
Qatlana bilən Google Pixel 10 Pro Fold-un texniki imkanları ortaya çıxıb
Cihazlar+
15.07.2025
Emil
Google yaxın zamanda Pixel 10 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri də qatlana bilən Pixel 10 Pro Fold olacaq. İndi isə internetdə bu yeni qatlana bilən smartfonun texniki imkanları ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən Pixel 10 Pro Fold smartfonu 8 düym ölçülü daxili OLED ekranla və 6.4 düym ölçülü xarici ekranla təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Pixel 9 Pro Fold modelində xarici ekranın ölçüsü 6.3 düym təşkil edir.

Bununla yanaşı məlumatda qeyd edilib ki, Pixel 10 Pro Fold-un xarici ekranının maksimal parlaqlıq səviyyəsi 3000 nit-ə yüksələcək. Nəticədə yeni smartfonun xarici ekranı Pixel 9 Pro Fold-un xarici ekranından 10% daha parlaq olacaq. Kamera göstəricilərində heç bir dəyişiklik olmayacaq. Belə ki, Pixel 10 Pro Fold özündə 48 MP + 10.5 MP + 10.8 MP üçlü arxa kameranı və hər bir ekran üzərində 10 MP-lik ön kameranı birləşdirəcək.

Smartfon Google tərəfindən hazırlanmış Tensor G5 prosessoru vasitəsilə çalışacaq və 16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edəcək. Batareyaya gəldikdə isə Pixel 10 Pro Fold-un batareya tutumu böyüyəcək. Belə ki, o, 23 vatt gücündə sürətli şarj texnologiyalı 5015 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Beləliklə Pixel 9 Pro Fold ilə müqayisədə Pixel 10 Pro Fold-un batareya həcmi 7% daha böyük olacaq. Üstəlik smartfon 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, Pixel 10 seriyasının gələn ay təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Google, OpenAI, xAI və Anthropic-in hər biri Pentaqondan 200 milyon dollarlıq müqavilə əldə edib
ABŞ-da süni zəka sahəsində fəaliyyət göstərən dörd aparıcı şirkət ABŞ Müdafiə Nazirliyindən silahlı qüvvələrdə yeni texnologiyaların tətbiqini sürətləndirmək məqsədilə iri müqavilələr alıb.

Süni İntellekt
Google Gemini keçən əsrin sistemi ilə şahmat oynamaqdan imtina edib
Robert Caruso, klassik şahmat proqramı Atari 2600 ilə ChatGPT və Microsoft Copilot kimi müasir süni zəka sistemləri arasında qeyri-adi matçlar seriyası təşkil edən şəxs, auditoriyadan yeni bir sorğu alıb: görəsən Google-un flaqman modeli Gemini retro oyunu ilə bacara bilərmi?

Proqram Təminatı
ChromeOS ilə Android-in birləşdirilməsi planı rəsmi şəkildə təsdiqlənib
Google şirkəti ChromeOS və Android əməliyyat sistemlərini birləşdirməyi planlaşdırdığını rəsmi şəkildə təsdiqləyib. Bu barədə ilk şayiələr hələ ötən ilin payızında yayılmışdı.

Proqram Təminatı
Google Gemini statik fotonu 8 saniyəlik səsli videoya çevirmək imkanını əldə edib
Google öz süni zəka əsaslı çat-botu Gemini-ni statik fotoları 8 saniyəlik videolara çevirməyi öyrədib. Bu funksional imkan Veo 3 adlı video modeli əsasında işləyir və videolara fon səsləri, ətraf mühit səsləri və nitq kimi audio müşayiət də əlavə edə bilir.

Proqram Təminatı
Google Gemini mobil tətbiqlər işə qarşılıqlı əlaqə imkanını əldə edib
Google süni zəka köməkçisi Gemini ilə bağlı dəyişiklikləri tətbiq edib. Bu dəyişikliklər nəticəsində Gemini, istifadəçilər əvvəlcədən bu cür qarşılıqlı əlaqələri qadağan etmiş olsalar belə, artıq WhatsApp da daxil olmaqla üçüncü tərəf tətbiqlər ilə qarşılıqlı işləyə bilir.
Ən çox oxunanlar

Uzaq keçmişdə Mars olduqca rütubətli planet olub
