Logo
    main-post-cover

    YouTube Shorts üçün yeni süni intellekt funksiyaları anons edilib

    Sosial Media
    17.09.2025
    Emil
         YouTube-da qısa videolar (Shorts) yaratmaq üçün yeni süni intellekt əsaslı alətlər təqdim olunacaq. Made on YouTube tədbiri çərçivəsində şirkət Google Veo 3 modelinin adaptasiya olunmuş versiyasını, həmçinin redaktə, remiks və kontent stilizasiya funksiyalarını elan edib. Yenilik yaxın aylarda əlçatan olacaq. Veo 3 Fast adlı adaptasiya olunmuş versiya 480 piksel keyfiyyətində videolar yaratmağa, aşağı gecikmə ilə ötürülməyə və səs müşayiəti əlavə etməyə imkan verir. Statik görüntü üzərinə video yerləşdirmə funksiyası da əlavə olunacaq.
         Bu, obyektlər arasında hərəkətləri qeydə alan və ötürən texnologiya sayəsində şəkilləri canlandırmağa imkan yaradacaq. Həmçinin videolara müxtəlif bədii üslublar, məsələn, pop-art və ya oriqami tətbiq etmək və mətn təsviri əsasında yeni obyektlər əlavə etmək mümkün olacaq. Digər maraqlı alət isə Speech to Song funksiyasıdır. Bu funksiya videolardakı dialoqları musiqi treklərinə çevirməyə imkan verir. Belə treklərin yaradılması üçün Google-un musiqi üzrə süni intellekt modeli Lyria 2 istifadə olunur və müəlliflər kompozisiyanın istənilən ovqatını təyin edə biləcəklər.
         Ayrıca Edit with AI funksiyası tətbiq olunacaq. Bu funksiya kameradan çəkilmiş emal olunmamış videoları Shorts üçün qaralama formata çevirərək onların avtomatik redaktəsini, ən yaxşı məqamların seçilməsini, musiqi, keçidlər və hətta kadrlardakı hadisələrə reaksiya verən səsləndirmənin əlavə edilməsini təmin edəcək - amma hələlik yalnız ingilis və hind dillərində. Bu funksiyanın sınaqları artıq YouTube Create tətbiqində aparılır və yaxın həftələrdə onun istifadəsi ayrı-ayrı bazarlara genişləndiriləcək. Yeni funksiyalar ilk olaraq ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyada istifadəyə veriləcək, daha sonra digər regionlara da yayılacaq.
    Paylaş
    Bənzər xəbərlər
    youtube-son-4-ilde-kontent-muelliflerine-100-milyard-dollardan-cox-vesait-odeyib
    Sosial Media

    YouTube son 4 ildə kontent müəlliflərinə 100 milyard dollardan çox vəsait ödəyib

    YouTube bildirib ki, 2021-ci ildən bəri kontent müəlliflərinə, artistlərə və media şirkətlərinə 100 milyard dollardan çox ödəniş edib. Ötən il YouTube-un baş direktoru Neal Mohan bəyan etmişdi ki, 2021-2024-cü illər arasında müəlliflərə edilən ödənişlərin həcmi 70 milyard dollar təşkil edib.
    reklam-bloklayicilari-youtube-daki-baxis-saylarini-azaldirmis
    Sosial Media

    Reklam bloklayıcıları YouTube-dakı baxış saylarını azaldırmış

    Avqustun ortalarından etibarən YouTube-da bir çox müəllif öz videolarının baxış sayında kəskin azalma qeydə almağa başlayıb - bəzi hallarda göstəricilər əvvəlki nəticələrin yarısına qədər düşüb.
    youtube-videolarin-muxtelif-dillere-dublyaj-funksiyasini-butun-muellifler-ucun-istifadeye-verib
    Sosial Media

    YouTube videoların müxtəlif dillərə dublyaj funksiyasını bütün müəlliflər üçün istifadəyə verib

    YouTube platforması videoların müxtəlif dillərə dublyaj funksiyasının rəsmi istifadəyə verildiyini elan edib. Bu funksiyanın sayəsində YouTube-da kontent yerləşdirən milyonlarla müəllif dünyanın daha geniş auditoriyasına çata biləcək.
    nepalda-kutlevi-etirazlardan-sonra-sosial-media-platformalarinin-bloklanmasi-aradan-qaldirilib
    Sosial Media

    Nepalda kütləvi etirazlardan sonra sosial media platformalarının bloklanması aradan qaldırılıb

    Nepal hakimiyyəti ən azı 19 nəfərin həlak olduğu kütləvi etirazlardan sonra əvvəl tətbiq edilmiş bir sıra sosial servislərə qoyulan bloklamanı ləğv etmək qərarına gəlib.
    nepal-oz-erazisinde-x-youtube-ve-facebook-u-bloklayib
    Sosial Media

    Nepal öz ərazisində X, YouTube və Facebook-u bloklayıb

    Nepal hökuməti X, Facebook və YouTube daxil olmaqla bir neçə məşhur sosial şəbəkə xidmətinin bloklandığını elan edib. Səbəb isə bu platformaların hökumətin yeni tələblərinə uyğun olaraq ölkədə qeydiyyatdan imtina etmələridir.