin yerli şirkətlərə NVIDIA sürətləndiricilərini almağı qadağan edib

    Elm & Texnologiya
    17.09.2025
    Emil
         Çinin müxtəlif dövlət qurumlarından xarici hesablama sürətləndiricilərindən imtinanın vacibliyi ilə bağlı səslər getdikcə güclənirdi və indi böyük milli istehsalçılar Çin bazarı üçün xüsusi hazırlanmış ABŞ istehsalı NVIDIA RTX Pro 6000D sürətləndiricilərinin testini və sifarişlərinin rəsmiləşdirilməsini dayandırmaq əmri ilə üzləşiblər. Financial Times-ın qeyd etdiyi kimi, müvafiq göstəriş bu həftə Çin Dövlət İnternet Məlumatları İdarəsi (CAC) tərəfindən verilib. Bu tədbirlər ByteDanceAlibaba kimi iri Çin şirkətlərinə də təsir edib. Bununla belə, bəzi Çin müştəriləri artıq NVIDIA RTX Pro 6000D sürətləndiricilərindən 10 minlərlə ədəd almağa hazır olduqlarını bildiriblər.
         NVIDIA bu sürətləndiriciləri bu ilin aprelində H20 sürətləndiricilərinin tədarükünə qoyulan qadağadan sonra hazırlamağa başlamışdı. Çin müştəriləri artıq server sistemlərinin təchizatçıları ilə birlikdə sertifikasiya işlərinə başlayıblar. CAC-in göstərişi bu Çin şirkətlərini müvafiq işləri və qeyd olunan ABŞ mənşəli sürətləndiricilərinin tədarükü üçün sifarişlərin rəsmiləşdirilməsini dayandırmağa məcbur etdi. Xatırladaq ki, əvvəlki dövrlərdə Çin tənzimləyicilərinin H20 sürətləndiricilərinin tədarükü ilə bağlı addımları tövsiyə xarakteri daşıyırdı. ABŞ istehsalı olanlar əvəzinə yerli təmsilçilərə Çin mənşəli sürətləndiricilərdən istifadə etmək təklif olunurdu.
         Məlumata görə, Çin hakimiyyəti sürətləndirici təchizatçılarından öz məhsullarını NVIDIA həlləri ilə müqayisə nəticələrini dərc etməyi tələb etməyə başlayıb. Bu isə Çin tənzimləyicilərinə yerli bazarda artıq idxal çiplərini əvəz edə biləcək sürətləndiricilərin meydana çıxdığını hesab etmək üçün əsas verib. Nəzərə alsaq ki, gələn il Çində süni intellekt sistemləri üçün sürətləndiricilərin istehsal həcmini 3 dəfə artırmaq planlaşdırılır, onda ABŞ analoqlarına qadağa qoymaq üçün lazım olan şərtlərin formalaşdığını söyləmək olar. Ölkə rəhbərliyi hesab edir ki, Çin sürətləndiriciləri yalnız sürət baxımından NVIDIA məhsullarına çatmayıb, həm də onları üstələyib və daxili bazarda tələbi ödəyəcək miqdarda istehsal oluna bilər.
    Paylaş
    Bənzər xəbərlər
    cinde-insanabenzer-robot-idman-ayaqqabilarinin-testinde-istifade-edilir
    Elm & Texnologiya

    Çində insanabənzər robot idman ayaqqabılarının testində istifadə edilir

    Çin mühəndisləri humanoid (insanabənzər) robota qeyri-adi tətbiq tapıblar. Marafon qaçışlarında fərqlənmiş Tian Kung adlı robot indi idman ayaqqabılarının sınaqlarında iştirak etməyə başlayıb.
    openai-insanabenzer-robotlar-ucun-xususi-komandasini-formalasdirir
    Elm & Texnologiya

    OpenAI insanabənzər robotlar üçün xüsusi komandasını formalaşdırır

    OpenAI ümumi süni intellektə (AGI) doğru strategiya çərçivəsində robototexnika sistemlərinin, o cümlədən humanoid (insanabənzər) sistemlərin hazırlanmasına yönəlmiş yeni komanda formalaşdırır.
    epilepsiyadan-eziyyet-ceken-12-yasli-usaga-beyin-cipi-implantasiya-edilib
    Elm & Texnologiya

    Epilepsiyadan əziyyət çəkən 12 yaşlı uşağa beyin çipi implantasiya edilib

    Uğurlu əməliyyat barədə Quançjou xəstəxanasının həkimləri məlumat veriblər. Onlar rezistent epilepsiyadan əziyyət çəkən 12 yaşlı qızda əməliyyat keçiriblər.
    elektromobillerin-suretli-sarji-ucun-xususi-maye-hazirlanib
    Elm & Texnologiya

    Elektromobillərin sürətli şarjı üçün xüsusi maye hazırlanıb

    Elektromobillərin ekspress-yükləmə texnologiyaları eyni anda bir neçə istiqamətdə inkişaf edir. Yüksək gücə malik yükləmə stansiyalarından əlavə, bu texnologiyaların bütün üstünlüklərini həyata keçirmək üçün elektromobilin bort sistemləri də uyğun olmalıdır.
    alimler-2-milyarddan-cox-musiqini-ozunde-saxlaya-bilen-dnt-kaseti-hazirlayiblar
    Elm & Texnologiya

    Alimlər 2 milyarddan çox musiqini özündə saxlaya bilən DNT kaseti hazırlayıblar

    Hazırda DNT əsaslı məlumat saxlama üsulu sənaye tətbiqləri üçün çox ləng işləyir. Tədqiqatçılar uzun müddətdir ki, DNT-nin rəqəmsal məlumat daşıyıcısı kimi unikal xüsusiyyətlərini öyrənirlər.