
Xiaomi 17 Pro smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
17.09.2025
Emil
Xiaomi artıq təsdiqləyib ki, bu ayın sonuna kimi Xiaomi 17 flaqman smartfon seriyası təqdim olunacaq. Bu seriyaya 3 model daxil olacaq: Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max. İndi isə məlum olub ki, Xiaomi 17 Pro modeli Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Xiaomi 17 Pro-nun prosessoru özündə 6 ədəd 3.63 GHz tezlikli nüvəni və 2 ədəd 4.61 GHz tezlikli nüvəni birləşdirir. Bunlar isə təqdimata hazırlaşan Snapdragon 8 Elite 5 flaqman prosessoruna işarə edirlər. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 16-nı əldə edəcək. Beləliklə smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 3096 xal, çoxnüvəli testi çərçivəsində isə 9382 xal toplayıb.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Xiaomi yaxın zamanda kompakt ölçülü Pad Mini planşetini təqdim edəcək
Xiaomi şirkəti yaxın zamanda qlobal bazarda kompakt ölçülü yeni planşetini təqdim edəcəyini anons edib.

Cihazlar+
Xiaomi 17 Pro və 17 Pro Max köməkçi ekrana sahib olacaqlar
Dünən Xiaomi rəsmi şəkildə təsdiqlədi ki, Xiaomi 17 flaqman smartfon seriyası bu ayın sonuna kimi təqdim olunacaq. Qeyd etmək lazımdır ki, bu seriyaya 3 model daxil olacaq: Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max.

Cihazlar+
Büdcəli REDMI A27Q 2026 monitoru təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi öz yeni büdcəli monitorunu təqdim edib. Brendin yeni büdcəli monitoru REDMI A27Q 2026 adlanır.

Cihazlar+
Xiaomi-nin yeni flaqman smartfon seriyası Xiaomi 17 adlanacaq
Xiaomi bu ayın sonuna kimi öz yeni flaqman smartfon seriyasını təqdim etməlidir. Daha öncə düşünülürdü ki, şirkətin yeni flaqman smartfon seriyası Xiaomi 16 olacaq.

Cihazlar+
Xiaomi Pad 8 Pro planşeti Geekbench testlərindən keçib
Xiaomi şirkəti yaxın zamanda Xiaomi Pad 8 planşet seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri də Xiaomi Pad 8 Pro olmalıdır.
Ən çox oxunanlar

İnsanabənzər robotlar ilə bağlı optimizm azalır
