Logo
    main-post-cover

    GPT-5 Bakıda keçirilmiş proqramlaşdırma çempionatında bütün iştirakçıları geridə qoyub

    Süni İntellekt
    18.09.2025
    Emil
         OpenAI-nin süni intellekti Bakıda keçirilmiş ICPC 2025 Beynəlxalq Tələbə Proqramlaşdırma Çempionatının finalında bütün 12 tapşırığı həll edərək həm tələbə komandalarını, həm də Google DeepMind tərəfindən hazırlanmış Gemini 2.5 modelini üstələyib. OpenAI bildirib ki, onun sistemi tapşırıqları insan iştirakçılarla eyni şəraitdə, heç bir üstünlüyə malik olmadan həll edib. Tapşırıqlar standart PDF formatında təqdim olunub, həll üçün 5 saat vaxt ayrılıb. Cavablar isə bütün işləri eyni meyarlarla qiymətləndirən ICPC-nin rəsmi hakimlərinə göndərilib. OpenAI-nin “iştirakçısı” 2 modeldən ibarət olub - GPT-5 və digər təcrübi sistem. GPT-5 11 tapşırığın öhdəsindən uğurla gəlib, ən çətin sonuncunu isə təcrübi model 9-cu cəhddən sonra həll edib.
         OpenAI-nin birləşdirilmiş sistemi yarışda iştirak edən DeepMind nəticəsini də üstələyib. Google-un modeli isə cəmi 10 tapşırığı həll edə bilib. Eyni zamanda nə OpenAI, nə də DeepMind turnirdə rəsmi olaraq iştirak etmədiyindən bütün mükafat yerləri insan iştirakçılara verilib. Maraqlıdır ki, yalnız OpenAI və Google-un süni intellekt modelləri heç bir insan komandasının həll edə bilmədiyi tapşırığı (Problem C) yerinə yetirə bilib. OpenAI vurğulayır ki, onun modeli xüsusi olaraq yarışlarda iştirak üçün öyrədilməyib, həllər məntiqi nəticə çıxarma və analiz üzrə ümumi yanaşma çərçivəsində yaradılıb. Bundan əvvəl həmin modellər Beynəlxalq Riyaziyyat OlimpiadasındaBeynəlxalq İnformatika Olimpiadasında da yüksək nəticələr göstərmişdi.
    Paylaş
    Bənzər xəbərlər
    milyonlarla-insan-dini-meslehetler-ve-sohbetler-ucun-cat-botlara-muraciet-edir
    Süni İntellekt

    Milyonlarla insan dini məsləhətlər və söhbətlər üçün çat-botlara müraciət edir

    Dünyanın hər yerində insanlar dini mətnlər əsasında öyrədilmiş çat-botlardan istifadə edərək mənəvi məsləhətlər və şəxsi suallara cavablar alırlar. Bible Chat kimi tətbiqlər 30 milyon yüklənməni keçib, katolik tətbiqi Hallow isə qısa müddətə App Store-un zirvəsinə qalxaraq Netflix, Instagram və TikTok-dan da məşhur olub.
    openai-chatgpt-nin-neye-gore-hemise-hallusinasiya-yasayacagini-aciqlayib
    Süni İntellekt

    OpenAI süni intellektin nəyə görə həmişə hallüsinasiya yaşayacağını açıqlayıb

    OpenAI-nin yeni araşdırması böyük dil modellərində hallüsinasiyaların əsl təbiətini üzə çıxarır: bu, müvəqqəti çatışmazlıq deyil, ideal məlumatlar və mürəkkəb təlim üsulları tətbiq olunduqda belə qalan qaçılmaz riyazi problemdir.
    suni-intellekt-tertibatcilari-suni-intellekt-sebebile-ixtisar-olunurlar
    Süni İntellekt

    Süni intellekt tərtibatçıları süni intellekt səbəbilə ixtisar olunurlar

    Belə bir fikir var ki, süni intellekt əmək bazarına böyük təsir göstərəcək, lakin onun hazırlanmasında iştirak edənlərin ixtisarı barədə məlumatlar çox nadir hallarda yayılır.
    chatgpt-nin-usaqlar-ucun-versiyasi-hazirlanir
    Proqram Təminatı

    ChatGPT-nin uşaqlar üçün versiyası hazırlanır

    OpenAI şirkəti ChatGPT-in uşaq interfeysi üzərində işləyir və 18 yaşdan kiçik uşaqların və yeniyetmələrin standart versiyaya girişini məhdudlaşdırmaq üçün yaşın proqnozlaşdırılması texnologiyasından istifadə etməyi planlaşdırır.
    suni-intellekt-gorme-qabiliyyetinin-itirilmesini-iller-onceden-teyin-edir
    Süni İntellekt

    Süni intellekt görmə qabiliyyətinin itirilməsini illər öncədən təyin edir

    Süni intellekt keratokonusun - görmə qabiliyyətini itirməyə səbəb ola biləcək göz xəstəliyinin - proqressini proqnozlaşdırmağı öyrənib. Cəmi 1-2 müayinənin məlumatları əsasında sistem 90%-ə qədər dəqiqliklə kimin erkən müdaxiləyə ehtiyacı olduğunu, kimin isə sadəcə müşahidə ilə kifayətlənə biləcəyini müəyyən edir.