Amazon Web Services Azərbaycanda
Tech-Azərbaycan
18.12.2025
Sevinc
Azercell dünyanın ən böyük bulud infrastrukturu və rəqəmsal texnologiyalar təminatçılarından biri olan Amazon Web Services (AWS) ilə strateji tərəfdaşlığını genişləndirir. Əməkdaşlığın yeni mərhələsində lider mobil operator ölkədə qabaqcıl infrastruktur həllərinin tətbiqini və texnoloji imkanların artırılmasını hədəfləyir.
Tərəfdaşlıq çərçivəsində korporativ müştərilər üçün xüsusi əhəmiyyət daşıyan hibrid bulud infrastrukturu, GPU texnologiyaları, Əşyaların İnterneti (IoT) üzrə analitika, süni intellekt, real vaxt rejimində interaktiv tətbiqlər (real-time gaming) və kənar hesablama (edge computing) kimi istiqamətlərin inkişafına xüsusi yer verilir. Bu həllərin lokal infrastrukturla inteqrasiyası xidmətlərin çevikliyini yüksəldərək, onların artan tələblərə asanlıqla uyğunlaşmasını təmin edir. Bununla bərabər sözügedən inteqrasiya məlumat suverenliyi (data sovereignty) prinsiplərinin tətbiqini daha etibarlı səviyyəyə yüksəldir.
AWS ilə əməkdaşlıq biznesin rəqəmsal transformasiyasını sürətləndirməklə yanaşı innovativ xidmətlərin tətbiqini genişləndirir və şirkətlərin texnoloji hazırlığını gücləndirir. Eyni zamanda, bu tərəfdaşlıq ölkədə startap ekosisteminin inkişafı və yüksək texnologiyalı layihələrin reallaşdırılması üçün əlverişli şərait yaradır.
Amazon Web Services ilə qurulan bu strateji əməkdaşlıq milli rəqəmsal infrastrukturun gücləndirilməsinə xidmət edir. Azercell bu kimi beynəlxalq təcrübə və innovativ həllər əsasında biznes sektoru üçün yeni imkanlar yaratmaqla yanaşı, ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına da töhfə verməyi hədəfləyir.
Paylaş
Bənzər xəbərlər
Digər
Amazon Business platforması tənqid hədəfinə çevrilib
Amazon-un dövlət qurumları və məktəblər üçün nəzərdə tutulan Amazon Business platformasında tətbiq etdiyi “dinamik qiymət” mexanizmi ilə bağlı yeni araşdırma mübahisələr yaradıb.
Süni İntellekt
Amazon süni intellekt komandasında böyük dəyişikliklərə gedir
Şirkətin ümumi süni intellekt (AGI) üzrə rəhbəri Rohit Prasad 2026-cı ildə Amazon-dan ayrılacaq. Bu barədə Amazon-un baş direktoru Andy Jassy açıqlama verərək, şirkətin AI inkişafında “kritik bir mərhələyə” daxil olduğunu bildirib.
Cihazlar+
"Kindle Scribe Colorsoft" gözləntiləri doğrultmayıb
Rəngli E Ink ekran ön işıqlandırma, təzyiqə həssas stilus və e-kitabların üzərində qeyd-aparma kimi funksiyalar təqdim edir.
Tech-Azərbaycan
Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
Mobil operator ISO 10004:2018 standartına uyğunluğunu yenidən təsdiqlədi.
Tech-Azərbaycan
Azercell uşaqlarda sosial məsuliyyət vərdişlərini təşviq edir
Şirkət məktəblilərin “Sən onları görməmisən?” kitabının hazırlanmasına dəstək olub
Ən çox oxunanlar