Logo
    main-post-cover

    Milyonlarla insan dini məsləhətlər və söhbətlər üçün çat-botlara müraciət edir

    Süni İntellekt
    18.09.2025
    Emil
         Dünyanın hər yerində insanlar dini mətnlər əsasında öyrədilmiş çat-botlardan istifadə edərək mənəvi məsləhətlər və şəxsi suallara cavablar alırlar. Bible Chat kimi tətbiqlər 30 milyon yüklənməni keçib, katolik tətbiqi Hallow isə qısa müddətə App Store-un zirvəsinə qalxaraq Netflix, Instagram TikTok-dan da məşhur olub. Dini süni intellekt platformalarına abunəliyin qiyməti illik 70$-a çata bilər. Onların bəziləri isə birbaşa ilahi əlaqə təmin etdiyini iddia edir. Bu cür tətbiqlər mənəvi rəhbərliyə çıxış problemini həll edir. İstifadəçilər istədikləri zaman bu cür mövzularda sual verə bilmək imkanını yüksək qiymətləndirirlər. Bəzi servislər, məsələn, ChatwithGod, dialoqlarda o qədər real görünür ki, insanlar bəzən soruşurlar: “Mən həqiqətən Tanrı ilə danışırammı?”. Əlbəttə ki, süni intellektin heç bir ilahi təbiəti yoxdur: cavablar mənəvi həqiqətə yox, öyrədici məlumatlarda mövcud statistikaya və qanunauyğunluqlara əsaslanır.
         Süni intellektin dini praktikalarda tətbiqi artıq bir neçə ildir inkişaf edir. 2023-cü ildə Almaniyadakı Müqəddəs Pavel kilsəsində ChatGPT-dən istifadə olunan təcrübi ibadət mərasimi keçirildi: 300-dən çox insan kompüter avatarlardan 40 dəqiqəlik xütbəni dinlədi. Tədbiri təşkil etmiş teoloq Jonas Zimmerlein bunu insanların həyatında süni intellektin artan iştirakına uyğunlaşmaq üçün bir təcrübə adlandırdı. Bu təcrübədən fərqli olaraq, müasir dini tətbiqlər insan mənəvi rəhbərliyi ilə alqoritmik cavablar arasındakı sərhədi silir və milyonlarla istifadəçi bunu fərq etməyə də bilər. Bir çox dini çat-botlar ChatGPT və Gemini ilə eyni dil modelləri üzərində işləyirlər. Şirkətlər onları dini mətnlər əsasında öyrədir və cavabların tənzimlənməsi üçün teoloqlarla məsləhətləşirlər.
         Lakin bu modellər yenə də istifadəçilərin hiss və ideyalarını təsdiqləməyə meyllidirlər. Belə “yaltaqlıq” həssas insanlar üçün təhlükəli vəziyyətlər yarada bilər. Bundan əlavə, bu, teoloji çətinliklər doğurur: ənənəvi dinlər inanclıları narahat həqiqətlərlə üzləşməyə öyrədir, halbuki çat-botlar insanların eşitmək istədiklərini təqdim edirlər. Problemlər məxfiliklə daha da dərinləşir. Katolik keşiş Mike Schmitz şəxsi mənəvi anların korporativ serverlərdə saxlanılmasından narahatlığını ifadə edib. Eyni zamanda, bəzi istifadəçilər Bible Chat kimi çat-botlarda ənənəvi icmadan daha çox dəstək tapırlar, xüsusilə də kilsə ilə əlaqə məhdud olduqda.
         Tətbiq yaradıcıları vurğulayırlar ki, süni intellekt mənəvi rəhbərliyi əvəz etmir, yalnız tamamlayır. Məşhurluğun artması isə 40 milyon amerikalının kilsəyə müntəzəm getməyi dayandırması, lakin mənəvi rəhbərlik axtarmağa davam etməsi ilə izah olunur. İstifadəçilər bəzən anlamırlar ki, çat-botun verdiyi hər bir cavab yalnız cari sorğu kontekstində mövcuddur və istifadəçini mənəvi yolda yönləndirə biləcək daimi şəxsiyyət formalaşdırmır. Texniki məhdudiyyətlərə baxmayaraq, bir çoxları süni intellekt məsləhətlərinin “mənəviyyatına” inanırlar. İnam məsələlərində rasional xarakterli sübutlar nadir hallarda köklü inancları dəyişir və bəziləri üçün rəqəmsal sistem ilə ilahi məsləhət arasındakı fərq əhəmiyyət kəsb etmir.
    Paylaş
    Bənzər xəbərlər
    openai-chatgpt-nin-neye-gore-hemise-hallusinasiya-yasayacagini-aciqlayib
    Süni İntellekt

    OpenAI süni intellektin nəyə görə həmişə hallüsinasiya yaşayacağını açıqlayıb

    OpenAI-nin yeni araşdırması böyük dil modellərində hallüsinasiyaların əsl təbiətini üzə çıxarır: bu, müvəqqəti çatışmazlıq deyil, ideal məlumatlar və mürəkkəb təlim üsulları tətbiq olunduqda belə qalan qaçılmaz riyazi problemdir.
    suni-intellekt-tertibatcilari-suni-intellekt-sebebile-ixtisar-olunurlar
    Süni İntellekt

    Süni intellekt tərtibatçıları süni intellekt səbəbilə ixtisar olunurlar

    Belə bir fikir var ki, süni intellekt əmək bazarına böyük təsir göstərəcək, lakin onun hazırlanmasında iştirak edənlərin ixtisarı barədə məlumatlar çox nadir hallarda yayılır.
    suni-intellekt-gorme-qabiliyyetinin-itirilmesini-iller-onceden-teyin-edir
    Süni İntellekt

    Süni intellekt görmə qabiliyyətinin itirilməsini illər öncədən təyin edir

    Süni intellekt keratokonusun - görmə qabiliyyətini itirməyə səbəb ola biləcək göz xəstəliyinin - proqressini proqnozlaşdırmağı öyrənib. Cəmi 1-2 müayinənin məlumatları əsasında sistem 90%-ə qədər dəqiqliklə kimin erkən müdaxiləyə ehtiyacı olduğunu, kimin isə sadəcə müşahidə ilə kifayətlənə biləcəyini müəyyən edir.
    suni-intellekt-esasli-cat-botlar-2-defe-daha-cox-yalan-melumat-yaymaga-baslayiblar
    Süni İntellekt

    Süni intellekt əsaslı çat-botlar 2 dəfə daha çox yalan məlumat yaymağa başlayıblar

    Ən böyük generativ süni intellekt xidmətləri 2 dəfə daha çox yalan məlumat yaymağa başlayıblar. Bu, Newsguard təşkilatının araşdırması ilə üzə çıxıb.
    google-deepmind-in-ceo-su-suni-intellekt-dovrunde-demis-hassabis-gelecek-nesiller-ucun-vacib-olan-faktoru-aciqlayib
    Süni İntellekt

    Google DeepMind-ın CEO-su süni intellekt dövründə Demis Hassabis gələcək nəsillər üçün vacib olan faktoru açıqlayıb

    Google DeepMind-ın baş direktoru Demis Hassabis gələcək nəsillər üçün öyrənmə qabiliyyətinin kritik əhəmiyyətə malik olduğunu bildirib.